Cümə axşamı, 25 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Bakıda yeni işıqforlar quraşdırılacaq - Video

Paytaxtın bəzi yollarında piyada və avtomobillərin rahat hərəkətini təmin etmək məqəsədi ilə yol ayrıclarına yeni işıqforlar qoyulacaq

Bununla bağlı təklif Bakı Nəqliyyat Agentliyindən gəlib . Bu işıqforların yeni dərs ili başlayana qədər qoyulması nəzərdə tutulur.

Bir ünvanda piyadalar sürətlə hərəkət edən avtomobillərin qarşısından həyatlarını təhlükəyə ataraq yolu keçirlər. Digər ünvanda isə avtomobillərin xaotik hərəkəti müşahidə edilir.

Görüntülər paytaxt yollarındandır. Bakı Nəqliyyat Agentliyinin təklifinə əsasən, Nizami metrostansiyasının yaxınlığında Cəfər Cabbarlı və Zivərbəy Əhmədbəyov küçələrinin Əlibəy Hüseynzadə küçəsi ilə kəsişmələrində işıqforların qoyulması planlaşdırılır.

Ərazi Nizami metrostansiyasına yaxın olduğundan burada piyadaların sıx hərəkəti müşahidə edilir.

Avtomobillərin xaotik hərəkətinin müşahidə edildiyi və pik saatlarda tıxacın yaşandığı digər ərazi isə Nərimanov rayonu ərazisində Əhməd Rəcəbli və Cəfər Xəndan küçələrininkəsişmələridir ki, burada da növbəliliyin işıqforlarla tənzimlənməsi və piyada zolağının çəkilməsi nəzərdə tutulur.

Qeyd edək ki, Agentlik tərəfindən paytaxtın digər yollarında da rahat hərəkətin təşkili üçün araşdırma aparılır.(xezerxeber.az)

pia.az



Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

 Sabiq pediatrın intiharı ilə bağlı iddialara rəsmi cavab: “Rəhbər təyinatı olmayıb” - Yenilənib, Video

Özünü güllələyən məşhur pediatr kim idi? - Dosye

Cəfər Cabbarlı haqqında məxfi həqiqətlər - Video

Ən bahalı və sağlam bitki yağları - hər kəs bunları bilmir

Faiq Ağayevdən Brilliant Dadaşovaya gözlənilməz sözlər - Video

Bakıda dələduz şəbəkə peyda olub - Mənzil və obyekt sahibləri ehtiyatlı olun

Vətən müharibəsi iştirakçısı anasının xəstəliyini eşidib intihar edib

Niyə qızartmazdan əvvəl kartofun üzərinə un səpirlər? - Faydalı hiylə

Soydaşımız Akademik Heydər İmanov “Azərbaycanın qüruru” qızıl ordeni ilə təltif olunub

Daha bir ölkə Fələstini dövlət kimi tanıyıb    

Ən çox oxunanalar