Cümə axşamı, 28 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Britaniya kəşfiyyatının “Apollon” əməliyyatı

Bu ilin martında Böyük Britaniyanın Solsberi şəhərində keçmiş QRU polkovniki Sergey Skripalı və qızı Yuliyanı “Noviçok” əsəb-iflic qazı ilə səhərləyən iki QRU əməkdaşını deşifrə edən Rusiyanın Romadakı səfirliyində işləyən “Apollon” ləqəbli casusdur

Bu sensasion məlumatı “Daily Express” nəşri kəşfiyyatdakı mənbəyə istinadən yayıb.

Qəzetin yazdığına görə Skripalları zəhərləyən, “Aleksandr Petrov” və “Ruslan Boshirov” ad-soyadlarından istifadə edən QRU zabitləri Rusiyanın bu kəşfiyyat strukturunun növbəti uğursuzluğu nəticəsində ifşa edilib. Onları Mİ6 tərəfindən bu yaxınlarda ələ alınmış rusiyalı diplomat tanıyıb və əsl kimliklərini açıqlayıb.

Bildirilir ki, Rusiyanın Romadakı səfirliyində işləyən həmin “köstəbək” uzun aylar ərzində Britaniya kəşfiyyatının diqqətində olub, nəhayət o əməkdaşlıq etməyə razılıq verib. Bu, Solsberidəki kimyəvi silah hücumunun ardınca baş verib.

Qəzet bildirir ki, həmin rusiyalı diplomat səfirlikdə xidmət etsə də əslində onun işi NATO-nun fəaliyyətinə dair məxfi informasiyalar toplamaqdan ibarət idi. Bir dəfə özünü incəsənət əsərlərinin alverçisi kimi təqdim edən Mİ6 agenti ilə söhbət zamanı həmin diplomat etiraf edib ki, Qərbə mühacirət etmək istərdi. Çünki Rusiya prezidenti Vladimir Putinin Qərblə üzücü münaqişəni həll edəcəyinə ümidlərini itirib.

Solsberidə kimyəvi hücum baş verəndən sonra “Apollon” ləqəbli həmin rusiyalıya “yaşıl işıq” yandırılıb və aprelin əvvəllərində onu Britaniyaya aparıblar. Orada “Apollon” Rusiya kəşfiyyatının beynəlxalq şəbəkəsinə dair əhatəli məxfi məlumatlar verib. Aprelin əvvəllərində Britaniya kəşfiyyatı Solsberi əməliyyatını həyata keçirən şübhəlilərin ilk fotolarını əldə edəndə onu “Apollon”a göstəriblər. Casus “Petrovu” və “Boshirovu” dərhal tanıyıb, onların əsl adlarını açıqlayıb. Həmin məlumatlar əsasında Britaniya kəşfiyyatı QRU zabitlərinin izlərinə düşüblər. Onların “Petrov” və “Boshirov” adı altında 2 il ərzində 30 dəfədən çox Avropaya səfərlər etdiyi üzə çıxıb. Skripalların zəhərlənməsindən sonra isə onlar bir daha “Petrov” və “Boshirov” familiyaları ilə daşıdıqları xarici pasportu istifadə etməyiblər.

Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Xatırladaq ki, Britaniya kəşfiyyatı Skripalların zəhərlənməsi əməliyyatında həmin QRU zabitləri ilə yanaşı daha 4 rusiyalının iştirak etdiyini müəyyənləşdirib. Onlar hamısı bir yerdə “Çistilşiklər” dəstəsinin üzvləri olublar. Dəstənin qalan üzvləri də Böyük Briyaniyaya martın 2-də gedib, amma ayrı-ayrı şəhərlərin aerportlarından istifadə ediblər. Onların vəzifəsi Skripalları güdmək və əməliyyatı həyata keçirən agentlərə kənardan dəstək vermək idi.(Virtualaz.org)

pia.az



Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Aprel ayında bu bürcü fantastik pul və yeni vəzifə gözləyir

Politoloq: Ukraynadan sonra növbəti qurban Ermənistan seçiləcək...

Sabiq milli təhlükəsizlik naziri Namiq Abbasov vəfat edib

Azərbaycan XİN Namiq Abbasovun vəfatı ilə bağlı paylaşım edib

Hikmət Hacıyev NATO-nun eks-baş katibi ilə bağlı paylaşım edib: Hesabatına ödənişi əlavə etməyi unudub

“Crocus”da insanları xilas edən Emil Hüseynov və anası baş verənlərdən danışdılar - Video

"Belə iddia səsləndirəndə mətndə rəqəm, hesabat olur, daha səbət və gilas yox" - AYNA sərt tənqid edildi

Sumqayıtda xəstəxananın həyətində aşkarlanan körpə meyiti ilə bağlı araşdırma aparılır - Yenilənib  

Bakıda və üç rayonda qazın verilişində məhdudiyyət olacaq

Ən çox oxunanalar