Çərşənbə, 24 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

"Koçaryan hakimiyyətə idda etsə, ölkədə durum sabitsizləşəcək" - Müsahibə

“1in.am”, Ermənistan

 

“1in.am”-ın müsahibi beynəlxalq münasibətlər üzrə mütəxəssis, müdafiə və təhlükəsizlik sferasında ekspert, Rusiya təhlilçisi Qriqori Trofimçukdur.

– Cənab Trofimçuk, Moskvada Ermənistan Baş naziri Nikol Paşinyanla Rusiya Prezidenti Vladimir Putinin görüşü baş tutdu, rus-erməni ittifaq münasibətlərinin inkişafının həlledici məsələləri müzakirə edildi. Siz bu görüşün nəticələrini necə qiymətləndirirsiniz?

– Bəli, görüş baş tutdu. Ancaq Nikol Paşinyanın verdiyi müsahibəyə əsasən, o, öz mövqeyində qalır və dairəsi genişlənəcək rəqiblərinə yönəlik başladığı təzyiqi açıq şəkildə azaltmaq niyyətində deyil. Ola bilsin, ayrı-ayrı şəxslərlə bağlı hansısa istisnalar mümkün olsun. Hətta RF prezidentilə konkret və tamamilə adi olmayan, hər hansı bir ümumi bayramla, rəsmi səfərlə, Avrasiya sammiti ilə bağlı olmayan danışıqlardan sonra… Ermənistan Baş naziri hələ də öz xəttini qoruyur, onun fikrincə, bunun üçün əsasları vardır. Misal üçün, KTMT ilə bağlı. Və ya elə Qarabağla bağlı. Beləliklə, nəticə çıxarmaq olar ki, deməli, heç nə dəyişməyib.

Paşinyanın səsləndirdiyi əsas sözlərdən biri “müdaxilə edilməməsi”dir. Mahiyyətcə, bunu birbaşa Moskvaya ünvanlanmış tələb hesab etmək olar. Baxmayaraq ki, bu, məsələyə necə baxılmasından asılıdır, axı hətta Ermənistan üçün təbii qazın qiymətinin endirilməsi, mahiyyətcə, bu ölkə daxilində azad bazar qiymətinin formalaşması siyasətinə birbaşa müdaxilədir.

– Siz necə hesab edirsiniz, Ermənistan Baş nazirinin bəyan etdiyi kimi, ikitərəfli münasibətlərdə heç bir istiqamətdə problem yoxdur?

– Mən elə düşünmürəm, əksinə, fikirləşirəm ki, hətta yeniləri yaranacaq. Məncə, ikitərəfli münasibətlərdə son aylarda yaranan bütün problemlər öz yerində qalır. Ermənistan Baş naziri Nikol Paşinyan bundan öncə də Rusiyanı düşmən elan etməyərək, təqribən bu ruhda danışırdı. Eyni zamanda anlamaq lazımdır ki, əvvəlki hakimiyyət nümayəndələrinin repressiya olunması Paşinyanın əlində qalan yeganə daxili siyasi resursdur. O, bundan imtina edə bilməz, çünki iqtisadi vəziyyətin yaxşılaşdırılması və erməni vətəndaşlarının həyat səviyyəsinin yüksəldilməsi, təəssüf ki, mümkün olmayacaq.

Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

– Necə hesab edirsiniz, Moskva bundan sonra da Ermənistanın daxili işlərilə, o cümlədən 01 mart 2008-ci ilin cinayət işi və Robert Koçaryanın onda iştirakı ilə maraqlanacaq?

Moskva indi Ermənistan daxilində baş verənlərlə, bütün siyasi hadisələrlə daha diqqətlə maraqlanacaq. Məncə, belə marağı müdaxilə adlandırmaq olmaz, çünki Ermənistan Rusiyaya yad ölkə deyil. Əgər Ermənistanda vəziyyət bundan sonra da pisləşərsə, bu, təkcə Rusiyaya deyil, Avrasiya İqtisadi İttifaqı və KTMT-nin bütün digər üzvlərinə də təsir edəcək. Xüsusilə nəzərə almaq lazımdır ki, elə həmin görüşdə Rusiya Prezidentinin dediyi sözlərə görə, MoskvaYerevanın münasibətləri “əlahiddə spesifik xarakter ” daşıyır. Bu, sizin üçün standart strateji tərəfdaşlıq deyil, bu, açıq şəkildə nə isə başqa bir şeydir.

Ermənistanın ikinci prezidenti Robert Koçaryan müsahibələrində bir neçə dəfə öz siyasi planlarına Moskvanın dəstək verməsinə işarə vurdu. Moskva onun komandasına “stavka” edərmi?

– Əgər Robert Koçaryan birdən ali dövlət postuna iddia etməyə qərar verərsə, bu, ölkədə durumu daha böyük ölçüdə sabitsizləşdirər.

Çünki bu, təqribən, Qorbaçovun özünü Rusiyada xalqa təqdim etməsi kimi bir şey olardı. Ona görə də Moskva nə qədər istəyir, onu müdafiə edə bilər, ancaq iş bundan deyil, geriyə – keçmişə getmək istəməyən erməni vətəndaşlarının özlərinin kimi müdafiə etməsindən asılıdır. Sadəcə olaraq, Moskva sabiq prezident Koçaryana özünün kifayət qədər isti olan münasibətini saxlayır. Aydındır ki, öz ali postunu tərk edəndən sonra Paşinyana belə münasibət olmayacaq. Və bu, elə indi artıq aydındır.(tərcümə-strateq.az)

pia.az



Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Rusiya müdafiə nazirinin müavini Timur İvanov saxlanılıb

Azərbaycanı görünüşü ilə heyrətə gətirən uşağın atası danışdı - Video

Peskov: "Şoyqunun müavininin saxlanılması barədə Putinə məruzə edilib"

Sabiq baş pediatrın intiharı ilə bağlı cinayət işi açıldı - Yenilənib

Sabiq deputatın qardaşı oğlunun 350 min vergi borcu var

Bərdədə qaçırılan 23 yaşlı qızın anası: “Qışqırsa da...” - Yenilənib

Prezident: Bəzi ölkələr Azərbaycana qarşı soyuq müharibəyə başlayıblar    

Azərbaycanın ixrac etdiyi qara kürünün qiyməti açıqlanıb

Bərdədə qaçırılan 23 yaşlı qızın ailəsinə təhvil verilməsinin təfərrüatı məlum olub - Yenilənib

Bu il Kann Film Festivalının müsabiqəsində Azərbaycan da yarışacaq

Ən çox oxunanalar