Cümə axşamı, 18 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Bakını da Rusiyanın vassalına çevirmək cəhdi - KTMT-na üzvlük Azərbaycana nə vəd edir?

Rusiyanın qoltuğu altında olmaq belə rahat və əlverişli idisə, onun rəzil nökərləri niyə Kremlin cazibəsindən qurtulmaq üçün kiçik fürsəti belə əldən vermirlər?

Moskva Dağlıq Qarabağın Azərbaycana qaytarılmasına heç vaxt cəhd etməz!

Nə qədər qəribə olsa da, Azərbyacanın KTMT-na üzv ola bilməsi haqqındakı növbəti fikirlər sıradan bir olay olmadı – nəinki yerli media bunu tirajlamaqda davam edir, hətta Rusiyanın bəzi dairələri bu təklifi az qala rəsmi Bakının məsələ ilə bağlı ilkin razılığı kimi müzakirə edirlər.

Amma ötən dəfələrdə də yazmışdıq ki, Azərbyacanın 125 deputatından birinin (hətta o, komissiya sədri olsa belə!) məsələ ilə bağlı açıqlaması hələ rəsmi Bakının mövqeyi kimi qəbul oluna bilməz və bunun üçün daha yüksək statuslu şəxslərinin mövqeyini bilmək lazımdır.

Fəqət, bir daha deyirik ki, olay tamam epizodik və ötəri hadisə təsiri də bağışlamır, elə bil bununla məsələyə ictimai rəyi bilmək istəyirlər ki, bu da bizi çox təlaşlandırır.

Arqumentlər də dəyişməz qalır. Guya Bakının bu addımı atacağı təqdirdə Kreml siyasətinin əqrəbləri bizə tərəf dönəcək, Dağlıq Qarabağ yenidən Azərbaycana qaytarılacaq. Bunun real bir şey olduğunu qabartmaq üçün isə guya məsələ ilə bağlı İrəvanda xüsusi təlaş yaşandığı və hətta İrəvan rəsmilərinin Azərbaycanın KTMT-na üzv olmasına mane olmaq istədiyi haqda məlumatlar yayılır.

Demirik ki, erməni rəsmiləri bu cür “bəyanat”lar səsləndirməyiblər. Onlar çox şey deyə bilər, amma özünüz düşünün, rəzil İrəvanın buna heç cəsarəti çatarmı?

Üstəlik, Ermənistanın illər ərzində bölgədəki rolu məhz ona yönəlməmişdimi ki, Bakının müstəqillik kursuna əngəl törətsin və onu yenidən Rusiyaya tərəf dreyf etməyə məcbur etsin?

Azərbaycan indi də MDB-nin üzvüdür. 1993-cü ildə Bakı MDB-yə və hətta bir müddət KTM-nə üzv olmaqla bağlı qərar verərkən İrəvan hansısa formada buna mane ola bildimi? Yox, olmadı və ola da bilməzdi – ona görə ki, Kreml dərhal onun “qulağını burardı”.

İndi də belə söhbətləri ortaya atmaqla əslində Kreml strateqləri Ermənistanı xəbərdar etməyə və ya ona “qulaqburması” verməyə cəhd edirlər.

Bunun başqa mənası yoxdur; ona görə də KTMT-yə və AİB-ə üzv olacağı təqdirdə Moskvanın Dağlıq Qarabağı Azərbaycana qaytaracağı haqdakı söhbətlərə isə heç vaxt inanmarıq.

Baxın, Ermənistan kimi rəzil bir nökər belə bu qurumlardan uzaqlaşmağa cəhd edirsə (hələlik xəyali olsa da!), Moskva Dağlıq Qarabağ kimi etibarlı bir “rıçaq” olmadan Rusiyadan faktiki olaraq heç bir asılılığı olmayan Azərbaycanı özünün həndəvərində saxlamağa əmin ola bilərmi?

Məgər Dağlıq Qarabağ, Abxaziya və Cənubi Osetiya, Dnestryanı və eləcə də son illərdəki Ukrayna münaqişələri məhz ona görə yaradılmayıbdırmı ki, Azərbaycanın, Gürcüstanın, Moldovanın və Ukraynanın fərqli istiqamətə yönəlməsinin qarışısı alınsın? Doğrudanmı belə sadə həqiqəti birdəfəlik qəbul etmək bu qədər çətindir?..

Açığı, biz Azərbaycanda KTMT və Avrasiya İqtisadi Birlıiyilə bağlı söz- söhbətin səmimiliyinə heç vaxt inanmamışıq: bu məsələdə nə idarə edən kəsim, nə də idarə olunan cəmiyyət səmimi deyil.

İdarə edən kəsim Kremlə yaxınlığı özü üçün daha təhlükəsiz bir siyasət və hətta zəmanət hesab edir. Cəmiyyətimizin də mərəzi başqadır. On illərlə vaxt keçsə də hələ də çoxu sovet keçmişini unuda bilmir, üstəlik, AİB-lə, Gömrük İttifaqı ilə bağlı nağıllar da onları şirnikləndirir. Bəli, üzdə guya ki, hamı Qarabağ hayındadır, amma dərinə gedəndə görürsən ki, motivlər tamam başqadır.

Bəzən belə deyirlər ki, guya KTMT və AİB üzvü olan ölkələrin suverenliyinə heç bir problem yaranmayıb. Amma bu da nağıldır. Məgər biz özümüz daim İrəvana Rusiyanın nökəri olduğuna görə lağ etmirikmi? Daim Ermənistandan fərqli olaraq Azərbaycanın müstəqil bir dövlət olması ilə öyünmürükmü?

Biz bunu əsaslandıra da bilərik ki, KTMT və AİB üzvü olan ölklərin böyük hesabla heç bir suverenliyi yoxdur, onlar nəinki böyük məsələləri və hətta daxili vəzifə təyinatlarını belə Kremllə razılaşdırırlar.

Bu dövlətlərin bir məsələdə “müstəqilliyi” var: öz cəmiyyətlərilə istədikləri kimi davranmaq və ölkədə özlərinə sərf edən feodal üsul-idarəsi bərqərar etmək.

Bircə anlığa həmin ölkələri gözünüz önünə gətirin: hətta perspektivdə belə bu ölkələrdə normal bir siyasi sistemin bərqərar olması inandırıcı və yaxud da real görünürmü?

Ermənistandakı vəziyyətdən asılı olaraq Kreml strateqləri bizə çox şirnikləndirici bəyanatlar eşitdirəcəklər. Amma gəlin sadəlövh olmayaq və bir suala cavab verək: Rusiyanın qoltuğu altında olmaq belə rahat və əlverişli idisə, onun rəzil nökərləri niyə Kremlin cazibəsindən qurtulmaq üçün kiçik fürsəti belə əldən vermirlər? (musavat.com)

pia.az


Etiket: Bakı Rusiya vassal


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Digər yazıları

Qazaxıstan hadisələri haqda üç ehtimal, bir nəticə...

Niyə hamının gözünə yalnız media görünür?..

Elə ölkə varmı ki, özümüzü onunla müqayisə edək?

Paşinyan siyasi səhnəni nə vaxt tərk edəcək...

Trampa görə ABŞ da İngiltərəyəmi məxsusdur?..

Ən çox oxunanalar