Çərşənbə axşamı, 19 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Komitə ilə tanınmış jurnalist arasında qalmaqal - Oğurluq ittihamı

Diasporla İş üzrə Dövlət Komitəsi ilə tanınmış telejurnalist, hazırda ABŞ-da yaşayan Aynur Talıbova arasında qalmaqal yaşanıb

Qeyd edək ki, tanınmış jurnalist özünün “Facebook” sosial şəbəkəsindəki səhifəsində Diasporla İş üzrə Dövlət Komitəsini plagiatlıqda ittiham edib. İttihamın əsasını isə Aynur Talıbovanln “Amerika gündəliyi” video bloqunda paylaşdığı bir video olub. Həmin videoda ABŞ-ın Pensilvaniya ştatında Mexaniksburq şəhərində bir Şəki məhəlləsindən bəhs olunur. Diasporla İş üzrə Dövlət Komitəsi isə həmin videonu yenidən montaj edərək komitənin veb-səhifəsində yayıb. Bundan qəzəblənin tanınmış telejurnalist Aynur Talıbova isə Diasporla İş üzrə Dövlət Komitəsinin ünvanına ağır ittihamlar səsləndirib. PİA.az tanınmış jurnalistin sözü gedən postunu təqdim edir:

Yadimdadir, 2004-de “Bura Azerbaycandir” deyib, ölkəni qarışlamağa başlayanda (mənə. red!) dəli kimi baxırdılar, bunun işi-gücü yoxdur, düşüb dağa, dərəyə deyə... 3 ay sonra Mədəniyyət və Turizm Nazirliyindən çağırıb regionlarda çəkdiyimiz tarixi abidələrin dəqiq koordinatlarını soruşdular.. (Tarixi abidələrin. red!) çoxunda invertar nömrələri belə yox idi. İndi yadıma düşdü.

Məmləkətin ən uydurma və fake, yaxud loru dildə geydirmə qurumlarından birinin yarıtmaz rəhbərliyi dəyişib, yeni rəhbərlik də möhtəşəm aktiv fəaliyyətə başlayıb... Adamın gözləri yaşarır. Komitənin əlində xaricdə yaşayan azərbaycanlılarla bağlı statistika adına heç bir şey yoxdur... Hansı sualı versəniz cavab tapmayacaqsınız... Virtual gündəmi məşğul etmiş bir videonun görüntüləri və (sosial şəbəkələrdən. red!) videodakı insanların profil fotolarından istifadə etməklə video yığıb komitə adından yaymaq “Danabaş kəndi” sayağı utanmazlıqdır, deyəcəm, amma nə olsun?..

İdeyanın da, vidonun da sahibi var... Oğurluq etməzdən əvvəl ən azından əlaqə saxlayıb daha çox məlumat toplamaq olar.

Videonun orjinalı budur”.

Diasporla İş üzrə Dövlət Komitəsinin yayımladığı vidosujetlə də tanış olun:

Qeyd edək ki, Aynur Talıbovanın etirazından sonra Diasporla İş üzrə Dövlət Komitəsinin yayımladığı vidosujetə müəllif olaraq Aynur Talıbovanın adı əlavə edilib.

pia.az



Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Bukingem sarayı kral III Çarlzın ölüm xəbərini təkzib edib - Yenilənib

Məşhur avtomobil markasının Azərbaycanda istehsal tarixi açıqlandı 

Prezident Xankəndidə Novruz tonqalını alovlandırıb, xalqı təbrik edib - Yenilənib

Növbəti köç karvanı Füzuli şəhərinə çatıb, mənzillərin açarları təqdim olunub - Yenilənib

Tacir Şahmalıoğlu: “Evliliyim alınmadı, boşandım”

Nömrəsini sərnişinə vermək istəyən sürücü cəzalandırıldı - Açıqlama

“Qarabağ”ın baş məşqçisi cəzalandırılıb

Ermənistanın Hindistandan aldığı silahlar yararsız vəziyyətdədir...

Daha bir kənddə təmtəraqlı yas mərasimləri ilə bağlı qərar

Ən çox oxunanalar