Cümə axşamı, 18 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Şairlərimiz nədən yazırlar, onların yeni kitabları çap olunurmu?

Qələm əhlinin – şairlərin işi şeirlər yazmaq, yeni kitablar çap etdirməkdən ibarətdir. Maraqlıdır, son zamanlarda şairlərimiz nədən yazır, yeni kitab çap etməyə hazırlaşırlarmı?

Xalq şairi, Azərbaycan Yazıçılar Birliyinin birinci katibi Fikrət Qoca sorğumuza bu cür cavab verdi: “Bir müddət idi ki, ölkədə deyildim, Amerikada müalicə alırdım. Lakin orda olduğum müddətdə çalışmışam, bir neçə yazı-pozularım oldu. Yəni əlimdən gəldiyim qədər yazıram, işlə məşğulam. Hər halda şeirlərim, yazılarım toprlanıb. Gərəkdir ki, onları bir yerə yığım, baxım, nəzərdən keçirim. Kitab çap etmək çüün böyük hazırlıq işləri görmək lazımdır.

Şair Rüstəm Behrudi də yeni kitabını çapa hazırladığını dedi: “Sözün düzü mən planlı şəkildə çalışmıram. Uzun müddətdir ki, bir kitab yazıram, onun üzərində işləyirəm. Ümumiyyətlə Azərbaycanda çox istedadlı şairlər, gənclər var. Sadəcə olaraq onların ən böyük problemi tanınmaqdır. İndiki zamanda özünü təsdiq etmək çox çətindir. Ötən əsrin 70-80-ci illərində məşhur şairlərin yazdığı şeirlər “Azərbaycan” jurnalında çap olunurdu. Xalq həmin şeirləri oxuyurdu, şairi tanıyırdı. Lakin indi bu məsələ çox çətindir”.

Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Yazıçılar Birliyinin üzvü, şair, publisist Əhməd Qəşəmoğlu isə hər gün şeir yazdığını dedi: “Yəni, şeir yazmağımda fasilə yoxdur. Sosial şəbəkədən izləsəniz, görərsiz ki, həmişə təzə şeirlərimi paylaşıram. Məsələn, son günlərdə “Təbrizin qönçələri” adlı şeirimi yazdım. Şeir Güney Azərbaycanda, həm də Türkiyədə də əks-səda doğurdu, kifayət qədər sevildi. Həmçinin bu günlərdə xəbər saytlarında “Ey kasıbdan rüşvət alan!” şeirim dərc olundu. Hazırda isə yeni şeir kitabımı hazırlayıram. Beləliklə ”Eşikdən o yana” adlı şeir kitabım bu yaxınlarda işıq üzü görməlidir”.

Əhməd Qəşəmoğlu poeziyadakı son durumu da dəyərləndirib: “Azərbaycan ədəbiyyatında iki xüsusiyyəti fərqləndirmək olur. Bunlardan biri Dədə Qorquddan, ən qədim köklərimizdən, Nəsimidən, Xətaidən gələn qoldur. Digər qol isə son vaxtlar 19-cu əsrdən sonra dünya, rus ədəbiyyatının təsiri altında formalaşan qoldur. Təəssüf ki, son vaxtlar birin qol zəifləməyə doğru gedir. Bu da yaxşı hal deyil. Şəxsən mən həmişə çalışıram ki, yaradıcılığımda birinci qola üstünlük verim, şeirlərimdə bu istiqamət olur. İkinci qol bir qədər daha çox dünya, Avropa, rus ədəbiyyatına bənzəməyə çalışır, daha çox da tərcümələrdən yaralanırlar. Yəni, bu istiqamətdə problemlər var. Təbii ki, müasir ədəbiyyatdan yaralanmağa kifayət qədər ehtiyac var. Lakin əsas xətti unutmaq olmaz. Çox istərdim ki, ədəbiyyatımızda birinci qol istiqamətində canlanma olsun”.

Şair Murad Köhnəqala isə yaxın günlərdə uşaqlar üçün yazdığı kitabın çapına hazırlaşdığını bildirdi: “Kitabda uşaqlar üçün böyük povest və 8 hekayə olacaq. Lakin hələ ki, bu məsələ maddi imkansızlıqdan gecikir. Kitabın çap olunması üçün hətta sosial şəbəkədə də müraciət etdim ki, bəlkə iş adamları uşaq ədəbiyyatının dirçəlməsi üçün bu məsələdə yardımçı olar. Lakin hələ ki, maliyyə dəstək verən yoxdur. Düşünürəm ki, yazdıqlarımı yeniyetmələr, uşaqlar oxumalıdır. Çünki orada çoxlu mesajlarım var”.

Gənc şair Aqşin Evrən isə son zamanlar yeni və fərqli üslublarda, texnikalarda şeirlər yazdığını bildirdi: “Bu şeirlərin bəziləri bir misradan, bəziləri 3 misradan, bəziləri isə hər biri 2 misra olan 3 bənddən ibarətdir. Sürət əsri istər-istəməz düşüncə və ideyaların da yığcam şəkildə təsvirini diktə edir. Yazmaqla yanaşı, demək olar ki, hər gün poeziya və ədəbi cərəyanlar haqda məqalələr oxuyuram. Kitab nəşr etdirmək məsələsinə gələndə isə, ilk kitabım bir il əvvəl nəşr oldu, satıldı, bitdi. İkinci dəfə nəşr etdirməyi düşünürük, çünki xeyli oxucu kitabı əldə edə bilmədiyini deyir. Gördüyünüz kimi, kitaba tələbat var. Qalır bunu tərcümə edib Avropaya təqdim etmək. Təkcə öz kitabımı nəzərdə tutmuram, digər dostlarımızın də kitablarını, əsərlərini Avropaya tərəf yönəltmək lazımdır. Əmin olun, bizim poeziya bir çox məsələdə dünya şeirini üstələyir. Bunu davamlı olaraq çağdaş dünya şairlərini oxuyan biri kimi deyirəm”.(musavat.com)

pia.az


Etiket: Qələm əhli

Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Tanınmış aparıcı Aytən Səfərova qəzaya düşüb, ölən və xəsarət alanlar var - Yenilənib, Video

Samir Əsədli:" Sülhməramlılar Xudavəng monastırına bizi buraxmadılar"

Aytən Səfərovanın düşdüyü qəzada ölən gəncin görüntüsü

BŞİH Milli Şuranın mitinqlə bağlı müraciətinə cavab verib

Ramiz Mehdiyevin kürəkəni Şabranda 52 hektar torpağı ələ keçirdi – Qalmaqallı məhkəmə işi

Paşinyandan növbədənkənar seçki ilə bağlı açıqlama

"Dünəndən paltarlarını hazırlamışdı, qismət olmadı" - Hadı Rəcəblinin qızı

İlham Əliyevdən Şuşa şəhəri ilə bağlı sərəncam    

Paytaxt sakinini həkim yox, texniki işçi əməliyyat edib? - Ağılasığmaz iddia

Ən çox oxunanalar