Cümə axşamı, 25 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Gəncədə narazılıq: Yüzlərlə Gəncə sakini Məharət Musatafayevi axtarır...

Niyazi Bayramovun işdən azad etdiyi Gəncə şəhər İcra Hakimiyyətinin Memarlıq və Şəhərsalma İdarəsinin sabiq rəisi Məharət Musatafayev yüzlərlə sakinin pulunu mənumsəyib

Gəncə şəhər İcra Hakimiyyətinin Memarlıq və Şəhərsalma İdarəsinin sabiq rəisi Məharət Mustafayevlə bağlı şikayətlər səngimir. Əldə etdiyimiz məlumatlara görə, Məharət Mustafayev vəzifədə olduğu vaxtlarda vətəndaşlardan torpaq satacağı adı altında külli miqdarda pul toplayıb.

PİA.az-a bir qrup Gəncə sakinin ünvanladığı şikayətdə bildirilir ki, pul verən əksər vətəndaşlara torpaq sahəsi ayrılmayıb. Həmçinin bir çox vətəndaşa ayrılan torpaq sahəsinə uyğun müvafiq sənədlər təqdim olunmayıb. Vətəndaşların ev tikdikləri yerlərdə torpaq bölgüsü kortəbii şəkildə aparılıb. Bir torpaq sahəsi bir neçə nəfərin adına sənədləşdirilib. Digər sənədlərdə isə böyük problemlər ortaya çıxıb.

Həmçinin sökülmüş obyektlərin yerinə konpensasiya vəd olunsa da, bu őhdəlik də yerinə yetirilməyib. Məharət Mustafayev müxtəlif vaxtlarda ayrı-ayrı vətəndaşların 4000-5000 min manat civarında pulunu alıb və mənimsəyib.

Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Şikayət məktubunda bildirilir ki, Məharət Mustafayev Gəncə şəhərinin yeni icra başçısı Niyazi Bayramov tərəfindən işdən azad olunduqdan sonra aldadılan vətəndaşlar onun axtarışına başlayıblar. Onların iddiasına görə, Məharət Mustafayev müvafiq idarənin rəhbəri olduğu vaxt torpaq satışı ilə bağlı çoxlu sayda qanunsuzluqlar edib. Məsələ ilə bağlı Gəncədəki tanışlarımızla əlaqə saxladıq və o da bildirdi ki, Məharət Mustafayevlə bağlı Gəncə də ciddi qalmaqallar ortaya çıxa bilər. Çünki şikayətçilərin sayı getdikcə artır.

Əldə etdiyimiz məlumata görə Gəncə şəhər İcra Hakimiyyətinin Memarlıq və Şəhərsalma İdarəsinin sabiq rəisi sakinlərin çağırışına heç bir reaksiya vermir. Onun heç bir nömrəsinə zəng çatmır. Vətəndaşlar Məharət Mustafayevi tapa bilmədikləri üçün hüquq-mühafizə orqanlarına müraciət etməyə hazırlaşırlar.

Məlumata görə, Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi Məharət Mustafayevin qanunsuz əməlləri və vətəndaşları aldatması ilə bağlı araşdırmalar aparır.

pia.az



Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

 Sabiq pediatrın intiharı ilə bağlı iddialara rəsmi cavab: “Rəhbər təyinatı olmayıb” - Yenilənib, Video

Azərbaycanın ixrac etdiyi qara kürünün qiyməti açıqlanıb

Özünü güllələyən məşhur pediatr kim idi? - Dosye

Faiq Ağayevdən Brilliant Dadaşovaya gözlənilməz sözlər - Video

Qadının üzərinə benzin tökərək yandırdığı deyilən kişi məmur oğlu imiş - Açıqlama

Bərdədə qaçırılan 23 yaşlı qızın ailəsinə təhvil verilməsinin təfərrüatı məlum olub - Yenilənib

Qeyri-neft sektorunun inkşafı və Dövlət İnvestisiya Şirkətinin batırdığı sərmayələr... - I yazı

Bakıda dələduz şəbəkə peyda olub - Mənzil və obyekt sahibləri ehtiyatlı olun

Laçında xarici ekspertlərin iştirakı ilə beynəlxalq konfrans işə başlayıb - Yenilənib

Şoyqunun həbs edilən müavini Alina Kabayeva ilə eyni qəsəbədə villa tikdirib

Baş nazir iclas keçirdi: Sədr məruzə etdi - Foto    

Ən çox oxunanalar