Cümə axşamı, 25 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Şöbə müdiri: “MTRŞ yersiz gərginliklər yaradılmasının əleyhinədir”

“Bu hallar qanun pozuntularına gətirib çıxarsa, heç bir güzəşt olunmayacaq”

“Milli Televiziya və Radio Şurasının ötən cümə günü keçirilmiş iclasında telviziya və radio məkanında mövcud durum, yeni mövsüm hazırlıqları və ötən mövsümün dəyərləndirilməsi ilə bağlı məruzə dinlənilib. Monitorinq nəticələrinin əksini tapdığı məruzədə yayımçıların yeni mövsümə hansı yeniliklərlə başlamaları, hansı yeni layihələrin, serialların, verilişlərin proqramlarda yer almaları və s. öz əsini tapıb. Ümumilikdə ötən yayım mövsümü qənaətbəxş qiymətləndirilsə də, qanun pozuntuları, efir etikasına, mənəvi dəyərlərə zidd hallara yol verilən verilişlərin də az olmadığı və onlara qarşı müvafiq tədbirlər görüldüyü məruzədə öz əksini tapıb”.

Bunu “Report”a Milli Televiziya və Radio Şurasının Ekspertiza, proqramlaşdırma və analitik şöbəsinin müdiri Təvəkkül Dadaşov bildirib.

Onun sözlərinə görə, iclasda xüsusi olaraq vurğulanıb kii, Şura qanunvericiliyin konkret tələbi pozulmadan verilişləri keyfiyyətsizliyinə, bayağılığına, dəvət etdiyi qonaqlarının səviyyəsinə görə yayımdan qaldırmaq səlahiyyətində deyil. Lakin bununla belə, yayımçıların yaradıcılıq fəaliyyətinə qarışmadan milli efir məkanında reytinq bəhanəsilə aşağı səviyyəli verilişlərin efirə verilməsini, cəmiyyət içində qeyri-nümunəvi insanların mütəmadi olaraq verilişlərə dəvət edilərək yersiz gərginliklər yaradılmasını doğru hesab etmir və belə halların əleyhinədir. “Şura bu məsələdə kanal rəhbərlərini daha həssas olmağa dəvət edir. Yeni mövsümdə belə hallara qarşı daha ciddi yanaşılmasını tələb edir. Əgər yeni mövsümdə də xoşagəlməz halar davam etsə və bu hallar qanun pozuntularına gətirib çıxarsa, heç bir güzəşt olunmayacaq”, - T.Dadaşov əlavə edib.

pia.az


Etiket: MTRŞ

Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

 Sabiq pediatrın intiharı ilə bağlı iddialara rəsmi cavab: “Rəhbər təyinatı olmayıb” - Yenilənib, Video

Özünü güllələyən məşhur pediatr kim idi? - Dosye

Cəfər Cabbarlı haqqında məxfi həqiqətlər - Video

Ən bahalı və sağlam bitki yağları - hər kəs bunları bilmir

Bakıda dələduz şəbəkə peyda olub - Mənzil və obyekt sahibləri ehtiyatlı olun

Nəsib Quliyev qadına görə intihar edib - Sensasialı iddia    

Vətən müharibəsi iştirakçısı anasının xəstəliyini eşidib intihar edib

Niyə qızartmazdan əvvəl kartofun üzərinə un səpirlər? - Faydalı hiylə

Firuzə İbadova: “Cavanşirsiz səhnəni tərk edirəm”

Ən çox oxunanalar