Şənbə, 20 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Bakıda molla məsciddən oğurluq edəni tutub dirəyə bağladı - Video

Bu gün sosial şəbəkələrdə Bakıdakı məscidlərdən birindən oğurluq etdiyinə görə tutulan və dirəyə bağlanan şəxsin videogörüntüləri yayılıb

Kadrlara əsasən məscidin mollası olduğu təxmin edilən şəxs oğurluqda ittiham olunanı telefonla çəkir və yoldan keçənlərə göstərib deyir: “Bax bu şərəfsizə, məsciddən oğurluq edib”.

Dirəyə bağlanan gənc isə cavabında deyir: “Bax, bax bu işverənə”. Bu vaxt qəzəblənən molla oğruya təpik vurur: “Mənə “işverən” deyirsən? İndi sənə iş verdirəcəm, dayan bir”.

“Sputnik” agentliyi bildirir ki, bu hadisə Yasamal rayonunda baş verib. Məscidin nəzir qutusunu sındırıb içindən yüz manata yaxın pulu oğurlayan gənci molla yaxalayıb və Yasamal rayon 28-ci polis bölməsinin əməkdaşlarına xəbər verib. Polis gələnə qədər molla oğrunun qaçmaması üçün onu dirəyə sarıyıb.

Yasamal rayon hüquq-mühafizə orqanlarından deyiblər ki, saxlanılan şəxs özünü Mirzəyev Anar Tacəddin oğlu kimi təqdim edib. Bildirib ki, 1985-ci ildə Gəncədə anadan olub və bu şəhərdə yaşayır. Hazırda əməliyyatçılar bu məlumatları dəqiqləşdirir, çünki istisna etmirlər ki, saxlanılan şəxs özü barədə yalan məlumat verə bilər.

Amma araşdırma zamanı bu şəxsin başqa analoji oğurluq törətdiyi də üzə çıxıb. Bir neçə gün əvvəl o Sumqayıtın Hacı Zeynalabdin Tağıyev qəsəbəsində yerləşən məsciddən oğurluq edib və videomüşahidə kameralarına düşüb. Həmin vaxt şəxsin əynində Yasamalda molla tərəfindən tutularkən olan geyim olub. Mirzəyevin başqa analoji hadisələrə qarışdığı da istisna deyil.

pia.az



Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Abel Məhərrəmov və xanımı məhkəməyə verildi - Torpaq qalmaqalı

Məhkum ana həbsxanadakı ən çarəsiz gecəsindən danışdı: “Qandalı açıb polisə verdim ki...” - Video

Hacı Nuran "Pusu"nun məşhur aktyoruna lüks avtomobil hədiyyə etdi

Ermənistan ordusu Qazaxın dörd kəndindən çıxarılır  

Fransanın daha bir neçə diplomatı “persona non grata” elan edilib - Foto    

İlham Əliyevin növbəti qələbəsi: Qazaxın 4 kəndi Azərbaycana qaytarılır

Dörd kəndin qaytarılması Qazaxda sevinclə qarşılanıb

Azərbaycanda 22 yaşlı oğlan qadının üzərinə benzin tökərək yandırıb - Yenilənib

Ən çox oxunanalar