Şənbə, 23 Mart 2019
USD : 1.7
EUR : 1.996
Hava
+6 ° Baku
-0 ° Quba
-0 ° Qusar
+4 ° Gəncə
+5 ° Lənkəran
+3 ° Naxçıvan
+6 ° Salyan
+3 ° Şəki

Rəsmi Bakı: Ermənistanın Azərbaycana müharibə elan etməsi...

Ermənistanın Azərbaycana müharibə elan etməsi onun münaqişə tərəfi olduğunu açıq şəkildə göstərir

Bunu Trend-in sorğusuna cavab olaraq Azərbaycan Xarici İşlər Nazirliyinin (XİN) Mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev bildirib.

H.Hacıyev qeyd edib ki, Ermənistanın baş naziri tərəfindən ziddiyyətli və biri digərini inkar edən bəyanatlar verilməkdədir:

""Şant 2018" hərbi təlimləri çərçivəsində Ermənistan parlamentinin Azərbaycana müharibə elan etməsi və bunu ölkənin parlamentinin rəsmi internet səhifəsində yerləşdirməsi Ermənistanın münaqişə tərəfi olmasının növbəti və açıq göstəricisidir".

O bildirib ki, Ermənistan rəhbərliyi öz əməlləri ilə Azərbaycanın işğal olunmuş ərazilərində yaradılmış qondarma rejimin danışıqlarda iştirakı ilə bağlı iddiasının cəfəngiyyatdan başqa bir şey olmadığını sübut edir.

pia.az

Etiket: Rəsmi Bakı

Şərh yazın.

loading...