Cümə axşamı, 25 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

1.4 milyard insan hərəkətsizlikdən ölümcül xəstəliyə yoluxa bilər

Dünyada 1 milyard 400 milyondan çox yetkin adam yetərincə idman etmədiyi üçün ölümcül xəstəliyə tutula bilər

Belə bir xəbərdarlıqla Ümumdünya Səhiyyə Təşkilatı çıxış edib. Qurum son 20 ilə yaxın müddətdə dünyada adamların hərəkətlilik səviyyəsində dəyişiklik olmadığını da vurğulayır.

“Frans Pres” agentliyi ÜST-nin araşdırmasına istinadla yazır ki, daha zəngin ölkələrdə adamların həyatında komfort və oturaqlıq üstünlük təşkil edir. Elə dünyadakı qadınların üçdə biri, kişilərin isə 25 faizi ürək-damar, şəkər və xərçəng kimi xəstəliklərə tutulmaq təhlükəsi altındadırlar. Bircə yolları qalır – fiziki fəaliyyəti artırsınlar.

TÖVSİYƏLƏR

ÜST tövsiyə edir ki, hər bir yetkin şəxs həftədə azı 150 dəqiqə “orta gərginlikli” idman, məsələn, sürətli yürüş, üzgüçülük, yaxud velosiped sürməklə məşğul olsun. Yaxud bunu həftədə 75 dəqiqə “yüksək gərginlikli” fəaliyyətlə – qaçış, komanda idman növlərilə əvəzləmək olar.

Araşdırma zamanı 2016-cı ildə dünyanın 168 ölkəsində 1,9 milyon nəfərin fəallığı öyrənilib. Tədqiqatçılar üzə çıxarıblar ki, 2001-ci ildən bəri dövlətin saysız səhiyyə təşəbbüslərinə baxmayaraq, fiziki aktivlik səviyyəsində yaxşılaşma baş verməyib.

Dünyada 1,4 milyard nəfərin yetərincə aktiv olmadığı ortaya çıxıb.

“Adamları idmanla məşğul olmağa həvəsləndirmək üçün yetərincə iş görməmişik”, – ÜST-dən araşdırmanın aparıcı müəllifi olan Regina Guthold “Frans Pres”ə deyib.

Müəlliflər xeyli narahatedici trendlər də aşkarlayıblar, kasıb və zəngin ölkələr, qadınlar və kişilər arasında idmanla məşğulluq səviyyəsi kəskin fərqlənir.

Məsələn, inkişaf etməkdə olan ölkələrlə müqayisədə yüksək gəlirli ölkələrdə demensiya və ürək-damar xəstəliklərini önləyəcək fəaliyyətin səviyyəsi iki dəfədən çox aşağıdır.

Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

URBANİZASİYA

Guthold deyir ki, zəngin ölkələrdəki həyat tərzi – daha çox qapalı məkanda vaxt keçirmək, ofisdə uzun-uzadı qalmaq, yüksək kalorili yeməkləri rahatca əldə edə bilmək və idmanla az məşğul olmaq arasında birbaşa əlaqə var. Bu isə sağlamlığa urbanizasiyanın vurduğu ziyana “aydın örnək”dir.

“Ölkələrdə urbanizasiya gedir, məsələn, fermerlər, xeyli fiziki fəaliyyətlə məşğul olanlar birdən şəhər mühitinə düşür, işsiz qalır, yaxud oturaq işə keçir. Buna görə də cəmiyyətlər bunu kompensasiya etməlidirlər”, – o deyib.

Küveyt, Amerika Samoası, Səudiyyə Ərəbistanıİraqda böyüklərin yarıdan çoxunun yetərincə aktiv fəaliyyətlə məşğul olmadığı bildirilir.

Sidney Universitetindən Melody Ding də araşdırma üzərində işləyib. “Məncə, ən böyük baryerlərdən biri mühitimizdir, həyatdan fiziki fəaliyyət sıxışdırılır, zəhmətli işləri ofis işləri əvəzləyir, pilləkənlərin yerini liftlər tutur, aktiv yox, maşınla səyahəti seçirlər”, – o deyib.

Bəzi ölkələrdə isə gender bərabərsizliyi öz işini görür. Qadınlar daha çox evdə oturur, uşaqlara, evə baxır, yetərincə gəzmirlər.

(Azadlıq radiosu)

pia.az



Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Cəfər Cabbarlı haqqında məxfi həqiqətlər - Video

Nəsib Quliyev qadına görə intihar edib - Sensasialı iddia    

Ən bahalı və sağlam bitki yağları - hər kəs bunları bilmir

Niyə qızartmazdan əvvəl kartofun üzərinə un səpirlər? - Faydalı hiylə

Vətən müharibəsi iştirakçısı anasının xəstəliyini eşidib intihar edib

Tarixdə ilk: Təhlükəli xəstəliyin müalicəsi tapıldı    

Prezident İlham Əliyevin adından Sadır Japarovun şərəfinə dövlət ziyafəti verilib - Yenilənib

Naxçıvan MR-in baş naziri işdən azad olundu - Yeni təyinat

Azərbaycan Kuboku: "Qarabağ" cavab matçında da "Neftçi"yə qalib gələrək finala yüksəlib

Ən çox oxunanalar