Cümə, 29 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Polad Bülbüloğlu: "Kobzon əvəzolunmaz idi"

"O, özündə böyük musiqi mədəniyyətini birləşdirən dahi ictimai xadim və ailə başçısı idi"

"Çox çətin, lakin xoşbəxt həyat yaşayıb. Son ildə xərçəng xəstəliyi ilə mübarizə aparırdı, artıq 10 il idi ki, bu xəstəliyə tutulmuşdu. İosif Kobzon sonadək mübarizə aparırdı".

Bunu Azərbaycanın Moskvadakı fövqəladə və səlahiyyətli səfiri Polad Bülbüloğlu SSRİ xalq artisti İosif Kobzonun vəfatına münasibət bildirərkən deyib.

“Biz onunla 1960-cı illərdə tanış olmuşuq, 50 il dostluğumuz olub. Kobzon həm insan, həm musiqiçi, eləcə də ictimai xadim kimi unikal adam idi.

O, Sovet İttifaqı kimi böyük dövlətin sevimli müğənnisi olub. Kobzon çox insanlara kömək edirdi, mən bunun canlı şahidi olmuşam. Azərbaycanda onu bir neçə dəfə ən yüksək ordenlərlə təltif ediblər. Ona bizim Ulu öndər Heydər Əliyevin də böyük hörməti var idi. Kobzon əvəzolunmaz idi”, - P.Bülbüloğlu deyib. (oxu.az)

pia.az 



Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Azərbaycanda polkovnik-leytenant vəfat etdi - Foto

Ermənistan Silahlı Qüvvələrinin Baş Qərargah rəisi müharibə istəyir?..

Ermənistanla Gürcüstan arasında demarkasiyası prosesi - İrəvan Tbilisiyə bir kənd verəcək....

Yarım milyon mənimsəyən baş həkim həbsdə öldü    

Şadlıq saraylarında menyular bahalaşdı - Qiymətlər

“Verdiyi koordinatlar o qədər dəqiq idi ki...” - Döyüş yoldaşları Milli Qəhrəman haqqında - Video

Azneft”in baş direktoru vəzifəsindən azad edildi - Yeni təyinat

BMT Baş katibi azərbaycanlı diplomatı yüksək vəzifəyə təyin edib

Ən çox oxunanalar