Almaniyanın Cinayət Polisi İdarəsinin xüsusi bölməsi Reyn-Mayn regionunda terror aktı törətməyi planlaşdıran 17 yaşlı yeniyetməni saxlayıb
Polisin sentyabrın 1-də Florştadt şəhərində saxladığı yeniyetmə terror aktını partlayıcı maddədən istifadə etməklə törətməyi planlaşdırırmış.
Prokurorluğun məlumatında saxlanılan şəxsin Almaniya vətəndaşı olduğu qeyd edilib. O, sentyabrın 2-də Fridberqdə məhkəmə qarşısına çıxıb. Hakim onun həbsinə dair hökm çıxarıb. Buna şübhəlinin sorğuda terror aktı hazırladığını etiraf etməsi səbəb olub.(Report)
pia.az