Çərşənbə axşamı, 23 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Tərtərdə növbəti səyyar qəbul-görüş Buruc kəndində oldu - Fotolar

Tərtər Rayon İcra Hakimiyyəti Başçısının növbəti səyyar qəbul-görüşü Buruc kəndində oldu

Qəbulda rayon icra hakimiyyətinin, hüquq-mühafizə orqanlarının, səhiyyə, təhsil, mədəniyyət, digər xidmət təşkilatlarının rəhbərləri, ərazi icra nümayəndələri, bələdiyyə sədrləri və kənd sakinləri iştirak etdilər.

Əvvəlcə Buruc kənd İƏD üzrə nümayəndə Böyükkişi Məlikov kəndin sosial-iqtisadi inkişafı, əhalisi, onların məşğuliyyəti, görülən işlər barədə məlumat verib, kənddə mövcud olan sosial obyektlərin vəziyyətindən danışdı.

Sonra sakinlərin müraciətləri dinlənildi. Kənd sakini Gəray Nəcəfov
qəbula gələnləri salamlayaraq bildirdi ki, kəndin sosial problemləri həll olunub, qaz, işıq, içməli su problemləri yoxdur. Buruc-Gülabatlı-Xoruzlu-
Kəbirli-Bayandurlu-Qaradağlı kəndlərini birləşdirən avtomobil yolunun çəkilişi başa çatmışdır. Bu qonşu kəndlərə də gediş-gəlişimizi asanlaşdırıb, vaxt itkisinin qarşısını alıb. Abad yol üçün möhtərəm prezidentimizə minnətdarlığımızı bildiririk. Kəndimizdə əkin sahələrinin suvarılması üçün yeni subartezian quyusunun qazılması daha yaxşı olar.

Sonra kənd sakinləri Nuşabə Misirova işlədiyi Buruc kənd tam orta
məktəbinin təmiri üçün müəllim və şagirdlər adından minnətdarlığını bildirdi.

Gülabatlı kənd tam orta məktəbinin müəllimi Vəfa Quliyeva isə yeni çəkilmiş yola nişanların qoyulması, Elçin Həsənov əkdiyi pambıq və şəkər
çuğunduru sahəsinin suvarılması, Tahirə Həsənova isə yeni çəkilən yolun
kənarında olan çəpərinin yenidən çəkilməsinə köməklik göstərilməsi ilə
bağlı müraciət etdi.

Müraciətlərlə bağlı əlaqədar təşkilatlara rayon rəhbəri tərəfindən aidiyyəti
tapşırıqlar verildi. Sonra rayon rəhbəri görülən işlərdən, kənd əməkçilərinə dövlət tərəfindən göstərilən diqqət və qayğıdan danışıb, onlara yeni-yeni əmək nailiyyətləri dilədi.

Kənd sakinləri əhalinin problemlərinin həlli istiqamətində həyata keçirilən
tədbirlərə, göstərilən diqqət və qayğıya görə ölkə rəhbərinə öz minnətdarlıqlarını bildirdilər.

pia.az

Fotolar




Etiket: Tərtər

Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Qan şəkərini aşağı salan və xolesterolu “parçalayan” meyvə

Bu günə toyu təyin edilmişdi, özünü asdı: Qəbələdəki faciənin təfərrüatı

Paşinyan: "Ermənilərin Qarabağa qayıtması üçün heç bir imkan yoxdur"

Aprelin sonuna qədər xoşagəlməz sarsıntılar gözləyir - Üç bürcə xəbərdarlıq

Rusiyanın sülhməramlıları Qarabağdan Ermənistana gedir

Nəzrinlə Mərdanın toyundan görüntülər - Video

Kommunal Təsərrüfat müdiri icra başçısı olmağa çalışır...

İlham Əliyev və Vladimir Putin BAM veteranları ilə görüşüblər - Yenilənib

Bağanis Ayrımda viran qalan evlərimiz: Şərti sərhədin Qazax istiqamətində son durum - Yenilənib, Fotolar

Ən çox oxunanalar