Cümə axşamı, 25 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Obama Trampı sərt tənqid etdi

“Nə baş verir? Biz sabiq KQB lideri ilə yaxınlıq edirik”

Sabiq ABŞ prezidenti Barak Obama ara seçkilərində demokratlara dəstək məqsədi ilə bu gün yürüşə qatılıb.

Vəzifəsini tərk etdikdən sonra ictimaiyyət arasında az görünən Obamanın mesajı sadə olub- “Səs verməlisiniz. Çünki demokratiyamız sizdən asılıdır.”

Illinois-Urbana universitetində danışan Obamanın çıxışında demokratiyanın əhəmiyyətinə geniş yer verilib. Bu anadək uzun müddət idi ki, sabiq dövlət başçısı xələfi barədə şərh verməmək ənənəsinə sadiq qamışdı, hərçənd ki, Tramp Obamanı tez-tez tənqid atəşinə tutur. Obama deyib ki, Vaşinqtonda mövcud siyasi cərəyan Trampla başlamayıb. “O simptomdur, səbəb deyil. O, yalnız siyasətçilərin illərlə yürütdüyü siyasəti qabardır,” deyə Obama bildirib.

O, Respublikaçıları son 20 ildə parçalanma partiyası olmaqda günahlandırıb. Sabiq dövlət başçısı Respublikaçıların kampaniyaların maliyyələşdirilməsi qanununu ləğv etmək, seçicilərin hüquqlarını məhdudulaşdırmaq cəhdləri Paris iqlim sazişindən çıxmaq qərarını diqqətə çatdırıb. Obama Tramp administrasiyasının Rusiya ilə münasibətlərini, Avropa və digər bölgələrdə müttəfiqləri ilə ənənəvi əlaqərini pozmasını önə çəkib: “Respublikaçılar Partiyasına nə olub? Onun mərkəzi xarici siyasət prinsipi kommunizmə qarşı mübarizə olub, ancaq indi biz sabiq KQB lideri ilə yaxınlıq edirik, seçkilərimizi Rusiya hücumlarından qorumağa yönəlik qanun layihələrinə maneəçilik törədirik? Nə baş verib?” sabiq prezident sual edib.

Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Obama The New York Times qəzetində Trampın prezidentiliyi ilə bağlı çıxan məqaləyə işarə edərək, Tramp administrasiyası rəsmilərinin prezidentin çox irəliyə getmədiyini göstərməyə çalışdığını deyib. Sabiq dövlət başçısı tələbələri seçki mənətəqələrinə çağıraraq, 2016-cı ildə səsvermə hüququ olan hər 5 gəncdən 1-nin səs verdiyini xatırladıb. Barak Obama gələn həftə Ohayoda qubernatorluğa demokrat namizəd Riçard Kordrey üçün kampaniya aparacaq.

Ayın sonunda onun İllinoisə dönəcəyi və daha sonra Pennsilvaniyada Nümayəndələr Palatası üçün lazım olan 23 yer uğrunda mübarizəyə qatılacağı gözlənilir. (Amerikanın Səsi)

pia.az 


Etiket: Obama Tramp

Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Cəfər Cabbarlı haqqında məxfi həqiqətlər - Video

Nəsib Quliyev qadına görə intihar edib - Sensasialı iddia    

Ən bahalı və sağlam bitki yağları - hər kəs bunları bilmir

Niyə qızartmazdan əvvəl kartofun üzərinə un səpirlər? - Faydalı hiylə

Vətən müharibəsi iştirakçısı anasının xəstəliyini eşidib intihar edib

Tarixdə ilk: Təhlükəli xəstəliyin müalicəsi tapıldı    

Prezident İlham Əliyevin adından Sadır Japarovun şərəfinə dövlət ziyafəti verilib - Yenilənib

Naxçıvan MR-in baş naziri işdən azad olundu - Yeni təyinat

Azərbaycan Kuboku: "Qarabağ" cavab matçında da "Neftçi"yə qalib gələrək finala yüksəlib

Ən çox oxunanalar