Şənbə, 20 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Azərbaycan kinosunun 120 illiyinə həsr olunan musiqi axşamı keçirilib - Fotolar

Bakı Media Mərkəzi “Şirvanşahlar Saray Kompleksi" Dövlət Tarix-Memarlıq Qoruq Muzeyində Azərbaycan kinosunun 120 illiyinə həsr olunan musiqi axşamı təşkil edib

Mərkəzdən verilən məlumata görə, "Bakcell" şirkətinin sponsorluğu ilə baş tutan tədbirə Bakı Media Mərkəzinin prezidenti Arzu Əliyeva, kino və musiqi xadimləri, rəsmi nümayəndələr və başqa qonaqlar qatılıblar.

Tədbirin keçirilməsində məqsəd Azərbaycan kinosunun 120 illiyini qeyd etmək, kino yaradıcılığının xalqın mədəni-mənəvi həyatında və Azərbaycanın zəngin mədəniyyət salnaməsində oynadığı rolu bir daha vurğulamaq, eləcə də musiqinin filmlərin mühüm komponenti olmasını qabartmaq olub.

Tədbirdə Azərbaycan kinosunun keçdiyi tarixi yola qısa nəzər salınıb və Bakı Media Mərkəzinin fəaliyyət göstərdiyi 5 il ərzində müasir Azərbaycanın sənədli filmlərinin səlnaməsinin yaradılması işinə verdiyi töhfələrdən də danışılıb. Mərkəzin istehsal etdiyi filmlərin Azərbaycan tarixini, mədəniyyətini və multikulturalizim dəyərlərini özündə əks etdirdiyi bildirilib, eyni zamanda bu filmləri Azərbaycanda və dünyada rəsmi rəqəmlərə görə, 60 milyondan çox tamaşaçının izlədiyi qeyd olunub.

Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Musiqili gecədə Azərbaycanın görkəmli bəstəkarlarının filmlər üçün bəstələdiyi musiqi əsərləri yeni aranjimanda təqdim olunub. Eyni zamanda, filmlərdən olan görüntülər proyeksiya vasitəsilə xüsusi hazırlanmış video-kontentlə Şirvanşahlar Saray Kompleksinin divarlarında nümayiş etdirilib.
Qeyd edək ki, Bakı Media Mərkəzi Azərbaycanın audiovizual məhsulların istehsalı ilə məşğul olan aparıcı və innovativ media şirkətidir. Mərkəzin son işləri sırasında “Hədəf Bakıdır. Hitler neft uğrunda döyüşü necə uduzdu”, “Əbədi ezamiyyət”, “Multikulturalizm İli”nə həsr olunmuş “Bir günəş altında”, Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyinə həsr edilmiş “Son iclas” və digər filmlər yer alır.

pia.az

Fotolar





Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Abel Məhərrəmov və xanımı məhkəməyə verildi - Torpaq qalmaqalı

Hacı Nuran "Pusu"nun məşhur aktyoruna lüks avtomobil hədiyyə etdi

Sumqayıtda ər-arvad qətlə yetirilib: 24 yaşlı oğulları saxlanılıb - Yenilənib

Deputat: “Bu yaxınlarda parlament seçkisi olacaq”

Fransanın daha bir neçə diplomatı “persona non grata” elan edilib - Foto    

Azərbaycanda 22 yaşlı oğlan qadının üzərinə benzin tökərək yandırıb - Yenilənib

İsrail İran ərazisində bir hərbi obyektə raket zərbəsi endirib

İlham Əliyevin növbəti qələbəsi: Qazaxın 4 kəndi Azərbaycana qaytarılır

Ermənistan ordusu Qazaxın dörd kəndindən çıxarılır  

Ən çox oxunanalar