Cümə, 29 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Bu xəstələrə də dərmanlar elektron reseptlə veriləcək

Azərbaycanda gələn ildən hemofiliyalı xəstələrə dərmanların elektron resept əsasında verilməsi nəzərdə tutulur

Bunu Hemofiliyalı Xəstələrin Respublika Assosiasiyasının rəhbəri Gülnarə Hüseynova deyib.

G.Hüseynovanın sözlərinə görə, bu barədə onlara Səhiyyə Nazirliyinin Tibbi yardımın təşkili şöbəsinin müdir müavini Nabil Seyidov məlumat verib:

"Səhiyyə Nazirliyinin verdiyi məlumata görə, xəstələrin hər birinin elektron kartla təmin olunması və həmin kartla onlara elektron reseptlərin verilməsi planlaşdırılır. Artıq 2019-cu ildə bütün hemofiliyalı xəstələr üçün dərmanlar elektron reseptlərlə buraxılacaq. Regionlarda yaşayan xəstələr müalicə üçün Regional Hemofiliya mərkəzlərinə müraciət edə biləcəklər və orada onlara elektron reseptlər yazılacaq. Xəstələr dərmanlarını bunun üçün müəyyən edilmiş xüsusi apteklərdən alacaqlar. Hesab edirik ki, dərmanların elektron reseptlə verilməsi şəffaflığın artırılmasına xidmət edəcək".

Səhiyyə Nazirliyinin Səhiyyənin İnformasiyalaşdırılması Mərkəzinin direktoru Cəbrayıl Əsəd-zadə deyib ki, hazırda Bakıdakı şəkərli diabet xəstələri elektron reseptlərlə dərman alırlar. Onlar elektron sağlamlıq kartlarına yazılan elektron reseptləri ilə imtiyazlı apteklərdən dərmanlarını ala bilirlər.

C.Əsəd-zadə bu sistemin artıq bir neçə ildir ki, tətbiq edildiyini söyləyib.(trend)

pia.az



Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Azərbaycanda polkovnik-leytenant vəfat etdi - Foto

Ermənistanla Gürcüstan arasında demarkasiyası prosesi - İrəvan Tbilisiyə bir kənd verəcək....

Ermənistan Silahlı Qüvvələrinin Baş Qərargah rəisi müharibə istəyir?..

Şadlıq saraylarında menyular bahalaşdı - Qiymətlər

Yarım milyon mənimsəyən baş həkim həbsdə öldü    

Azneft”in baş direktoru vəzifəsindən azad edildi - Yeni təyinat

Ərdoğan: Qarabağda hansı addımı atdıqsa, qarşımıza böyük qlobal ittifaq çıxdı

Qurban Qurbanov hərəkətlərinə fikir verməyən futbolçunu cərimələdi

Ən çox oxunanalar