Cümə, 29 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

SOCAR istiqrazları yenidən bahalaşıb

Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) dövriyyəyə buraxdığı və ölkənin ən çox alınıb-satılan SOCAR istiqrazları yenidən bahalaşıb

Qiymətli kağızların marketmeykeri olan “PSG Kapital” investisiya şirkətindən "Report"a verilən məlumata görə, hazırda istiqrazların birjada alış qiyməti 1 022 ABŞ dolları, satış qiyməti isə 1008,50 dollardır.

Bahalaşmanın əsas səbəbləri bazarda istiqraza tələbatın artması və növbəti faiz ödənişinin yaxınlaşması olub. Beləliklə, SOCAR istiqrazlarına investisiya edənlərin sayı artdıqca qiymət göstəricisi də dəyişir.

SOCAR tərəfindən verilən nominal qiymətə alış zəmanəti, likvidliyin yüksək olması, əməliyyatların rahatlığı və faiz ödənişlərinin qrafikə uyğun aparılması kimi üstünlüklər SOCAR İstiqrazlarına marağın artmasını təmin edir.

Alqı-satqısı davam edən istiqrazların təkrar bazarda əməliyyat həcmi 160 milyon dolları ötüb.

Bu qiymətli kağız yeni məhsul olmağına baxmayaraq, qısa müddət ərzində korporativ istiqraz bazarında alğı-satqı üzrə ən yüksək mövqedə qərarlaşıb.

2016-cı ilin sentyabrında buraxılan SOCAR İstiqraqzlarının həmin il korporativ istiqraz bazarındakı payı 53%, 2017-ci ildə 82% təşkil edib, 2018-ci ildən bu günədək isə həmin göstərici 91%-dir.

Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

“PSG Kapital” şirkətinin direktor müavini Nəriman Yaqubov bildirib: “5 il müddətinə buraxılan SOCAR İstiqrazları artıq 2 ildir dövriyyədədir və çox böyük maraq görür. İstiqrazların vaxtı 2021-ci ildə bitir. Şirkətimizə həm fiziki, həm də hüquqi şəxslər tərəfindən SOCAR-ın yeni istiqraz çıxarıb–çıxarmayacağı barədə çoxsaylı suallar daxil olur. Nəticədə, görürük ki, yeni istiqrazlara bazarda tələbat xeyli yüksəkdir”.

Qeyd edək ki, ötən ilin noyabr ayından SOCAR İstiqrazları ilə REPO əməliyyatlarına da start verilib. REPO əməliyyatları SOCAR İstiqrazlarının sahiblərinə Bakı Fond Birjasında (BFB) istiqrazlarını girov qoyaraq, qısamüddətli və sərfəli şərtlərlə kredit götürmək imkanı qazandırır. İndiyədək REPO əməliyyatlarının həcmi 28 mln. dollar təşkil edib.

Bununla yanaşı, SOCAR İstiqrazları sahibləri öz istiqrazlarını razılıq əldə olunan banklarda girov qoymaqla, 24 ay müddətinə, 1 mln. manata qədərvə illik 15-16%-lə güzəştli kreditlər də əldə edə bilərlər. İnvestorlar kredit götürdükləri zaman istiqrazlardan gələn dollarda illik gəlirlərini də itirmirlər və realda kredit faizi 9-10%-ə qədər enir.

SOCAR İstiqazlarının dövriyyə müddəti 5 il, illik gəliri 5% , faiz ödənişi isə hər 3 aydan birdir.

Növbəti və cari ilin son faiz ödənişi oktyabrın 17-də həyata keçiriləcək.

pia.az


Etiket: SOCAR İstiqraz

Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Azərbaycanda polkovnik-leytenant vəfat etdi - Foto

Ermənistan Silahlı Qüvvələrinin Baş Qərargah rəisi müharibə istəyir?..

Ermənistanla Gürcüstan arasında demarkasiyası prosesi - İrəvan Tbilisiyə bir kənd verəcək....

Yarım milyon mənimsəyən baş həkim həbsdə öldü    

Şadlıq saraylarında menyular bahalaşdı - Qiymətlər

“Verdiyi koordinatlar o qədər dəqiq idi ki...” - Döyüş yoldaşları Milli Qəhrəman haqqında - Video

Azneft”in baş direktoru vəzifəsindən azad edildi - Yeni təyinat

BMT Baş katibi azərbaycanlı diplomatı yüksək vəzifəyə təyin edib

Ən çox oxunanalar