Cümə axşamı, 25 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Gürcüstan hökumətində marixuana dartışması

"Gürcü arzusu" narkotikin ölkəyə gətirilməsini leqallaşdırmaq istəyir

“Gürcü Arzusu” partiyası ölkə parlamentinə marixuanayla bağlı qanun layihəsi təlklif edib. Bu layihə marixuananın tibbi və kosmetik məqsədlə ixracını leqallaşdırmağı nəzərdə tutur.

Marixuananın becərilməsi və satılması Gürcüstanda hələ ki, cinayət əməli hesab edilir. Yeni qanun layihəsi isə hökümətə bunu becərib satmağa imkan yaradır.

“Hökümət özü istehsal etmək, ondan istifadə edənləri isə cəzalandırmaq istəyir? Bu ki absurddur? – Bunu deputat Giga Bokeriya deyir. O, həm də Gürcüstanda ictimai hətəkatın sədridir. Bakeriya höküməti marixuananı “hər kəs üçün” leqallaşdırmağa çağırıb.

Gürcüstandakı mühafizəkar kəsim və Provoslav kilsəsi bu qanun layihəsini sərt tənqid edib:

“Hökümət bu yolla dövlət büdcəsi haqda düşünür, lakin milli təhlükəsizliyi düşünmür. Bu qanun ölkəni başqa bir Əfqanıstana və ya Kolumbiyaya çevirmək riski yaradır.”- deyə kilsənin baş keşişi bildirib.

Yeni qanun layihsəinin önəmli olduğunu düşünənlər də var. Gürcüstanda Fermerlər Assosiasiyasının rəhbəri Nino Zambakidze bildirib ki, bu təşəbbüs Gürcüstan iqtisadiyyatı üçün faydalı ola bilər.

Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

“Ancaq biz çox sərt qaydalar qoymalıyıq. Çünki, bu layihənin məqsədi marixuananı istehlak üçün istehsal etmək deyil”.

Gürcüstanın baş naziri Mamuka Baktadze bildirib ki, marixuana ixracı haqda olan qanun layihəsi “çox məsuliyyətli” bir addımdır və tənzimləmələrin sərt olacağını bildirib. O əlavə edib ki, bu sahədə uğurlu olan ölkələrin təcrübələrindən də yararlanacaqlar. Mamuka Baktadze Kanada və İsrayili missal göstərərək deyib ki, bu ölkələr marxuana ixracından sərfəli sistem yaradıblar.

Gürcüstanda narkotik maddələrdən istifadəyə görə ciddi cəzalar var. Həbsxalanardakı məhbusların üçdə biri narkotik maddələrlə bağlı ittihamlarla həbsdədirlər. Onlar 8 ildən 20 ilədək azadlıqdan məhrum ediliblər.

Gürcüstanın Konstitusiya Məhkəməsi isə bu ilin iyulunda marixuana istehlakına görə inzibati cəzaları ləğv edən hökm verib. Beləliklə Gürcüstan bu narkotik maddədən istifadə qadağasını ləğv edən ilk keçmiş sovet respublikası olub.

Hökmün yalnız kənafdan – anaşadan istifadəyə aid olduğu bildirilir və qeyd olunur ki, bu bitkinin becərilməsi və satılması cinayət əməli olaraq qalır.

(Azadlıq radiosu)

pia.az



Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

 Sabiq pediatrın intiharı ilə bağlı iddialara rəsmi cavab: “Rəhbər təyinatı olmayıb” - Yenilənib, Video

Azərbaycanın ixrac etdiyi qara kürünün qiyməti açıqlanıb

Özünü güllələyən məşhur pediatr kim idi? - Dosye

Faiq Ağayevdən Brilliant Dadaşovaya gözlənilməz sözlər - Video

Bərdədə qaçırılan 23 yaşlı qızın ailəsinə təhvil verilməsinin təfərrüatı məlum olub - Yenilənib

Qadının üzərinə benzin tökərək yandırdığı deyilən kişi məmur oğlu imiş - Açıqlama

Bakıda dələduz şəbəkə peyda olub - Mənzil və obyekt sahibləri ehtiyatlı olun

Qeyri-neft sektorunun inkşafı və Dövlət İnvestisiya Şirkətinin batırdığı sərmayələr... - I yazı

Ən bahalı və sağlam bitki yağları - hər kəs bunları bilmir

Cəfər Cabbarlı haqqında məxfi həqiqətlər - Video

Ən çox oxunanalar