Cümə, 19 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Sabiq nazirlər nə işlə məşğuldurlar? - Kimisi biznesmen, kimisi alim, kimisi də...

Azərbaycanda nazirlər vəzifədən getdikdən sonra müxtəlif fəaliyyətlə məşğul olurlar. Kimisi pedaqoji, kimisi biznes sahəsində çalışır, bəziləri isə təqaüdə çıxır

Sabiq vergilər naziri Fazil Məmmədov hazırda sağlamlıq problemlərinin həlli ilə məşğuldur. Türkiyədə müalicə olunan keçmiş nazirin ürək və şəkər xəstəliyindən əziyyət çəkdiyi deyilir.

Keçmiş əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümovun hazırda elmi fəaliyyətlə məşğul olduğu deyilir. İqtisad elmləri doktoru S.Müslümovun hansı ali təhsil və elmi tədqiqat müəssisəsində çalışdığı dəqiq məlum olmasa da, onun iqtisadiyyat sahəsində elmi araşdırmalar apardığı bildirilir.

Sabiq kənd təsərrüfatı naziri Heydər Əsədovun hazırda işsiz olduğu deyilir. Nazir təyinatına qədər müxtəlif vəzifələrdə, o cümlədən Hesablama Palatasının sədri postunda çalışan H.Əsədov sabiq nəqliyyat naziri Ziya Məmmədovla qudadır. Onun qızı Fəridə Məmmədova Ziya Məmmədovun oğlu Anar Məmmədovla rəsmi nikahdadır.

Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Eks-ekologiya və təbii sərvətlər naziri Hüseynqulu Bağırov rəsmi olaraq işsiz olsa da, faktiki olaraq vaxtilə özünün yaratdığı “Qərbi Kaspi” universitetinə rəhbərlik edir. Onun eyni zamanda müalicə olunduğu, bu məqsədlə vaxtaşırı olaraq xarici dövlətlərdən birinin məşhur klinikasına üz tutduğu da söylənilənlər arasındadır.

Keçmiş nəqliyyat naziri Ziya Məmmədov mətbuata açıqlamasında işsiz olduğunu desə də, iddialara görə bizneslə məşğuldur. Mətbuatda onun 270 min dollara yeni avtomobil almasına dair iddialar dolaşır. Qardaşı, keçmiş deputat Elton Məmmədov bu xəbərləri təkzib etsə də, keçmiş nazirin nə özü bu məsələyə hər hansı münasibət bildirmir.

Eks-rabitə və yüksək texnologiyalar naziri Əli Abbasov hazırda Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) prezidentinin müşaviridir. Nazir təyin olunmazdan öncə akademik Əli Abbasovun AMEA rəhbəri seçiləcəyi gözlənilsə də, bu baş vermədi. Nazir təyin olunan Ə.Abbasovun yenidən AMEA sisteminə qayıdışı əslində gözlənilən idi.

Sabiq təhsil naziri Misir Mərdanov hazırda Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) Riyaziyyat və Mexanika İnstitutunun direkoturudur. Eyni zamanda AMEA-nın müxbir üzvü olan Misir Mərdanov “Türk Dünyası Riyaziyyatçılar” Cəmiyyətinin sədridir. Cəmiyyətin icraçı direktoru isə akademik Fikrət Əliyevdir.(Azxeber.com)

pia.az


Etiket: Sabiq nazirlər

Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Seymur Talıbova həbs yolu göründü: Sabiq nazir məhkəməsində onu satdı...

Azərbaycanda satılan yağlarla bağlı araşdırmaların nəticələri açıqlanıb    

Təhsil Nazirliyi tender keçirmədən 2 milyonu Ramiz Mehdiyevin oğlunun şirkətinə verdi – Təfərrüat

Bakıda hamamda qadınla kişinin meyitləri tapıldı

Məktəbin həyətində faciəvi şəkildə ölən 10 yaşlı Fərhanın fotosu

Qəzaya düşən aparıcı Aytən Səfərovanın vəziyyəti açıqlandı  

"Ona məğlub olmamaq üçün bacardığınızı edin"

Çin-Rusiya münasibətləri: Müharibənin səbəb olduğu məcburi evlilik...

Azərbaycanın Milli Qəhrəmanı infarkt keçirib    

Qubad İbadoğlunun ibtidai istintaq işi üzrə yekun ittiham aktı elan edilib

Ən çox oxunanalar