Cümə axşamı, 25 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

"Tarif Şurasına müraciət gündəmdə deyil"

Suyun qiyməti ilə bağlı “Azərsu”-dan açıqlama

Azərbaycanda içməli suyun qiymətinin artırılacağına dair xəbərlər yayılıb. Buna səbəb isə, “Azərsu” ASC-nin 2017-ci ilin yekunlarına dair maliyyə hesabatında zərərlə işlədiyinin və suyun maya dəyərindən 2 dəfə ucuz satıldığının qeyd olunması olub.

Hesabatda səhmdar cəmiyyətinin əməliyyat zərərləri, əməliyyat fəaliyyəti üzrə pul vəsaitlərinin hərəkəti və dövriyyə vəsaitlərində çatışmazlıq olduğu vurğulanıb və buna əsas səbəb kimi Tarif (Qiymət) Şurasının müəyyən etdiyi tariflərin su-kanalizasiya xidmətlərinin maya dəyərindən aşağı olması göstərilib.

Yayılan xəbərlərlərlə bağlı “Sputnik Azərbaycan”-a açıqlamasında münasibət bildirən “Azərsu”nun mətbuat xidmətinin rəhbəri Anar Cəbrayıllı bildirib ki, səhmdar cəmiyyətinin suyun qiymətinin artımı ilə bağlı Tarif Şurasına müraciəti gündəmdə deyil.

“Gəzən söz-söhbətlər subyektiv fikirlərdir. Biz maliyyə hesabatı açıqlamışıq. Audit şirkəti də məlumatları yayıb. “Azərsu” ASC-nin su və kanalizasiyanın qiymətlərinin artımı üçün Tarif Şurasına müraciəti gündəmdə deyil” — deyə Cəbrayıllı vurğulayıb.

pia.az



Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

 Sabiq pediatrın intiharı ilə bağlı iddialara rəsmi cavab: “Rəhbər təyinatı olmayıb” - Yenilənib, Video

Azərbaycanın ixrac etdiyi qara kürünün qiyməti açıqlanıb

Özünü güllələyən məşhur pediatr kim idi? - Dosye

Faiq Ağayevdən Brilliant Dadaşovaya gözlənilməz sözlər - Video

Bərdədə qaçırılan 23 yaşlı qızın ailəsinə təhvil verilməsinin təfərrüatı məlum olub - Yenilənib

Qadının üzərinə benzin tökərək yandırdığı deyilən kişi məmur oğlu imiş - Açıqlama

Bakıda dələduz şəbəkə peyda olub - Mənzil və obyekt sahibləri ehtiyatlı olun

Cəfər Cabbarlı haqqında məxfi həqiqətlər - Video

Ən bahalı və sağlam bitki yağları - hər kəs bunları bilmir

Qeyri-neft sektorunun inkşafı və Dövlət İnvestisiya Şirkətinin batırdığı sərmayələr... - I yazı

Ən çox oxunanalar