Cümə axşamı, 25 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

BMT xərçəng xəstəliyi ilə bağlı hesabat yaydı

Dünyada 18 milyon insan yoluxub, 9.6 milyon nəfərin öləcəyi gözlənilir

Bu il 18 milyondan çox adam xərçəngə tutulub və 9,6 milyon nəfərin bu xəstəliyin müxtəlif formalarından dünyasını dəyişəcəyi gözlənir. BMT-nin Xərçəng Araşdırmaları Beynəlxalq Agentliyinin sentyabrın 12-də açıqladığı hesabatda belə deyilir.

Bu agentlik Ümumdünya Səhiyyə Təşkilatının xərçəng üzrə ixtisaslaşmış təşkilatıdır. Qurum bildirir ki, bu xəstəlik dünyada səhiyyəyə artan təhlükədir.

Dünyada hər 5 kişidən biri və hər 6 qadından biri xərçəngə tutulur. Hər 8 kişidən biri və hər 11 qadından biri bu xəstəlikdən dünyasını dəyişir. 2012-ci ildən bəri ilk dəfə yayılan hesabatda belə deyilir.

Müqayisə üçün, altı il öncə xərçəngə 14,1 milyon nəfər tutulub, 8,2 milyon nəfər isə dünyasını dəyişib. 2008-ci ildə xərçəngə tutulanların sayı 12,7 milyon, bu xəstəlikdən ölənlərin sayı isə 7,6 milyon nəfər olub.

Ümumilikdə, bu il xərçəngə tutulanların, demək olar, yarısı, bu xəstəlikdən ölənlərin isə yarıdan çoxu Asiyada qeydə alınır. Bunun bir səbəbi dünya əhalisinin 60 faizə yaxınının burada məskunlaşmasıdır.

Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Xərçəngə tutulanların təxminən 25 faizi, xərçəngdən ölənlərin isə beşdə biri Avropanın payına düşür. Baxmayaraq ki, Avropada dünya əhalisinin yalnız 9 faizi yaşayır.

Amerikalarda dünya əhalisinin 13 faizindən çoxunun məskunlaşmasına baxmayaraq, xərçəng xəstəliklərinin yalnız 21 faizi, dünyasını dəyişənlərin isə 14 faizi burada yaşayır.

Asiyada və Afrikada xərçəngdən ölüm sayı (uyğun olaraq 57,3 və 7,3 faiz) xəstəliyin aşkarlanma hallarından (48,4 və 5,8 faiz) daha çoxdur. Bu, bəzi xərçəng növlərinin diaqnozunun zəif qoyulması, müalicənin zəifliyi ilə əlaqələndirir.

Ağciyər xərçəngi həm kişilər, həm də qadınlar arasında əsas ölüm səbəbidir, 28 ölkədə xərçəngə tutulan qadınlar xəstəliyin məhz bu növündən dünyalarını dəyişirlər.

##relatedPostMilli##

Hesabatda qeyd olunur ki, bir çox ölkələr siqaretlə bağlı xəstəliklərin önlənməsi üçün daha çox iş görməlidirlər. Bəzi ölkələrin siqaret çəkilməsinin azaldılması yönündə tədbirlər gördüyü də vurğulanır.

Agentliyin bildirməsinə görə, xərçəngin yayılması bir sıra faktorlarla əlaqəlidir. Bu sırada əhali artımı, yaşlanma da var, sosial, iqtisadi amillər də.

Sürətlə artan iqtisadiyyatlarda bunu əyani görmək olur. Məsələn, sənayeləşmiş ölkələrdə yoxsulluq və infeksiyadan yaranan xərçəng növləri getdikcə həyat tərzindən doğan növlərlə əvəzlənir.

(Azadlıq radiosu)

pia.az



Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

 Sabiq pediatrın intiharı ilə bağlı iddialara rəsmi cavab: “Rəhbər təyinatı olmayıb” - Yenilənib, Video

Özünü güllələyən məşhur pediatr kim idi? - Dosye

Cəfər Cabbarlı haqqında məxfi həqiqətlər - Video

Ən bahalı və sağlam bitki yağları - hər kəs bunları bilmir

Faiq Ağayevdən Brilliant Dadaşovaya gözlənilməz sözlər - Video

Bakıda dələduz şəbəkə peyda olub - Mənzil və obyekt sahibləri ehtiyatlı olun

Vətən müharibəsi iştirakçısı anasının xəstəliyini eşidib intihar edib

Niyə qızartmazdan əvvəl kartofun üzərinə un səpirlər? - Faydalı hiylə

Soydaşımız Akademik Heydər İmanov “Azərbaycanın qüruru” qızıl ordeni ilə təltif olunub

Daha bir ölkə Fələstini dövlət kimi tanıyıb    

Ən çox oxunanalar