Cümə, 26 Aprel 2019
USD : 1.7
EUR : 1.996
Hava
+6 ° Baku
-0 ° Quba
-0 ° Qusar
+4 ° Gəncə
+5 ° Lənkəran
+3 ° Naxçıvan
+6 ° Salyan
+3 ° Şəki

Dünya çempionunun maşınla vurduğu şəxs sərxoş olub?- iddia

Ölümlə nəticələnən qəza törədən dünya çempionu növbəti dəfə hakim qarşısına çıxarılıb

Bakı Ağır Cinayətlər Məhkəməsində ölümlə nəticələnən yol nəqliyyat hadisəsi törətməkdə ittiham edilən Urxan Orucovun cinayət işi üzrə məhkəmə iclası keçirilib.

Hakim Səbuhi Hüseynovun sədrliyi ilə keçirilən məhkəmə iclasında şahid dindirilib. Həmin şahid Urxan Orucovun qonşusu olub. Şahid deyib ki, hadisə baş vermədən bir neçə dəqiqə əvvəl qəzanın baş verdiyi yerdən avtomobillə keçib: "Mən ordan keçəndə yol kənarı ilə gedən sərxoş bir şəxs var idi. Yola çıxırdı, maşınlara dəyirdi. Mən də ona dəyməmək üçün yolun əks istiqamətinə keçməli oldum. Səhər isə öyrəndim ki, Urxan belə bir qəza törədib".

Suallara cavab verən şahid qəza zamanı ölən şəxsin gecə yolda gördüyü sərxoş şəxs olub-olmamasını dəqiq bilmədiyini deyib.

Prosesin davamında məhkəmə istintaqının başa çatdığı elan olunub.

Növbəti prosesdə dövlət ittihamçısı Urxana cəza istəyəcək.

Xatırladaq ki, bu il yanvarın 25-də saat 1 radələrində Xəzər rayonunun Buzovna qəsəbəsi ərazisində yolu keçən Maştağa qəsəbə sakini Səlim Zülfüqarov müəyyən edilməmiş avtomobillə vurulub. 31 yaşlı Səlim Zülfüqarov ağır xəsarətlərlə xəstəxanaya yerləşdirilib və orada ölüb.

Xəzər Rayon Polis İdarəsi 2-ci Polis Bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində yol-nəqliyyat hadisəsinin “BMW” markalı avtomobillə törədildiyi müəyyən edilib. Görülmüş tədbirlərlə hadisə yerindən qaçan həmin nəqliyyat vasitəsinin sürücüsü - Bakı şəhər sakini Urxan Orucov saxlanılaraq istintaqa təhvil verilib.

Ölümlə nəticələnən qəzanı törədən və hadisə yerindən qaçan Urxan Orucov peşəkar idmançıdır. Kikboksinq və kunq-fu idman növləri ilə məşğul olan 29 yaşlı Urxan 3 qat dünya, 8 qat Azərbaycan çempionudur.(musavat.com)

pia.az

 

Şərh yazın.

loading...