Cümə axşamı, 18 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Rusiya-Çin ittifaqı nə dərəcədə möhkəmdir?

Tərəflər arasındfa strateji etibarsızlıq mövcuddur

Berkşir Miller

“Əl-Cəzirə

Rusiya Sibirdə ən böyük müharibə oyunu keçirib. Çin və Monqolustan hərbçilərinin də iştirakı ilə keçirilən “Vostok” təliminə 300 mindən çox rus əsgəri və mindən çox təyyarə, habelə çox sayda tank və gəmi cəlb edilib. Bununla yanaşı, Pekin 3 mindən çox əsgər, eləcə də təyyarə və digər nəqliyyat vasitələrini təlimə göndərib.

Hərbi oyunlar Rusiya ilə ABŞ arasında artan gərginlik, Avropada bənzər qıcıq fonunda keçirilib. Tramp administrasiyasının Pekinlə ticarət savaşı və Vaşinqtonun Çini də milli təhlükəsizlik strategiyasında rəqib kimi qeyd etməsi ilə ABŞ-Çin qarşıdurması da mövcuddur.

“Vostok” təlimi Çin-Rusiya ittifaqından danışan analitiklərinin əlinə ABŞ hegemoniyasına və beynəlxalq təşkilatlarda Qərbin üstünlüyünə qarşılıqlı maraqlarla birgə müqavimətə dair fikirlər üçün daha bir dəlil verib.

Pekin və Moskvanın bir çox maraqlarının üst-üstə düşməsi həqiqətdir. ABŞAvropa İttifaqının Rusiyanı təcrid etməsi, Çinin sürətli iqtisadi və hərbi yüksəlişindən faydalanma arzusu Moskvanın Pekini qucaqlaşmasına kömək edib.

Bununla yanaşı, Çin, ABŞ və onun Asiyadakı ittifaq şəbəkəsinin, xüsusən də Şərqi Çin dənizindəki Senkaku adaları ətrafında gərginliklə bağlı Yaponiyanın təzyiqini azaltmaqdan ötrü Rusiyanı güclü tərəfdaş kimi görür.

Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Bu ilin əvvəlində Rusiya prezidenti Vladimir Putinin Pekinə səfəri zamanı tərəflər strateji tərəfdaşlığı formalaşdırıblar. Onlar birgə bəyanatda qeyd ediblər ki, “bütün sahələrdə əməkdaşlıq, strateji əlaqələr quracaq və əlaqələndirmələr aparacaqlar; silahlı qüvvələr, mövcud hərbi əməkdaşlıq mexanizmlərini yaxşılaşdıracaq, praktiki hərbi və hərbi-texniki əməkdaşlıq sahəsində qarşılıqlı əlaqələri genişləndirəcək, qlobal və regional təhlükələrə qarşı birgə mübarizə aparacaqlar”.

Əlaqələrin iqtisadi tərəfi də böyüyür və ikitərəfli ticarətin bu il 100 milyard $-dan çox olacağı gözlənilir. Hər iki tərəf 2020-ci ilin sonuna qədər həmin rəqəmi iki dəfə artırmağı planlaşdırır.

Bu iqtisadi artımın ana xətti 400 milyard $-lıq qaz razılaşmasıdır. 2014-cü ildə tərəflər Rusiyanın qazı nəhəngi “Qazprom”u 55 milyard dollarlıq sərmayə ilə təmin edib.

Rusiya və Çin üçün artan strateji konvergensiyaya baxmayaraq, bu tənliklər ənənəvi ittifaq anlayışından kənardadır. Əslində, iki tərəf arasında strateji etibarsızlıq mövcuddur.

Birincisi, geoiqtisadi cəhətdən Moskva Pekinin Orta Asiyadakı “Bir qurşaq-Bir yol” Təşəbbüsünə (BRI) ehtiyatla yanaşır. Rəsmi olaraq Rusiya BRI-ni infrastrukturun inkişaf etdirilməsi və regionda təchizat zənciri bağlantısının artırılması üçün mühərrik layihə kimi dəstəkləyir.

Buna baxmayaraq, bu təsdiqin arxasında Çinin regionda rus hakimiyyətinin ən azı qismən pozulmasına yol aça biləcəyi narahatlıqları var. Eyni şəkildə, Rusiyada Uzaq Şərqdə Çin investisiyalarının artması narahatlıq doğurur, bu, rus biznesinə və xüsusilə onun Arktik bölgədəki maraqlarına təhlükədir.

Önümüzdəki aylarda izləmək üçün başqa bir sahə olacaq. Bunun nümunəsi – Putin və Yaponiya baş naziri Şinzo Abenin rəhbərliyi altında Yaponiya-Rusiya əlaqələrinin tədricən yaxşılaşmasıdır. İki tərəfin əlaqələri onilliklər boyu Yaponiyanın Hokkaydo adasının şimalındakı Cənubi Kuril adaları (“Yaponiyanın şimali əraziləri” adlandırılır) üzərində kilidlənib.

##relatedPostMilli##

Onlar mübahisəni həll etmək arzusunu iddia etsə də, Yaponiya və Rusiya adalar üzərində hər hansı bir razılaşmadan çox uzaqdadır. Ancaq həm Tokioda, həm də Moskvada əlaqələr güclənməyib. Çünki Çin işində Yaponiya-Rusiya, Rusiya iddiasında ABŞ-Yaponiya pazları var. Kuril məsələsində güzəştə getmək əvəzinə, Moskva Pekinə tam uyğunlaşmaqdan başqa, Uzaq Şərqdə tarazlıq və təhlükəsizliyə üstünlük verir.

Burada əsas element Vaşinqtonla olan əlaqədir. Çin-Rusiya maraqlarının mövcud birləşməsi hər iki dövlətin ABŞ-a qarşı çıxması və de-fakto onun dostları və tərəfdaşlarının çoxu ilə qarşıdurma deməıkdir. Yeni yanaşmalar yaxın gələcəkdə bu dinamikanın irəliləyişini dəyişməyəcək.

ABŞ-ın bu ölkələrə yanaşması, habelə Sakit okean hövzəsində mövcudluğu Rusiya və Çinlə münasibətlərin həlledici mərhələsi olacaq.

Tərcümə: Strateq.az

pia.az


Etiket: Çin Rusiya İttifaq

Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Tanınmış aparıcı Aytən Səfərova qəzaya düşüb, ölən və xəsarət alanlar var - Yenilənib, Video

Samir Əsədli:" Sülhməramlılar Xudavəng monastırına bizi buraxmadılar"

Aytən Səfərovanın düşdüyü qəzada ölən gəncin görüntüsü

BŞİH Milli Şuranın mitinqlə bağlı müraciətinə cavab verib

Ramiz Mehdiyevin kürəkəni Şabranda 52 hektar torpağı ələ keçirdi – Qalmaqallı məhkəmə işi

Paşinyandan növbədənkənar seçki ilə bağlı açıqlama

"Dünəndən paltarlarını hazırlamışdı, qismət olmadı" - Hadı Rəcəblinin qızı

İlham Əliyevdən Şuşa şəhəri ilə bağlı sərəncam    

Məhkəmə Akif Çovdarovun əmlakları ilə bağlı qərar verib

Ən çox oxunanalar