Cümə axşamı, 28 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Məmurların “pul oyunu”: Şabranın icra başçısı bu xarabalıqdan nə qədər pul qazanır? - Video

Şabran rayon, Ağalıq kəndi ərazisində Bakı Xaçmaz magistral yolunun sağ və sol tərəfində bazar yaradılıb

Bazar qanunsuz olsa da, orada işləyən şəxslərdən “hesab” alınır. Buna baxmayaraq, bazarın vəziyyəti iyrənc gündədir. Videodan da görəcəyiniz kimi, bazarın hər tərəfi zibilliyi xatırladır. Ümumiyyətlə, magistral yolun sağ və solunda bazarın hansı məntiqlə açılması sual doğurarkən buradan kimlərin bazarlıq etdiyi daha böyük maraq doğurur.

Bazarda işləyənlər və bazara gələnlər zibilləri yolun kənarına atırlar. Rayon sakinlərinin və yoldan keçənlərin bildirdiyinə görə, bazar ətrafında üfunət iyindən durmaq mümkün olmur.

Ağalıq kəndinin icra nümayəndəsi zibillikdən şikayətlənənlərə baş verənlərlə bağlı polisə müraciət etdiyini bildirib. Ancaq polis onlara bu məsələ ilə bağlı heç bir müraciətin daxil olmadığını qeyd edib.

Şabran polis idarəsi məsələ ilə bağlı saytımıza bildirilib ki, quruma müraciət edilsə, bu şikayətə baxılacaq: “Müraciət olarsa, ona niyə baxmayaq? Ağalıq kəndinin ərazisindəki bazarla bağlı polisə heç bir şikayət edilməyib”.

Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Əldə etdiyimiz məlumata görə, Ağalıq kənd icra nümayəndəsi və bələdiyyəsi bazarda işləyənlərdən pul alır.

Məsələ təkcə bununla da bitmir. Magistral yolun sağ və solunda açılan bazar avtomobillərin hərəkətinə də mane olur, qəza şəraiti yaradır. Bir neçə gün əvvəl həmin ərazidə ağır yol qəzasının olduğu da deyilir.

PİA.AZ Yenicag.az-a istinadən qanunsuz bazardan çəkilmiş videonu sizə təqdim edir:

pia.az


Etiket:

Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Azərbaycan XİN Namiq Abbasovun vəfatı ilə bağlı paylaşım edib

Azərbaycanda polkovnik-leytenant vəfat etdi - Foto

“Crocus”da insanları xilas edən Emil Hüseynov və anası baş verənlərdən danışdılar - Video

Ermənistanla Gürcüstan arasında demarkasiyası prosesi - İrəvan Tbilisiyə bir kənd verəcək....

Rusiya Ermənistana müqavilələrdə nəzərdə tutulan silahları göndərir

Azneft”in baş direktoru vəzifəsindən azad edildi - Yeni təyinat

Şadlıq saraylarında menyular bahalaşdı - Qiymətlər

Ermənistan Silahlı Qüvvələrinin Baş Qərargah rəisi müharibə istəyir?..

Ən çox oxunanalar