Cümə axşamı, 25 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Nəsimidə yeni tədris ilinə hazırlığın vəziyyəti müzakirə edilib

Bakı şəhərinin mərkəzi rayonu olan Nəsimi rayonunda təhsilin səviyyəsi, orta məktəblərdə şagirdlərin normal təhsili üçün hər cür şəraitin yaradılması, məktəblərin maddi-texniki bazalarının vəziyyəti hər zaman diqqət mərkəzində olub. Rayonda 8 ali, 26 tam orta, 2 xususi məktəb, 2 musiqi məktəbi və 33 məktəbəqədər təhsil müəssisəsi fəaliyyət göstərir

PİA.az xəbər verir ki, 2017-2018-ci tədris ilində rayonun orta məktəblərini 1561 nəfər şagird bitirmiş, onlardan 1083 nəfəri tələbə adını qazanıb. Qəbul imtahanlarında abituriyentlərdən 191 nəfəri 500-dən, 73 nəfəri 600-dən, 23 nəfəri isə 650-dən çox, 2 nəfər 700 bal toplayıb. Məzunlardan 261 nəfəri xarici ölkələrin müxtəlif ali məktəblərinə qəbul olunmuşlar. Bu il ali məktəblərə qəbul imtahanları zamanı Texniki Humanitar Liseydən 38 nəfər, 54 saylı məktəbdən 15 nəfər, Elitar Gimnaziyadan 13 nəfər, 5 saylı məktəbdən 13 nəfər, BSU MLK-dən 11 nəfər, 164 və 240 saylı orta məktəblərdən 10 nəfər 500-dən çox bal toplayıb.

2017-2018-ci təhsil ilinin yekununa görə Nəsimi rayonu üzrə 6 məzun qızıl medala layiq görülüb.

Asif Əsgərov daha sonra bildirdi ki, bu gün elm və təhsil quruculuğunda müasir dövrün çağırışları nəzərə alınır, ölkə Prezidenti cənab İlham Əliyevin müəyyənləşdirdiyi “Maddi dəyərlərin, iqtisadi potensialın insan kapitalına çevrilməsi” prinsipi ardıcıl şəkildə icra olunur”.

Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Qəbul imtahanlarında 35 saylı tam orta məktəbin məzunu, 696 bal toplamış Mirtalıbova Röya çıxış edərək bildirdi ki, bu gün ölkəmizdə gənclərin yaxşı təhsil alması, vətənpərvər böyüməsi üçün hər cür şərait yaradılıb. Təhsil quruculuğu sahəsində görülən işlərin nəticəsidir ki, Azırbaycan gəncləri savadlı, geniş dünyagörüşlü, fiziki cəhətdən sağlam və əsl vətənpərvərlər kimi formalaşırlar. Təhsil müəssisələrinin maddi-texniki bazasının möhkəmləndirilməsi, məktəblərimizin müasir informasiya texnologiyaları, dərslik və bədii ədəbiyyatlarla zənginləşdirilməsi gənclərin daha yaxşı təhsil almasına imkan verir. Bu il də tam orta təhsili xüsusi nailiyyətlərlə başa vuran bir qrup məzun qızıl və gümüş medallarla təltif olunub. Mən də qızıl medala layiq görülmüşəm. Bu etimadı doğruldaraq qəbul imtahanlarında 696 bal toplamış və Bakı Dövlət Universitetinə qəbul olmuşam. Ali məktəblərə qəbul olunan bütün tələbələr adından Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə və Azərbaycanın birinci Vitse prezidenti Mehriban xanım Əliyevaya minnətdarlığını bildirib.

Texniki Humanitar Liseyin direktoru Səidə Zeynalova çıxış edərək bildirdi ki, bu gün ölkəmizdə davamlı inkişaf və sabitliklə yanaşı, həm də sağlam mənəvi mühit formalaşıb. Məktəblilər milli ruhda tərbiyə olunur, hərtərəfli təhsil alır, yüksək diqqət və qayğı əhatəsində əsl vətəndaş kimi yetişirlər. Hər bir valideyn fəxr edir ki, övladı ən müasir şəraiti olan məktəblərdə təhsil alır. Övladlarımız milli dəyərlərimizə, adət-ənənələrimizə, tariximizə hörmətlə yanaşan, yüksək intellektual səviyyəyə malik vətənpərvər gənclər kimi yetişirlər. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin yüksək bal toplayan tələbələrə xüsusi təqaüd ayırması onları daha yaxşı oxumağa ruhlandırır, biz təhsil işçilərinin isə ölkəmizin gələcəyinə cavabdehlik hissini daha da artırır. Məktəblərdə təhsil alan şagirdlər yaradılan təhsil şəraitindən bəhrələnərək qəbul imtahanlarında fəal iştirak edib, yüksək bal toplayaraq ali məktəblərə qəbul olunublar.

Nəsimi rayon İcra Hakimiyyəti tərəfindən qəbul imtahanlarında yüksək nəticələr göstərmiş məzunlara qiymətli hədiyyələr, həmçinin təhsildə fərqlənən və rayon ərazisində yaşayan sosial qayğıya ehiyacı olan ailələrdən olan 500 nəfər şagirdə məktəbli forması təqdim edilib.

pia.az


Etiket: Nəsimi

Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Cəfər Cabbarlı haqqında məxfi həqiqətlər - Video

Nəsib Quliyev qadına görə intihar edib - Sensasialı iddia    

Ən bahalı və sağlam bitki yağları - hər kəs bunları bilmir

Niyə qızartmazdan əvvəl kartofun üzərinə un səpirlər? - Faydalı hiylə

Vətən müharibəsi iştirakçısı anasının xəstəliyini eşidib intihar edib

Tarixdə ilk: Təhlükəli xəstəliyin müalicəsi tapıldı    

Prezident İlham Əliyevin adından Sadır Japarovun şərəfinə dövlət ziyafəti verilib - Yenilənib

Naxçıvan MR-in baş naziri işdən azad olundu - Yeni təyinat

Azərbaycan Kuboku: "Qarabağ" cavab matçında da "Neftçi"yə qalib gələrək finala yüksəlib

Ən çox oxunanalar