Cümə axşamı, 28 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

“11 sentyabr terroru ABŞ-ın yeni dünya nizamı quruculuğunda prioritetlərini dəyişdi”

“Bu hadisə ABŞ-ın yeni dünya nizamı quruculuğunda öncəlikləri dəyişdi, təhlükəsizlik demokratiyadan ön plana keçdi”

Bütün dünyanı silkələyən, misli görünməmiş terror aktından 17 il ötür. 2001-ci il sentyabrın 11-də “Əl-Qaidə” terror təşkilatının üzvlərinin “American Airlines” şirkətinə məxsus sərnişin təyyarəsini ələ keçirərək yerli vaxtla saat 08:46-da Nyu-Yorkda yerləşən Dünya Ticarət Mərkəzinə hücum etməsindən 17 il ötdü. Terrorçular sərnişin dolu təyyarəni mərkəzin Şimal qülləsinə çırpmışdılar, saat 09:03 radələrində isə terrorçular ələ keçirdikləri ikinci təyyarə ilə Cənub qülləsinə hücum etmişdilər.

Sonuncu hücumdan 40 dəqiqə sonra ABŞ Müdafiə Nazirliyinin - Pentaqonun binası da üçüncü təyyarə tərəfindən vurulmuşdu. Bu hücumdan 25 dəqiqə sonra eyni məqsədlə qaçırılan bir sərnişin təyyarəsinin hava hücumundan müdafiə qüvvələri tərəfindən vurulduğu açıqlanıb. Həmin təyyarənin hədəfinin Ağ Ev olduğu bildirilib. Bu hadisələr 3 minə yaxın insanın ölümü, 6 mindən çox insanın yaralanması ilə nəticələnib.

Lakin 11 sentyabr hadisələrinin nəticələri bununla bitmədi. 11 sentyabr hadisələri Amerika Birləşmiş Ştatlarının xarici siyasətində köklü dəyişikliyə, dünya düzəninin dəyişməsinə səbəb oldu. Məhz bu hadisələrdən sonra rəsmi Vaşinqton beynəlxalq terrorizmə qarşı mübarizəni öz xarici siyasət kursunun prioritet istiqaməti elan etdi. Bu mübarizə terror törədən dövlətlərə qarşı iqtisadi və hərbi sanksiyalar tətbiq etmək, qlobal ciddi nəzarət və kəşfiyyatı artırmaq məqsədlərini hədəfləyirdi. Bu hadisələr ABŞ-ın beynəlxalq terrorçuluqla mübarizəyə başlamasına, dünyada demokratiya dalğasının zəifləməsinə də səbəb oldu.

Bir sıra siyasi ekspertlər hesab edir ki, bu hadisə baş verməsəydi dünyada demokratik proseslər sürətlənəcəkdi və indikindən fərqli mənzərə ilə üz-üzə qalacaqdıq.

Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Bu barədə “Yeni Müsavat”a şərhində Azad Demokratlar Partiyasının sədri Sülhəddin Əkbər bildirdi ki, 2001-ci ildən sonrakı dünyanın heç zaman əvvəlki dünya olmayacağı barədə hadisənin ilk günündə verdiyi proqnoz reallaşıb: “Həqiqətən də 2001-ci ilin 11 sentyabrından sonra dünya düzəni dəyişməyə başladı. Bu terror hadisəsi dünyanın ondan sonrakı inkişafı istiqamətini müəyyən edən ən başlıca hadisələrdən biri oldu. Yəni dünyanın 11 sentyabr sonrası inkişafına yön verən başlıca hadisələrdən biri məhz həmin hadisədir. Çünki bu hadisə dünyanın inkişaf istiqamətini müəyyən edən ən başlıca gücə-Amerikaya qarşı olmuşdu. ABŞ soyuq müharibədən qalib çıxmış yeganə supergüc idi və dünyanın inkişafına əsas yön verən ölkə idi. Belə bir ölkəyə bu dərəcədə böyük terror aktı nəticəsində həmin ölkənin dünyanın inkişaf istiqaməti ilə bağlı strategiyası dəyişdi. ABŞ-ın yeni dünya nizamı quruculuğunda öncəlikləri dəyişdi. Yəni təhlükəsizlik demokratiyadan ön plana keçdi. Eyni zamanda bu hadisə dünyanın yenidən dizayn edilməsinə ciddi şəkildə təsir etdi. Çünki onun nəticəsində ABŞ-da çox geniş müzakirələr başladı və nəticədə Böyük Orta Şərq planı meydana çıxdı. Bu planda da sonradan keçmiş dövlət katibi Kondoliza Raysın etiraf etdiyi kimi, 20-dən artıq ölkənin siyasi xəritəsinin dəyişməsi nəzərdə tutulurdu və bu gün də İslam dünyasında baş verən hadisələr də həmin planın tərkib hissələridir. Baxmayaraq ki, 2001-ci ildən bəri ABŞ-da bir neçə hakimiyyət dəyişib, amma həmin plan, həmin strategiyanın ana xətti öz yerini qoruyur.

Bu proses indi də davam edir. 2001-ci ildə ABŞ Əfqanıstana müdaxilə elədi, 2003-cü ildə İraqa müdaxilə başladı, 2011-ci ildə “Ərəb bahar” başladı, bu gün Suriyada gedən proseslərə qədər bu plan davam etdirilir. Amerika 11 sentyabr hadisəsindən sonra öz strategiyasını daha sərt şəkildə və daha qısa müddətdə həyata keçirmək istədi, amma gözləmədiyi müqavimətlə rastlaşdı. Ona görə də proses bu qədər uzandı".

Bəs bu prosesin sonu varmı?

Sülhəddin Əkbər qeyd etdi ki, böyük bir müharibə olmayınca bu vəziyyət bitməyəcək: “Yeni dünya nizamının yaranmasında əsas oyunçular ABŞ, Avropa İttifaqı, Rusiya və Çindir. Hazırda oyunçuların arasında ziddiyyətlər getdikcə artır, münasibətlər kəskinləşir. Bu, böyük güclər arasında böyük bir müharibə olmalıdır. Ya bu müharibədə güclərdən biri çox sərt şəkildə digərlərinə sarsıdıcı zərbələr vurub onları yerində oturtmalı və öz nizamı ilə onları razı salmalıdır, ya da üzücü bir proses başlamalıdır, üzücü qarşıdurmada tərəflərdən heç biri qalib gəlmədikdən sonra oturub yeni dünya nizamı ilə bağlı razılığa gələcəklər. Yəni dünyanın yenidən təsir sferalarına bölüşdürülməsi prosesi baş verəcək. Bu gün baş verənlər gələcəkdə baş verənlərin yanında kiçik qala bilər”.

pia.az



Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Aprel ayında bu bürcü fantastik pul və yeni vəzifə gözləyir

Politoloq: Ukraynadan sonra növbəti qurban Ermənistan seçiləcək...

Sabiq milli təhlükəsizlik naziri Namiq Abbasov vəfat edib

Azərbaycan XİN Namiq Abbasovun vəfatı ilə bağlı paylaşım edib

Əhməd Əhmədov təcridxanaya qaytarıldı - Bundan sonrakı hüquqi qiymətləndirmə necə olacaq?

Hikmət Hacıyev NATO-nun eks-baş katibi ilə bağlı paylaşım edib: Hesabatına ödənişi əlavə etməyi unudub

“Crocus”da insanları xilas edən Emil Hüseynov və anası baş verənlərdən danışdılar - Video

"Belə iddia səsləndirəndə mətndə rəqəm, hesabat olur, daha səbət və gilas yox" - AYNA sərt tənqid edildi

Sumqayıtda xəstəxananın həyətində aşkarlanan körpə meyiti ilə bağlı araşdırma aparılır - Yenilənib  

Ən çox oxunanalar