Çərşənbə, 24 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

“Ermənistanın işğalçı olduğu halda demokratikləşmə cəhdləri əbəsdir”

ABŞ-ın “Washington times” qəzetinin yazarı Stiven Blank Ermənistanda Paşinyan iqtidarının son addımları, yeni iqtidarın Ruisya siyasəti, Vaşinqtonun Qafqazda tutacağı mövqe ilə bağlı “Ermənistanda inkişaf etmiş demokratiya-Müharibə, sülh, demokratiya və ABŞ-ın Qafqazdakı siyasəti” adlı maraqlı yazı qələmə alıb

Həmin yazını təqdim edirik.

Qeyd edək ki, Stiven Blank ABŞ Xarici Siyasət üzrə Şurasının elmi əməkdaşıdır.

Ermənistanda aprel-may aylarında baş verən inqilab həqiqi iqtisadi və siyasi tərəqqi üçün imkanlar açdı. Müəyyən dərəcədə buna nail də olundu. Çünki inqilabın lideri Nikol Paşinyan “hər hansı bir geopolitik gündəliyə malik olmayacaqlarını bəyan etdi.

Paşinyan dəfərlərlə Ermənistanın Rusiyanın himayəsi altında Avrasiya İqtisadi İttifaqı və Kollektiv Təhlükəsizlik Müdafiə Təşkilatının üzvü kimi əvvəlki kursun davam edəcəyini bildirib. Bundan başqa o, başçılıq etdiyi hökumətin Moskva ilə bağları daha da gücləndirəcəyini vurğulayıb.

Lakin Ermənistanın demokratikləşmə yolunda addımlar atılacağı ritorikasından yola çıxan Paşinyan təkcə Rusiya ilə sıx münasibətlər qurmaqda qalmayıb, həmçinin İranla da əlaqələri dərinləşdirir. Onun BMT Baş Assambleyasının sessiyasında iştirak etmək üçün Nyu-Yorka gəlməzdən qabaq İranı ziyarət etməsi xüsusilə əlamətdar görünür. Bundan başqa, Paşinyan çoxsaylı bəyanlar və davranışları ilə Dağlıq Qarabağ münaqişəsinin nizamlanması ilə bağlı Azərbaycanla danışıqlar aparmaq həvəsində olmadığını nümayiş etdirib.

Hər bir halda Paşinyan istər istəməz özünün demokratiya sahəsində etdiyi cəhdləri təhlükə altına qoyur. Nə qədər ki, Ermənistan Azərbaycan torpaqlarını tutmaqda davam edir, onun üçün sülh heç bir zaman olmayacaq. Bunun yerinə o, Ermənistanda demokratikləşmə prosesini həmişə boğmaq istəyən Moskvanın asılılğında qalmaqda davam edəcək. Rusiya artıq indidən Ermənistanı Paşinyanın demokratikləşmə yolunda addımlarından dolayı “açıq və ciddi danışmaqla” hədələyir.

Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?


Bunun Birləşmiş Ştatlara da ciddi təsiri mövcuddur. Çünki cənab Paşinyanın Nyu-Yorkda prezident Donald Trampla görüşmək istədiyi gələn xəbərlər arasındadır. Belə görüşlər həmin ölkələr və onun liderləri üçün böyük əhəmiyyət daşıyır. Lakin Paşinyan bu görüşün baş tutmasını istəyirsə Birləşmiş Ştatların əlinə onu dəstəkləmək üçün səbəblər verməlidir.Sadəcə olaraq, Azərbaycanla sülh bağlamaq Ermənistanın demokratiya yolunda ilkin şərt sayılır. Müharibə Rusiyaya İrəvanı itaətə məcbur etmək və Paşinyanın islahatlarını pozmaq və şəxsən özünü gözdən salmaq üçün çoxsaylı imkanlar bəxş edir. Lakin sülh Ermənistanın demokratikləşməsi, irəliyə getməsi, habelə Qərbin güclü dəstəyini əldə etməsi üçün yeganə təminat vasitəsidir.

Lakin Ermənitsanın Moskvaya tabeçiliyi , habelə Azərbaycanın Dağlıq Qarabağın da hüdudlarından kənara çıxan torpaqlarını işğal altında tutması ABŞ-ın dəstəyi və demokratiya ilə bir araya sığmır.

Buna görə də sülh, demokratiya və ABŞ-ın maraqlarının daha da genişləndirilməsi üçün Azərbaycanla bağlı gəlinən dalandan çıxmaq və hər kəsə faydalı sayıla biləcək sülh üçün yaxşı düşünlümüş təşəbbüslər irəli sürmək lazımdır.

Ermənistanda demokratiyanın, regional sülh və təhlükəsizliyin, o cümlədən bütün bölgənin demokratikləməsi və beləliklə uzunmüddətli maraqlarımızın bərqərar olunması üçün biz (ABŞ-red.) hər iki tərəfə Dağlıq Qarabağla bağlı ciddi təkliflər təqdim etməliyik. Bizim əvvəlki və indi də davam etməkdə olan Qafqazı görməzdən gəlmək siyasətimiz Moskvanın əlinə oynayır, üstəlik Rusiyanın Qara dəniz və Yaxın Şərqdəki mövqelərini gücləndirməklə bərabər, aradakı bütün narazılıqlara rəğmən bizim NATO üzrə müttəfiqimiz Türkiyə üçün təhdid doğurur.

##relatedPostMilli##Nikol Paşinyan bu vaxta qədər Moskva ilə münasibətlərdə az seçim imkanına malik olub. Lakin biz diplomatik yollarla ciddi regional təşəbbüslərlə müdaxilə etməsək Ermənistanın Moskvadan hərbi və iqtisadi asılılğı onun inqilabını boğacaq. Moskva yeri gələrsə hətta güc yolu ilə müdaxilə etməyə cəhd göstərə bilər. Ermənistan elitasının üzvləri müharibədən varlanan adamlardır və onların Rusiya elitası ilə dərin bağları var. Beləliklə sülh və islahatlardan yalnız bu iki qrup zərər görəcək.

İslahatların olmadığı yerdə müharibə həmin qruplara həm İrəvanda, həm də Moksvada demokratikləşmənin yolunu kəsməyə, habelə Ermənistanın Rusiyadan asılılığını qoruyub saxlamaq qabiliyyətlərinin güclənməsinə kömək edəcək. Lakin ABŞAvropa tərəfindən dəstəklənən sülh isə AzərbaycanErmənistan arasında əməkdaşlıq üçün yeni imkanlar doğmasına, Rusiyanın təzyiqlərini azaltmağa, habelə bu ölkələrin Avropya inteqrasiya olmalarına şərait yaradır.

Cənab Paşinyan yalnız Birləşmiş Ştatlarla birlikdə hərəkət etmələri halında demokratik səylərin uğurla baş tutacağı barədə Vaşinqtonun Ermənistana verdiyi mesajlara qulaq asmalıdır. Çünki Moskva Qafqazda sülhü arzulamır və ölkənin demokratikləşməsi arzusundan uzaqdır. Müharibə məntiqi və qisasçı milləçtilik demokratiyanı məhv edir. Bu Ermənistanın Azərbaycan torpaqlarını tutub saxlamaqla bağlı siyasətinə də aiddir.

Dövlət Departamentinin İrəvana verdiyi mesaj da bu olmalıdır. Biz müharibənin bitirilməsi ilə bağlı həqiqi fəaliyyətin birlikdə aparıldığı təqdirdə Ermənistanda demokratiyaya dəstək verməliyik. Əgər cənab Paşinyan bu savaşı sonlandırmaq üçün real qərarlığı göstərə bilsə bu zaman həm o, həm də İlham əliyev bizim tam dəstəyimizi ala biləcəklər.

Müharibə və müstəqil demokratik islahatlar Moskvanın nəzarəti altında birlikdə gedə bilməz. Paşinyan rus süngülərinə dayanaraq Azərbaycan ərazilərini işğal altında tutmaqda davam edərək demokratikləşdirməni həyata keçirmək istəyirsə olduqca yanılır.

Belə olan halda Paşinyan özünün yaratdığı inqilabın qəbirqazanına çevriləcək. Bununla da o, Moskvanın öz nəzarətində saxlamaq istədiyi ərazilərdə millətçi ambisiyaları ucbatından öz demokratiyalaırnı boğan potensial islahatçıların uzun siyahısına qoşulmağa məhkumdur.(musavat.com)

pia.az



Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Bu günə toyu təyin edilmişdi, özünü asdı: Qəbələdəki faciənin təfərrüatı

Kommunal Təsərrüfat müdiri icra başçısı olmağa çalışır...

Bağanis Ayrımda viran qalan evlərimiz: Şərti sərhədin Qazax istiqamətində son durum - Yenilənib, Fotolar

Azərbaycanda yeni dövlət rüsumu müəyyənləşir    

Azərbaycan və Ermənistan arasında delimitasiya prosesi başladı - Rəsmi

Zülfiyyə Bayramovanın mədəsində yenidən şiş aşkarlandı - Foto

Milli Məclisin növbəti iclası başlayıb, gündəlikdə 18 məsələ var

Növbəti köç karvanı Füzuliyə çatıb, açarlar təqdim olunub - Yenilənib

Bərdədə qaçırılan 23 yaşlı qızın anası: “Qışqırsa da...” - Yenilənib

Ən çox oxunanalar