Cümə axşamı, 25 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

“Hər gün ağlıyıram” - Xoşqədəm

Atası və oğlunun şəklini yayımlayan X.Hidayətqızı işğal altında olan Ağdərə ilə bağlı təəssüratlarını bölüşüb

“Bir az olar ki, Bakıya endim. Hər dəfə Bakıya qayıdanda düşünürəm ki, sanki doğulduğum Ağdərəyə gedəcəm. Hərdən bir quş olub doğulduğum yurda getmək, Seyid Məmməd babamın, qardaşım Talehin məzarını ziyarət etmək, evimizin önündəki o gözəl ətirli qızıl güllərimin hələ də qalıb-qalmadığını bilmək istəyirəm”.

Axşam.az-ın məlumatına görə, bu sözləri aparıcı Xoşqədəm Hidayətqızı sosial şəbəkədə yazıb. Atası və oğlunun şəklini yayımlayan X.Hidayətqızı işğal altında olan Ağdərə ilə bağlı təəssüratlarını bölüşüb:

“Düşmən kəndimizi işğal edəndə maşından düşüb geriyə, evimizə qaçan itimizin - Bobikin hələ də həyətimizdə bizi gözlədiyini düşünürəm... Mən hər gün o yerləri, yurdumuzu düşünüb ağlayıram.

Rəbbimdən tək diləyim heç olmasa babalarımın, qardaşımın yatdığı məzarlıqda basdırılmağı mənə nəsib etməsidir. Nə qədər iztirablıymış doğulduğun yerə həsrət qalmaq. Bu ayrılığın nə qədər dəhşətli olduğunu hər yaşımın üstünə yaş gəldikcə daha çox hiss edirəm.

Görün indi ata, anam, o yaşda olan insanlar nə çəkir. Rəbbim bizə o torpaqlarda yaşamağı, ölməyi nəsib etsin”.

pia.az


Etiket:

Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Cəfər Cabbarlı haqqında məxfi həqiqətlər - Video

Nəsib Quliyev qadına görə intihar edib - Sensasialı iddia    

Ən bahalı və sağlam bitki yağları - hər kəs bunları bilmir

Niyə qızartmazdan əvvəl kartofun üzərinə un səpirlər? - Faydalı hiylə

Vətən müharibəsi iştirakçısı anasının xəstəliyini eşidib intihar edib

Tarixdə ilk: Təhlükəli xəstəliyin müalicəsi tapıldı    

Prezident İlham Əliyevin adından Sadır Japarovun şərəfinə dövlət ziyafəti verilib - Yenilənib

Naxçıvan MR-in baş naziri işdən azad olundu - Yeni təyinat

Azərbaycan Kuboku: "Qarabağ" cavab matçında da "Neftçi"yə qalib gələrək finala yüksəlib

Ən çox oxunanalar