Cümə, 29 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Ölümün 2 növü və 8 çeşidi

Ölüm haqdır və hər bir canlı bir gün öləcəkdir

Ancaq əgər ölümün növləri barəsində danışsaq, alimlərin nəzərinə görə ölüm iki yerə bölünür ki, hər birinin də öz növləri vardır.

1. Zahiri etibarı ilə olan ölümlər.

a). Təbii ölüm. İnsan qocalır və taqətdən düşür, həyat enerjisini əldən verir və ölür.

b). Xarici amillərin təsirindən olan ölüm. Bəzən insan xəstəlik, ya təbii hadisələr və ya qəza təsadüfləri vasitəsilə ölür.

c). Başqalarının istəyinə görə. Bəzən insan başqalarının zülmünə məruz qalır. Onu qətl edirlər.

d). İntihar. Zəif iradəyə malik olan insanlar həyatın çətinlikləri ilə mübarizə apara bilməyən zaman intihara əl atır və ölürlər.

e). Allah yolunda şəhid olmaq. İnsan bəndəliyini yerinə yetirmək üçün, haqqı bərpa etmək və zülmü aradan aparmaq üçün vuruşur və Allah yolunda şəhid olur ki, bu, ən izzətli ölüm hesab olunur.

2. Keyfiyyət etibarı ilə olan ölümlər.

a). Bəzi mələkuti insanlar elə yüksək mənəvi məqama çatıbdırlar ki, onların ruhunu qəbz etmək ancaq Allahın öhdəsində olur. Onlar, ruhlarını ancaq məhbubları olan Allaha təhvil vermək istəyirlər.

Onların ruhu qəbz edilən zaman Əzrayil (ə) və başqa mələklər iştirak etmirlər.

b). Mömin və saleh insanlar. Bu insanların da mənəvi məqamı yüksəkdir. Onlar da İlahi övliyalardır, ancaq onların ruhunu Əzrayil (ə) və başqa mələklər alırlar.

c). Günahkar insanlardır ki, ruhlarını Əzrayil (ə) və mələklər alarlar. (İslami saytlara istinadən)

Allah Təala bizlərə Əhli-Beytə (ə) layiq ölüm nəsib etsin! (deyerler.org)

pia.az


Etiket: Ölüm

Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Azərbaycanda polkovnik-leytenant vəfat etdi - Foto

Ermənistan Silahlı Qüvvələrinin Baş Qərargah rəisi müharibə istəyir?..

Yarım milyon mənimsəyən baş həkim həbsdə öldü    

Şadlıq saraylarında menyular bahalaşdı - Qiymətlər

“Verdiyi koordinatlar o qədər dəqiq idi ki...” - Döyüş yoldaşları Milli Qəhrəman haqqında - Video

BMT Baş katibi azərbaycanlı diplomatı yüksək vəzifəyə təyin edib

Azərbaycanda taksilərdə gediş haqqı lövhəsinin nümunəvi forması açıqlanıb

Qurban Qurbanov hərəkətlərinə fikir verməyən futbolçunu cərimələdi

Ən çox oxunanalar