Cümə, 19 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Azərbaycan ixracatının 24,8%-i İtaliyanın payına düşür

2018-ci ilin yanvar-iyul aylarında Azərbaycanın hüquqi və fiziki şəxsləri dünyanın 170 ölkəsindəki tərəfdaşları ilə ticarət əməliyyatları həyata keçirib, 101 ölkəyə məhsul ixrac olunub, 162 ölkədən idxal olunub

Dövlət Statistika Komitəsindən verilən məlumata görə, gömrük orqanlarında qeydiyyatı aparılmış, lakin gömrük rəsmiləşdirilməsi tam başa çatdırılmamış ixrac olunan xam neft və təbii qazın statistik qiymətləndirilmiş dəyəri nəzərə alınmaqla 2018-ci ilin yanvar-iyul aylarında xarici ticarət dövriyyəsi 17 474,7 milyon ABŞ dolları, o cümlədən ixracın dəyəri 11 698,5 milyon dollar, idxalın dəyəri 5776,2 milyon dollar təşkil edib, nəticədə 5922,3 milyon dollarlıq müsbət ticarət saldosu yaranıb. 2017-ci ilin yanvar-iyul ayları ilə müqayisədə xarici ticarət dövriyyəsi faktiki qiymətlərlə 35,6 faiz, real ifadədə isə 0,7 faiz, o cümlədən ixrac 0,8 faiz, idxal 0,5 faiz artıb.

Dövlət Gömrük Komitəsinin məlumatlarına əsasən ixracın 24,8 faizini İtaliyaya, 8,0 faizini Türkiyəyə, 7,6 faizini İsrailə, 5,3 faizini Hindistana, 4,7 faizini Tayvana (Çinin əyaləti), 4,3 faizini İndoneziyaya, 4,0 faizini Kanadaya, 3,9 faizini Almaniyaya, hər biri 3,7 faiz olmaqla Portuqaliya və Çexiyaya, 3,6 faizini Rusiyaya, 3,2 faizini Gürcüstana, 3,0 faizini Fransaya, 2,6 faizini İspaniyaya, qalan 17,6 faizini isə digər ölkələrə göndərilmiş məhsulların dəyəri təşkil edib.

Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Ölkəmizə idxal olunmuş məhsulların ümumi dəyərinin 15,9 faizi Rusiya, 15,3 faizi Türkiyə, 10,2 faizi Çin, 6,7 faizi Almaniya, 4,9 faizi ABŞ, 4,1 faizi Ukrayna, 3,3 faizi İtaliya, 2,7 faizi İran, hər biri 2,5 faiz olmaqla İsveçrə və Yaponiya, 2,4 faizi Britaniya, 2,2 faizi Belarus, 27,3 faizi isə digər ölkələr ilə aparılmış idxal əməliyyatlarının payına düşüb.

2018-ci ilin yanvar-iyul aylarında 968,6 milyon dollar dəyərində qeyri-neft məhsulları ixrac edilib ki, bu da 2017-ci ilin yanvar-iyul aylarına nisbətən faktiki qiymətlərlə 13,5 faiz, real ifadədə isə 3,8 faiz çoxdur.

pia.az



Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Seymur Talıbova həbs yolu göründü: Sabiq nazir məhkəməsində onu satdı...

Azərbaycanda satılan yağlarla bağlı araşdırmaların nəticələri açıqlanıb    

Təhsil Nazirliyi tender keçirmədən 2 milyonu Ramiz Mehdiyevin oğlunun şirkətinə verdi – Təfərrüat

Bakıda hamamda qadınla kişinin meyitləri tapıldı

Məktəbin həyətində faciəvi şəkildə ölən 10 yaşlı Fərhanın fotosu

Qəzaya düşən aparıcı Aytən Səfərovanın vəziyyəti açıqlandı  

Çin-Rusiya münasibətləri: Müharibənin səbəb olduğu məcburi evlilik...

"Ona məğlub olmamaq üçün bacardığınızı edin"

Qubad İbadoğlunun ibtidai istintaq işi üzrə yekun ittiham aktı elan edilib

Azərbaycanın Milli Qəhrəmanı infarkt keçirib    

Ən çox oxunanalar