Şənbə, 20 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

"İtaliya BMT üçün ayrılan maliyyənin miqdarını azalda bilər"

İtaliyanın Baş nazirinin müavini və daxili işlər naziri Matteo Salvini ölkəsinin BMT-yə ayırdığı maliyyənin miqdarını azaltmağı müzakirə edəcəyini bildirib

Azərtac ANSA agentliyinə istinadla xəbər verir ki, Matteo Salvini bu fikri BMT-nin insan hüquqları üzrə ali komissarı Mişel Baçeletin İtaliyaya miqrantlarla bağlı monitorinq qrupunu göndərəcəyi barədə bəyanatından sonra deyib.

“Hər il BMT-nin hesabına 100 milyon avrodan çox pul ödəyən İtaliya hökuməti bu vəsaitlərdən nə dərəcədə məqsədəuyğun istifadə edildiyinin yoxlanılmasını zəruri hesab edir. BMT nədənsə bir sıra ölkələrdə tətbiq edilən ölüm cəzası, işgəncə və qeyri-humanist davranışlar kimi ciddi problemlərə nəzər yetirmir. O, monitorinq komissiyasını həmin ölkələrə göndərməlidir. İrqçiliyi İtaliyada yox, başqa yerdə axtarın”, – deyə daxili işlər naziri Matteo Salvini bildirib.

“İtaliyada Afrika mənşəli miqrantlara və qaraçılara təzyiqlər, irqçilik və zorakılığın artması barədə məlumatları dəyərləndirmək üçün oraya monitorinq qrupu göndərmək niyyətindəyik”,- deyən Mişel Baçelet Avstriyada da eyni məqsədlə monitorinq aparılacağını söyləyib.

pia.az



Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Abel Məhərrəmov və xanımı məhkəməyə verildi - Torpaq qalmaqalı

Məhkum ana həbsxanadakı ən çarəsiz gecəsindən danışdı: “Qandalı açıb polisə verdim ki...” - Video

Hacı Nuran "Pusu"nun məşhur aktyoruna lüks avtomobil hədiyyə etdi

Ermənistan ordusu Qazaxın dörd kəndindən çıxarılır  

Fransanın daha bir neçə diplomatı “persona non grata” elan edilib - Foto    

Dörd kəndin qaytarılması Qazaxda sevinclə qarşılanıb

İlham Əliyevin növbəti qələbəsi: Qazaxın 4 kəndi Azərbaycana qaytarılır

Azərbaycanda 22 yaşlı oğlan qadının üzərinə benzin tökərək yandırıb - Yenilənib

Ən çox oxunanalar