Cümə axşamı, 18 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

İdlibdə dünyanı qorxuya salan 5 məqam

Türkiyə Rusiya ilə müharibəyə başlayır?

Suriyanın İdlib vilayətində başladılması gözlənilən əməliyyat hazırda gündəmin əsas mövzularındandır. Rusiya qırıcıları 22 günlük fasilədən sonra İdlibi bombaladı. Bölgə Suriya rejiminin də fasiləsiz hücumlarına məruz qalır. Hərbi və siyasi baxımdan strateji əhəmiyyətə malik İdlibdə kim nə istəyir?

Publika.az xəbər verir ki, türkiyəli ekspertlərlə danışan BBC İdlib probleminə 5 sualda aydınlıq gətirməyə çalışıb.

Kim nə istəyir?

İdlib 2011-ci ildən vətəndaş müharibəsinin olduğu Suriya böhranının həllində dönüş nöqtələrdən biri olacaq. Ekspertlərin sözlərinə görə, təxminən üç milyon insanın yaşadığı İdlibdə mümkün bir əməliyyat yeni qaçqın dalğasına gətirib çıxara bilər. Birləşmiş Millətlər Təşkilatı son illərin ən böyük humanitar böhranın yaranacağı barədə xəbərdarlıq edib. Rusiya, İranSuriya regionun terrorçulardan təmizlənməsinin vacib olduğunu söyləyir. Türkiyə isə yeni köç dalğası və humanitar böhranın yaranacağı ehtimalını səbəb göstərərək əməliyyata qarşı çıxır. ABŞ isə xəbərdarlıq edib ki, əməliyyat zamanı kimyəvi silahdan istifadə olunarsa, hökumət gücləri vurulacaq. Vaşinqton bununla da, əməliyyatdan kənarda qalmayacağı mesajı verib.

İdlibdə hansı qruplaşmalar var?

İdlib fərqli silahlı təşkilatların qurduğu və tərkibində “An-Nüsra” Cəbhəsi ilə “Ahrar'uş Şam”ın olduğu “Fəth Ordusu” tərəfindən 2015-ci ildə ələ keçirilib. Hazırda İdlibin 60 faizi “Əl-Qaidə”nin Suriya qolu olan “An-Nüsra” Cəbhəsindən yaranan cihadçı “Heyət Təhrir əl Şam”ın (HTS) nəzarətindədir. Suriya üzrə mütəxəssis olan fransalı akademik Fabrik Balans HTA cihadçılarını “çox yaxşı təşkilatlanmış və müharibəyə hazır” kimi təsvir edib. Təşkilatın sıralarında 30 minə qədər döyüşçünün olduğu təxmin edilir.

Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Türkiyə üçün niyə əhəmiyyətlidir?

İdlib Astana formatı çərçivəsində razılaşdırılan dörd təhlükəsiz zonadan biri hesab edilir. Türkiyə anlaşma çərçivəsində İdlibdə 12 müşahidə nöqtəsi qurub. Vilayətdə Rusiya 10, İranın isə 7 müşahidə nöqtəsi qurub. Bu ölkələrin hər birinin regional maraqları maraqları baxımından vilayətlə bağlı strateji prioritetlərə malikdir. İdlibin ələ keçirilməsi Bəşər Əsəd baxımından 2011-ci ildə bu yana davam edən vətəndaş müharibəsinin böyük ölçüdə başa çatması və zəfərini elan etməsi anlamına gələcək.

Türkiyə və Rusiya qarşı-qarşıya gələrmi?

İki ölkənin İdlibdə “mülayim müxalifət”lə əlaqədar qarşı-qarşıya gələcəyi barədə narahatlıq var. Türkiyənin 2015-ci il noyabrın 24-də Rusiyanın döyüş təyyarəsinin vurması ilə başlayan böhran sonrası düzələn əlaqələr Türkiyənin “S-400” komplekləri almasına qədər irəlilədi. Lakin İdlib əməliyyatının Moskva ilə Ankara arasında necə şəkillənəcəyi hələ rəsmən açıqlanmayıb. Rusiyanın xarici işlər naziri Sergey Lavrov avqustun 29-da Qərbə “terrorla mübarizə əməliyyatına mane olmayın” söylədi. Lavrov Türkiyə ilə İdlibdə hansı təşkilatların dəstəklənildiyinə dair razılaşmanın olduğunu söyləyərək fikir birliyinə işarə vurdu. Suriya üzrə mütəxəssisi Aron Lund isə bu şərhə təmkinlə yaxınlaşır.

İdlib əməliyyatı Əsəd üçün zəfər ola bilərmi?

İdlib 2011-ci ildə başlayan müharibədə müxaliflərin əlində olan son qala hesab edilir. Ekspertlər hesab edir ki, vilayətin geri alınması 7 ildir davam edən müharibədə Bəşər Əsədin qazandığı anlama gələcək. Fransa xarici işlər naziri Jan-İv Lö Drian “Əsəd döyüşü qazandı. Bunu ifadə etməliyik, amma sülhü qazana bilmədi” sözləri ilə ekspertlərin bu yanaşmasının siyasi dairələrdə də qəbul edildiyini göstərdi.

pia.az



Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Tanınmış aparıcı Aytən Səfərova qəzaya düşüb, ölən və xəsarət alanlar var - Yenilənib, Video

 Sabiq deputat Hadı Rəcəblinin ölüm səbəbi bilindi  - Yenilənib

Vəfat edən Hadı Rəcəblinin oğlu: “Hazırda aeroportdayam”

Qazaxa hökm edən oliqarx: Məmməd Alıyev... - Video

BŞİH Milli Şuranın mitinqlə bağlı müraciətinə cavab verib

"Dünəndən paltarlarını hazırlamışdı, qismət olmadı" - Hadı Rəcəblinin qızı

Məhkəmə Akif Çovdarovun əmlakları ilə bağlı qərar verib

Bu klinikalar sertifikasiyadan keçməyən həkimlərlə işləyir? - Siyahı

“Dar gün üçün” ağ, yoxsa sarı qızıl? - Mütəxəssisdən aldandığımız məsələlər barədə açıqlama

Ən çox oxunanalar