Cümə axşamı, 18 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Novruz Məmmədov İsrailin müdafiə naziri ilə görüşüb - Foto

Azərbaycan Respublikasının Baş naziri Novruz Məmmədov sentyabrın 14-də İsrail Dövlətinin müdafiə naziri Aviqdor Liberman ilə görüşüb

Görüşdə Novruz Məmmədov İsrailin müdafiə nazirinin Azərbaycana səfərinin ikitərəfli münasibətlərin daha da genişləndirilməsi baxımından əhəmiyyətli olacağına əminliyini ifadə edib. “Bu gün Azərbaycan-İsrail münasibətləri yüksək səviyyədədir. Ölkələrimiz müxtəlif sahələrdə əməkdaşlıq edirlər. Azərbaycanın müstəqilliyinin bərpasından sonrakı illərdə biz iki ölkə arasında yaxşı əlaqələr qura bilmişik”, - deyə Baş nazir vurğulayıb.

Azərbaycan-İsrail münasibətlərinin inkişafında yüksək səviyyəli qarşılıqlı səfərlərin, görüşlərin önəmli olduğunu qeyd edən Novruz Məmmədov bildirib ki, bu əlaqələrin inkişafında hə iki ölkə maraqlıdır. Ölkələrimiz arasında münasibətlərin inkişafı regional və beynəlxalq təhlükəsizlik baxımından da önəmlidir.

Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Azərbaycanın tolerantlıq ənənələrindən danışan Baş nazir Novruz Məmmədov qeyd edib ki, ölkəmizdə müxtəlif xalqların, dinlərin nümayəndələri dostluq, mehribanlıq şəraitində, bir ailə kimi yaşayırlar.

Azərbaycana hər səfəri zamanı böyük məmnunluq hissi keçirdiyini vurğulayan İsrailin müdafiə naziri Aviqdor Liberman ölkəmizdə özünü doğma evindəki kimi hiss etdiyini qeyd edib.

Ölkələrimiz arasında uzun illərdir mehriban və möhkəm əlaqələrin mövcud olduğunu qeyd edən müdafiə naziri bildirib ki, bu münasibətlərin inkişafında ulu öndər Heydər Əliyevin xüsusi rolu olub. Hazırda hər iki ölkə rəhbərlərinin səyləri nəticəsində bu əlaqələr inkişaf edir.

Görüşdə hərbi sahə ilə yanaşı, kənd təsərrüfatı, turizm və digər sahələrdə əməkdaşlığın və təcrübə mübadiləsinin genişləndirilməsi ilə bağlı fikir mübadiləsi aparılıb. (AzərTAc)

pia.az

 



Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Samir Əsədli:" Sülhməramlılar Xudavəng monastırına bizi buraxmadılar"

Aytən Səfərovanın düşdüyü qəzada ölən gəncin görüntüsü

Ramiz Mehdiyevin kürəkəni Şabranda 52 hektar torpağı ələ keçirdi – Qalmaqallı məhkəmə işi

Paşinyandan növbədənkənar seçki ilə bağlı açıqlama

Paytaxt sakinini həkim yox, texniki işçi əməliyyat edib? - Ağılasığmaz iddia

Dünyada cəmi beş ədəd olan avtomobildən biri satışa çıxarılıb - Foto

Seymur Talıbova həbs yolu göründü: Sabiq nazir məhkəməsində onu satdı...

Azərbaycanda ucuzlaşan ərzaq məhsulları hansılardır? - Video

“Mercedes”lərdə problem aşkarlandı: 260 mindən çox avtomobil geri çağırılır

Ən çox oxunanalar