Cümə axşamı, 28 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Pentaqon yeni cihaz hazırlayır - 10 milyon dollar ayrıldı

Pentaqon yeni "Molar Mic" telekommunikasiya sistemi hazırlayır

ABŞ bu məsələyə 10 milyon dollar yatıracaq. Səslərin sümük keçiricilik qabiliyyətindən istifadə edəcək simsiz "diş mikrofonu" ağıza yerləşdiriləcək və ikitərəfli rabitəni təmin edəcək. Həmçinin miniatür qurğu arxa dişlərə də yerləşdirilə bilir. Şəxsin öz istəyinə bağlı olaraq fərdi şəkildə həyata keçirilir. "Molar Mic" qurğusu suya davamlıdır, mikrofon və dinamik kimi istifadə edilərək səsin "gizlicə" çənə və kəllə sümükləri vasitəsilə bilavasitə daxili qulağa ötürülməsini təmin edəcək. Sümük keçiricilik qabiliyyəti təkcə "Molar Mic" qurğusunun gizliliyini təmin etməyəcək, eyni zamanda ətrafdakı səslərin eşidilməsini itirmədən danışıqlar aparmağa imkan verəcək.

Layihə üzərində çalışan tədqiqatçılar deyir ki, qurğu kənardakı əlavə səsləri (məsələn, işə salınmış vertolyot mühərrikləri fonunda) duya biləcək. Siqnalın ötürülməsi boyunda quraşdırılan "Tactical Neckloop" qurğusu və "Near-Field Magnetic Induction" (NFMI) texnologiyası vasitəsilə həyata keçirilir. Akkumulyatoru simsiz enerjidoldurmanı dəstəkləyən "Molar Mic" qurğusu kiçik pult vasitəsilə idarə ediləcək.

Yeni texnologiya Əfqanıstanda hərbi əməliyyatlarda və "Harvi" qasırğasından zərərçəkmiş insanların xilas edilməsi üzrə əməliyyatlar zamanı uğurla sınaqdan keçirilib. (publika.az)

pia.az


Etiket: Pentaqon Cihaz

Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Azərbaycan XİN Namiq Abbasovun vəfatı ilə bağlı paylaşım edib

Azərbaycanda polkovnik-leytenant vəfat etdi - Foto

“Crocus”da insanları xilas edən Emil Hüseynov və anası baş verənlərdən danışdılar - Video

Ermənistanla Gürcüstan arasında demarkasiyası prosesi - İrəvan Tbilisiyə bir kənd verəcək....

Rusiya Ermənistana müqavilələrdə nəzərdə tutulan silahları göndərir

Azneft”in baş direktoru vəzifəsindən azad edildi - Yeni təyinat

Şadlıq saraylarında menyular bahalaşdı - Qiymətlər

Ermənistan Silahlı Qüvvələrinin Baş Qərargah rəisi müharibə istəyir?..

Yarım milyon mənimsəyən baş həkim həbsdə öldü    

Ən çox oxunanalar