Cümə, 29 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Ermənistan dollardan imtina edir?-erməni nazirdən maraqlı açıqlama

Ermənistan baş nazirinin müavini Mger Qriqoryan “MİR 24” kanalına verdiyi müsahibədə Avrasiya İqtisadi İttfaqında ticarət münasibətlərində dollardan imtina olunmasının və başqa bir vahid valyutadan istifadə edilməsinin vacibliyini vurğulayıb

Qriqoryanın fikrincə, vahid valyuta olmadan inteqrasiya prosesinin perspektivindən danışmaq mümkün deyil.

Maraqlıdır ki, Paşinyanı müdafiə edən erməni qəzetləri onun nazirinin bəyanatına sərt münasibət göstərib. “1.in.am” saytının analitiki Sərkis Artsruni Mger Qriqoryanın Rusiya prezidenti Vladimir Putinin Vladivostokda söylədiyi fikirləri təkrarladığını bildirib.

Bundan başqa mətbuatda Mger Qriqoryanın “Çiçəklənən Ermənistan” partiyasının kvotasından Paşinyan hökumətinə daxil olduğunu və bir neçə ay sonra vəzifədən gedəcəyi qeyd olunur. “Nazir vəzifədən getsə də, onun bəyanatlarının qalığı, siyasi nəticələri ortada qalır. Belə sözləri isə ruslar göydə tuturlar”,- Artsruni yazır.

Erməni ekspertləri yeni hökumətdən bir-birinə zidd söyləmlərin ilk dəfə gəlmədiyini vurğulayırlar. Onların fikrincə, Ermənistanın indiki Xarici İşlər naziri Zöhrab Mnatsakanyanın siyasi səhnədə az görünməsi başqa nazirlərin xarici siyasət barədə özbaşına bəyanatlar verməsinə səbəb olur.

Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Ermənilər bu vəziyyətin Ermənistanın dövlət olaraq ciddiyətdən uzaq imic sərgilədiyini və etibarsız tərəfdaş obrazı yaratdığını bildirirlər.

Bundan başqa erməni politoloqları, hökumət üzvlərinin Paşinyanın erməni inqilabının ölkənin xarici siyasi vektorunu dəyişdirmədiyi barədə bəyanatlarını mexaniki olaraq anladaqlarını vurğulayırlar. Onların rəyinə görə, kabinet üzvləri hələ də Rusiya-Ermənistan münasibətlərində vassallıq prinsipinin saxlanıldığını düşünürlər.

Həmçinin rus rublunun son dövrlərdə öz dəyərini böyük miqdarda itirməsi Mger Qriqoryana yönələn tənqidləri gücləndirib.

“Bütün bu xoşagəlməz tendensiya yəqin ki davam edəcək. Görünür Rusiyanın aktiv səyləri sayəsində Ermənistanda Moskva tərəfindən nəzarət edilən ikiqütblü siyasi sistem yaradılıb”,- Artsruni sonda qeyd edib.

pia.az



Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Azərbaycanda polkovnik-leytenant vəfat etdi - Foto

Ermənistan Silahlı Qüvvələrinin Baş Qərargah rəisi müharibə istəyir?..

Ermənistanla Gürcüstan arasında demarkasiyası prosesi - İrəvan Tbilisiyə bir kənd verəcək....

Yarım milyon mənimsəyən baş həkim həbsdə öldü    

Şadlıq saraylarında menyular bahalaşdı - Qiymətlər

“Verdiyi koordinatlar o qədər dəqiq idi ki...” - Döyüş yoldaşları Milli Qəhrəman haqqında - Video

BMT Baş katibi azərbaycanlı diplomatı yüksək vəzifəyə təyin edib

Ən çox oxunanalar