Şənbə, 20 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Qubad İbadoğlu: “Bu ölkədə yaşamaq, yaratmaq, fəaliyyət göstərmək...”

İqtisadçı-alim “ABŞ-a birdəfəlik gedib” xəbərindən danışdı

İqtisadçı-alim, ADR Hərəkatının rəhbəri Qubad İbadoğlu yenidən ABŞ-a gedib. Sosial şəbəkə hesabında bu gedişinin də tədris fəaliyyəti ilə bağlı olduğunu açıqlayıb. Lakin onun ardıcıl olaraq üçüncü ildir uzunmüddətli proqramla ABŞ-a getməsi Azərbaycanı tamamilə tərk edəcəyinə dair məlumatların yayılmasına səbəb olub. Bir çoxları iqtisadçı-alimin birdəfəlik Amerikada məskunlaşmağa hazırlaşdığını iddia etməkdədirlər.

Doğrudanmı Q.İbadoğlu yaşayış yeri kimi ABŞ-ı seçib? Bu həqiqətdirsə, onun rəhbəri olduğu ADR Hərəkatının taleyi necə olacaq?

Suallara Q.İbadoğlunun özündən cavab aldıq:

- Qubad bəy, ABŞ universitetində müəllim kimi işləməyə başladığınızı qeyd etsəniz də, sizin ölkəni birdəfəlik tərk etdiyinizi deyirlər. Nə dərəcədə doğru məlumatdır?

- Dünya çox kiçikdir. Bəzən insanlara elə gəlir ki, Amerika Birləşmiş Ştatları çox uzaqdadır, ora gedib qayıtmaq çox zaman aparır. Gedənlərin bir çoxu da geri qayıtmır, çünki orada həyat səviyyəsi Azərbaycandan çox yüksəkdir. Amma məsələ bundan ibarətdir ki, mənim üçün ABŞ-a gəlmək Bakıdan qatarla Tiflisə getmək kimi bir şeydir. Mən Birləşmiş Ştatlara öz potensialımı reallaşdırmaq, şəxsi mənada daha çox inkişaf etmək, yenilikləri mənimsəmək, təcrübə toplamaq üçün gəlmişəm. Yəni bu, həm ABŞ-da elmi-pedaqoji, həm də siyasi fəaliyyətdir. Əsas iş yerim universitetdir. Bildiyiniz kimi, hələ Azərbaycanda siyasətə gəlməmişdən öncə universitetdə pedaqoji fəaliyyətlə məşğul olmuşam. Burada da hesab etdim ki, özümü bu istiqamətdə reallaşdırmaq üçün universitetlərin birində fəaliyyətimi davam etdirim. Yaxşı təklifləri dəyərləndirdim və ən əlverişli olanı - Rutgers Universitetini seçdim.

Rutgers Amerikanın ilk dövlət universitetidir. Hazırda da ölkənin ən böyük universitetlərindən biridir. 70 minə yaxın tələbəsi var, bunun 9 mini xaricidir. Tələbə-müəllim heyəti çox müxtəlifdir. Ən yaxşı təklif olduğu üçün bir akademik dərs ili müddətində burada müəllim kimi fəaliyyətimi davam etdirmək qərarına gəldim. Hazırda universitetdə professor vəzifəsində çalışıram. İqtisadiyyat departamentinin təklif etdiyi iki fənni - “Keçid iqtisadiyyatı” və “Təbii resurslar iqtisadiyyatı” fənlərini tədris edirəm. Eyni zamanda Siyasi fənnlər departamenti əlavə olaraq mənə “Beynəlxalq siyasi iqtisad” dərsini təklif edib, onu da tədris edirəm.

- Nə qədər qalacaqsınız ABŞ-da?

- Mən universitetdə bu semestr fəaliyyətimi davam etdirəcəm. Qış tətili zamanı Azərbaycana qayıdacam, tətil bitəndən sonra yenidən ABŞ-a dönərək yaya qədər işləyəcəm. Semestr bitəndən sonra isə Azərbaycana qayıdacam. Planlar belədir. ABŞ yaşamaq üçün yaxşı ölkədir. Burada hər şey insanların yalnız rifahı üçün deyil, həm də onların sağlamlığı, təhlükəsizliyi üçündür. Bu ölkədə yaşamaq, yaratmaq, fəaliyyət göstərmək yaradıcı insanlar üçün çox asandır. Lakin mən heç zaman bura yaşamaq üçün gəlməmişəm. Sadəcə olaraq, müəyyən məqsədlər naminə ABŞ-ı fəaliyyət məkanı kimi seçmişəm. Əsas məqsədim burada olduğum dövrdən maksimum yararlanmaqdır. Həm elmi, həm təcrübi, həm də ictimai-siyasi fəaliyyət baxımından buradakı imkanlardan, resurslardan, əlaqələrdən istifadə etmək, daha geniş məkanda əlaqələr qurmaq niyyətindəyəm. Bu istiqamətdə də fəaliyyətimi davam etdirirəm. Amma yenə də qeyd edirəm ki, burada qalmaq fikrim yoxdur. Mənim üçün ən gözəl ölkə Azərbaycandır, öz vətənimdə özümü daha rahat hiss edirəm. Baxmayaraq ki, təhlükəsizlik, sağlamlıq baxımından müəyyən çətinliklər olur, amma istənilən halda düşünürəm ki, Azərbaycandan başqa heç bir ölkədə yaşamaq, fəaliyyət göstərmək planım yoxdur.

Heç də hər şeyi yaxşı yaşam şərti olan ölkənin yaratdığı imkanlarla ölçmək düzgün deyil. İnsan sadəcə, yaşamaq üçün yaranmayıb, insan həm də yaratmaq üçün yaranıb. Hesab edirəm ki, Azərbaycanda görüləcək işlərimiz hələ çoxdur, ona görə də hara getsək də bura dönmək, vətəndə fəaliyyətimizi və mübarizəmizi davam etdirmək niyyətindəyik. Digər tərəfdən də qeyd etmək istəyirəm ki, bura bütün ailəmlə gəlməmişəm. Yalnız kiçik oğlum və anası mənimlə gəlib. Oğlum burada məktəbə gedir. Böyük oğlum və qızım tələbədir, təhsillərini davam etdirirlər, amma bizimlə bərabər deyillər.

- Rəhbəri olduğunuz ADR Hərəkatında işlər necədir? Təşkilatı kim idarə edir siz burada olanda?

- ADR kollegial qaydada idarə olunan təşkilatdır. Onu İdarə Heyəti yönləndirir. İdarə Heyəti qərarlarını mənimlə razılaşdırır, mən də öz fikrimi bildirirəm. İdarə Heyəti fəaliyyətini iclasdan iclasa qəbul etdiyi qərarlar əsasında qurmur. İdarə Heyəti, bütövlükdə təşkilat öz fəaliyyətini bizim proqramımız və tədbirlər planı əsasında qurur. Mən gəlməzdən öncə 2018-ci ilin son 4 ayının tədbirlər planını müzakirə etdik. İdarə Heyəti planın reallaşması istiqamətində fəaliyyət göstərir. Mənim burada olmağım bizim işimizə əlavə impuls verir, burada mən ADR-in fəaliyyəti üçün daha çox işlər görə bilirəm. Düşünürəm ki, burada olmağın öz üstünlükləri var. Bu üstünüklərdən Hərəkatın güclənməsi, tanınması, qəbul olunması və fəaliyyət imkanlarının genişlənməsi üçün istifadə edirəm. Təbii ki, Azərbaycanda olmağın da öz üstünlükləri var. Bunu da başa düşürəm ki, hərəkat rəhbəri olaraq Azərbaycanda olduğum dövrdə görə biləcəyim bəzi işləri buradan, təbii ki, həyata keçirmək mümkün deyil. Amma istənilən halda mən arxayınam, çünki təşkilatın rəhbərliyində kifayət qədər təcrübəli ictimai-siyasi xadimlər təmsil olunur. Onlar bu işin öhdəsindən layiqincə gəlirlər.

- Rutgersdə Azərbaycandan təhsil alanlar varmı?

- Bu universitetdə fəaliyyətə başlayan kimi ilk növbədə azərbaycanlı tələbələri axtarmışam. Təəssüf ki, hələlik məqsədimə çatmamışam. Böyük bir universitetdir, güman edirəm ki, burada Azərbaycandan da təhsil alanlar var. İstərdim ki, buradakı fəaliyyətimdən Azərbaycan gəncləri də faydalansınlar. ABŞ universitetlərindəki titulumdan istifadə edərək başqa universitetlərə də daxil olmaq istəyənlərə dəstək verməyə hazıram. Onlar üçün tövsiyə məktubları, rəylər, universitetə daxil olmaq üçün məsləhətlərimi əsirgəməyəcəm. İstərdim ki, burada olmağımdan yalnız özüm və təmsil etdiyim təşkilat deyil, Azərbaycanın istedadlı gəncləri də yararlansınlar.

- Bildiyimiz qədər, iyul-avqust aylarını Praqada oldunuz. Ora hansı məqsədlə getmişdiniz?

  • Doğrudur, yayın son iki ayını Praqada oldum. Bu səfər Praqa Vətəndaş Cəmiyyəti Mərkəzinin dəvəti ilə baş tutdu. Orada əsas fəaliyyətim vətəndaş cəmiyyətinin regiondakı durumu ilə bağlı tədqiqat aparmaq idi. Eyni zamanda Praqada olduğum dövrdə təşkil olunan bir sıra görüşlərə qatıldım. Həm Brüsseldə, həm Cenevrədə, həm Budapeştdə, həm də Almaniyada müxtəlif görüşlərdə oldum. Həm siyasi dairələrin nümayəndələri ilə, Avropa İttifaqı, BMT institutları ilə, eyni zamanda oradakı azərbaycanlı tələbələr və orada yaşayan mühacir həmyerlilərimizlə maraqlı və məhsuldar görüşlərimiz oldu. Bu iki aylıq müddət kifayət qədər məhsuldar oldu. Həm tədqiqat işimi yekunlaşdırdım, həm də görüşlərə qatılmaqla əhatə dairəmizi genişləndirə bildik.(“Yeni Müsavat”)
  •  
  • pia.az

 


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Abel Məhərrəmov və xanımı məhkəməyə verildi - Torpaq qalmaqalı

Məhkum ana həbsxanadakı ən çarəsiz gecəsindən danışdı: “Qandalı açıb polisə verdim ki...” - Video

Hacı Nuran "Pusu"nun məşhur aktyoruna lüks avtomobil hədiyyə etdi

Fransanın daha bir neçə diplomatı “persona non grata” elan edilib - Foto    

İlham Əliyevin növbəti qələbəsi: Qazaxın 4 kəndi Azərbaycana qaytarılır

Ermənistan ordusu Qazaxın dörd kəndindən çıxarılır  

Dörd kəndin qaytarılması Qazaxda sevinclə qarşılanıb

Azərbaycanda 22 yaşlı oğlan qadının üzərinə benzin tökərək yandırıb - Yenilənib

Ən çox oxunanalar