Şənbə, 20 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

TEHRAN-18 üçlük arasında fərqləri bir daha çılpaqlaşdırdı

Növbəti sammitdə kövrək ittifaqın aqibəti bəlli olacaq

Maksim Suçkov

“Əl-Monitor”

İdlib ətrafında yeni gərginlik Tehran zirvəsini daha da əhəmiyyətli edib. Tədbir ərəfəsində İran, Rusiya və Türkiyədə gözləntilər – təvazökar, amma optimist idi. Üstəlik, üç liderin üçüncü görüşündə Suriyada müharibənin sona çatması üçün mühüm addım olaraq görülürdü.

Məsələ, həqiqətən, Türkiyə üçün böyük əhəmiyyət kəsb edir, həm Rusiya, həm də Tehran fərqli aktivləri və daha yüksək payları nəzərə almalıdır.

Tehranda tərəflər başlanğıcda tam razılığa gəlməyib. İndi Rusiyada baş tutacaq bir başqa zirvədə üçlük öz təhlükəsizlik maraqlarını lazımi şəkildə həll edə biləcəyinə ümidlidir.

Ərdoğan və Putinin mübadiləsi “yaxşı polis” və “pis polis” mövqeyini xatırladır. Ankara radikal üsyançıların mötədil savaşçılardan ayırd etmək üçün vaxt qazanıb. Putin Rusiyanın Xmeymim bazasına hücum edənlərin ifşasına dair Ərdoğandan vəd alıb. İranın gözləmə mövqeyi, keçmişdə olduğu kimi, Tehrana da fayda gətirəcək.

Bu cür vəziyyətdə RusiyaSuriya hava qüvvələri İdlibin “sərhədlərində” müxalif və terrorçu mövqelərini bombalamağı davam etdirəcək. Bu, verilən möhlətin sonsuz olmadığını xatırladan xəbərdarlıqdır.

Rusiya, Türkiyə və İran arasındakı əlaqələr baxımından zirvə toplantısında bir neçə vacib məqamı vardı.

Birincisi, üç prezident arasında canlı yayımlanan müzakirələr Astana üçlüyündə fikir ayrılıqlarının davam etdiyini göstərib. Bu, uzun müddətdir müxtəlif səviyyələrdə səslənir və televiziya mübahisəsi bu mənada aysberqin üst hissəsidir. Amma liderin dili və mövqeyi onlar arasında şəxsi münasibətin çətinliyini, üslublarını və hər birinin bu “ittifaq” içərisində ölkəsinin maraqlarını təşviq etmək üçün çox səy göstərməli olacaqlarını bildirir.

Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

İkincisi, Moskva, Ankara və Tehran arasındakı fərqlərə baxmayaraq, onlar Astana formatından daha yaxşı bir mexanizm olmadığını isbatlayır, bu formatla liderlər öz gündəmlərini təbliğ və Suriyadakı səylərini koordinasiya edirlər.

“Sionist rejim terrorçuluğa qarşı mübariz olaraq qəbul edilə bilməz. İsrail işğal olunmuş Suriya torpaqlarını dərhal tərk etməlidir, – İran prezidenti Həsən Ruhani bildirib. – Bu günə qədər Suriya münaqişəsinin həllində uzun bir yol getmişik. Bölgəmiz sülh şəraitində, təhlükəsiz, işğal, militarizm, etnik və dini ayrı-seçkilik olmadan yaşaya bilər. Suriyada üç ölkənin əməkdaşlığı sülhün, regional və qlobal səviyyədə uzun müddətli qarşılıqlı əlaqələrin etibarlı bir təməli ola bilər”.

Astana prosesinin əhəmiyyətini vurğulayan Putin deyib: “Astana formatında olan əvvəlki qərarlar uğurla həyata keçirilir. Beynəlxalq terrorizmin zərərli coşqusu öləziyib… Rusiya, İran və Türkiyənin səyləri sayəsində Suriyada bəzi nəticələr əldə edilib”.

Ərdoğan deyib: “Bilirik ki, Astanada keçirilən görüşlərdə maraqlarımız əsas istiqamətlərdə birləşib… Cərablus, əl-Bab və Afrində əraziləri terroristlərdən təmizlədik. Suriya torpaqlarında sülh və sakitlik təmin edilib və bununla qaçqınların qaytarılması üçün şərait yaradılıb”.

Hətta Ərdoğan Rusiyaİranın İdlib əyalətində Türkiyə maraqlarını yerinə yetirmədiyini, Astana formatından çıxması mümkünlüyünü vurğuladıqda, Moskva və Tehran Şama dair strateji niyyətlərindən əl çəkməyəcəklərinin əlamətini göstərib.

“Biz İdlib məsələsini həll etməliyik. Qanuni Suriya hökumətinin hüququnu və son nəticədə, onun bütün ərazisinə nəzarəti təmin etməsi istəyini anlayışla qarşılamalıyıq”, – Putin deyib.

Bu kontekstdə, Rusiyaİranın müxalif qruplara qarşı çıxma qərarı əvvəlki kimi güclüdür. Kiçik, lakin əhəmiyyətli fərq budur ki, Moskvaya barışıq istəyənlərə şans verəcək.

Bununla belə, Rusiya, İran və Türkiyənin üç iddialı prezidentini bir-birinə “yapışdıran” məntiqi praqmatizmdir. İttifaq kövrək olsa da, onun fəaliyyət prinsipləri dəyişməz qalır. İdlib meydanı bu əlaqəni özü ilə aradan qaldırmır, lakin üçtərəfli əməkdaşlığın meyvələrini toplamaqda stress yaradır.

Üçüncüsü, ABŞ-ın mövcudluğu bütün üç aktyor üçün problem olaraq qalır. Suriyada Amerika İran üçün – təhlükə, Rusiya üçün – spoyler və Türkiyə üçün qıcıq kimi görülür.

Suriya məsələsində ABŞ-ın heç bir müsbət rol yoxdur. Onun Suriyanın işlərinə barbar və qeyri-qanuni müdaxiləsi beynəlxalq hüquqa ziddir və sülh proseslərini çətinləşdirir “, – Ruhani deyib.

İranlılar Moskvanın Vaşinqtonla sövdələşməsinin Tehrana təsirindən qorxurlar, ruslar daha çox Ankaranın öz NATO tərəfdaşının yanına dönməsindən narahatdır. Lakin Tehranda Ərdoğan ABŞ-ı tənqid edib.

Putin açılış nitqində amerikan amilini qeyd etməkdən çəkinib. Ancaq RusiyaABŞ arasında vəziyyət yeni qarşıdurma səviyyələrinə sürüklənir. Son həftədə Rusiya ordusu Amerika əsgərlərinin olduğu əl-Tanf bölgəsinə hücum etmək niyyətinə dair xəbərdarlıq edib. Buna cavab olaraq, ABŞ Suriyanın İordaniya və İraqla sərhədləri yaxınlığında təlimlər keçirib.

Bundan əvvəl müdafiə naziri Cim Mattis kimyəvi maddələrin istifadəsi ilə əlaqədar möhtəkirliyə dair Rusiyanın iddialarını rədd edib. Vaşinqtonun Suriyanı İdlibdə kimyəvi silah istifadə etməsi ehtimalı ilə bağlı hədələyib.

Rusiya Müdafiə Nazirliyi sentyabrın 8-də “Heyət Təhrir əl-Şam”, “Hizbut-Təhrir” (Türkistan İslam Partiyası) və “Ağ dəbilqə” lideri arasında görüş keçirildiyini bildirib. Nazirliyin verdiyi məlumata görə, “Suriya hökumətinin mülki şəxslərə qarşı kimyəvi maddələrdən istifadəsi iddiası ilə bağlı ssenarilər” müzakirə edilib.

Beləliklə, Moskva və Vaşinqton yenə də gərginlik taktikası seçib və bu, narahatlıq doğurur.

Tərcümə: Strateq.az

pia.az



Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Abel Məhərrəmov və xanımı məhkəməyə verildi - Torpaq qalmaqalı

Hacı Nuran "Pusu"nun məşhur aktyoruna lüks avtomobil hədiyyə etdi

Sumqayıtda ər-arvad qətlə yetirilib: 24 yaşlı oğulları saxlanılıb - Yenilənib

Deputat: “Bu yaxınlarda parlament seçkisi olacaq”

Fransanın daha bir neçə diplomatı “persona non grata” elan edilib - Foto    

Məhkum ana həbsxanadakı ən çarəsiz gecəsindən danışdı: “Qandalı açıb polisə verdim ki...” - Video

İlham Əliyevin növbəti qələbəsi: Qazaxın 4 kəndi Azərbaycana qaytarılır

Azərbaycanda 22 yaşlı oğlan qadının üzərinə benzin tökərək yandırıb - Yenilənib

Ermənistan ordusu Qazaxın dörd kəndindən çıxarılır  

Ən çox oxunanalar