Cümə axşamı, 25 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Zakir Fərəcov İnam Kərimovun yarmarkasından yer pulu yığdırır – Fotolar

Sumqayıt Şəhər İcra Hakimiyyətinin nəzarətində olan yarmarkada dəmir tavanın altında olan yerlərə görə,orta hesabla böyüklüyündən asılı olaraq hər mal satandan şənbə-bazar 50-200 manat alınır

2015-ci ildən Kənd Təsərrüfatı Nazirliyinin təşkilatçılığı ilə Sumqayıtda satış yarmarkası açılıb. Məqsəd fermerlərin məhsullarını bazara çıxarmasına kömək etmək, süni qiymət artımının qarşısını almaqdır. Həftə sonları şəhərin 12-ci mikrorayonunda,dəmiryol vağzalıyaxınlığında təşkil olunan bu yarmarkada bütün bunların əksi yaşanır.

Sumqayıt yarmarkası haqda dəfələrlə tənqidlərə, antisanitariya şəraitinin hökm sürməsinə dair yazılsa da, xeyri olmayıb. Nə yerli icra hakimiyyəti,nə müvafiq dövlət orqanları yarmarka iləbağlıheç bir tədbir görməyib.

PİA.AZ-a daxil olan məlumata görə,bütün bunlar azmış kimi, yarmarkada qanunsuz yer pulu yığılır. Halbuki yarrmarkalarda satıcılardan heç bir yer pulu yığılmamalıdır. Dövlətin qoyduğu qaydalara görə: “Kənd Təsərrüfatı Nazirliyinin keçirdiyi kənd təsərrüfatı və ərzaq məhsullarının satış-yarmarkalarının iştirakçılarından (satıcılardan) iştirakla bağlı heç bir haqq tələb olunmamalıdır. Kənd təsərrüfatı və ərzaq məhsullarının satış-yarmarkalarının təşkili ilə bağlı tələb olunan vəsait dövlət büdcəsinin mərkəzləşdirilmiş xərclərində ərzaq təhlükəsizliyinin təmin edilməsi tədbirləri üçün nəzərdə tutulan vəsait hesabına həyata keçirilməlidir”.

Amma PİA.az-a verilən məlumata görə Sumqayıt Şəhər İcra Hakimiyyətinin nəzarətində olan yarmarkada dəmir tavanın altında olan yerlərə görə,orta hesabla böyüklüyündən asılı olaraq hər mal satandan şənbə-bazar 50-200 manat alınır. Bu rəqəm alverin gedişindən asılıdır. Gündəlik hər piştaxtadan 20-50 manat yığılır. Dırnaqarası yarmarkada yan-yörə yol boyu bütün yerləri nəzərə alsaq , hətta ayaqüstə satanlardan da pul yığılır. Burada 500–dən çox insanticarətlə məşğul olur. Deməli, 2 günə 10 min manatlarla pul toplanır.

Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Qeyd edilir ki, burada yarmarkalara xas olmalı “kim tez gəlib yer tutdu” prinsipi işləmir. Buradakı “dəmir” qaydalara görə dəmir talvarın altında hər bir yer bazarı işlədənlər tərəfindən əvvəlcədən satılır və buna görə də görə yarmarkada demək olar ki,eyni insanlarbir qayda olaraq alverçilər işləyir. Heç gətirdiyi məhsulu belə normal qiymətə kiməsə sata bilməzsən,çünki dəllaların monopoliyasındadır. Bütün bunlar-yer pulunun çoxluğu və bu kimi qanunsuzluqlar məhsulların bahalaşmasına gətib çıxarır. Eyni zamanda satışa çıxarılan qida məhsulları laboratoriya müayinəsindənkeçmir.

Qida Təhlükəsizliyi Agentliyinin və yeni nazir İnam Kərimovun burda satılan məhsulların təhlükəsiz baxımdan yoxlanılmamasından,burada hökm sürən qanunsuzluqlardan görəsən xəbəri varmı?!

Normalda normal düşünən alıcı heç zaman buradan ət almır, çünki bu ətin qiyməti 5-6-7 manat olsa da o istehlakçıya baha başa gəlir. Çünki bir qayda olaraq yarmarkalarda tərəzilər düzgün işləmir.

Qeyd edək ki, Nazirlər Kabinetinin qərarına əsasən, yarmarkanın harada təşkil olunması, antisanitar qaydalara əməl edilməsi və s. işlər yerli icra hakimiyyətinin səlahiyyətindədir. Nazirlər Kabinetinin “Azərbaycan Respublikasında ticarət, ictimai iaşə, məişət və digər növ xidmət Qaydaları”na əsasən, yaşıl bazarlar və kənd təsərrüfatı yarmarkaları üçün xüsusi qaydalar müəyyən edilib. Qaydaların 20-1.11 bəndində deyilir ki, yarmarkaların mədəniyyət, idman, təhsil və səhiyyə müəssisələrinin, avtovağzal, dəmiryol və dəniz vağzallarının ərazilərin-də, eləcə də yolun hərəkət istiqamətində və yaşıllıq ərazilərində keçirilməsinə yol verilmir. Amma məlum olduğu kimi yarmarka düz avtomobil yolunun ortasında (yarmarka vaxtı bu yol avtomobillər üçün bağlanır) və dəmiryolu vağzalının yanında açılıb.

pia.az

Fotolar





Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

 Sabiq pediatrın intiharı ilə bağlı iddialara rəsmi cavab: “Rəhbər təyinatı olmayıb” - Yenilənib, Video

Özünü güllələyən məşhur pediatr kim idi? - Dosye

Azərbaycanın ixrac etdiyi qara kürünün qiyməti açıqlanıb

Faiq Ağayevdən Brilliant Dadaşovaya gözlənilməz sözlər - Video

Qadının üzərinə benzin tökərək yandırdığı deyilən kişi məmur oğlu imiş - Açıqlama

Bərdədə qaçırılan 23 yaşlı qızın ailəsinə təhvil verilməsinin təfərrüatı məlum olub - Yenilənib

Bakıda dələduz şəbəkə peyda olub - Mənzil və obyekt sahibləri ehtiyatlı olun

Qeyri-neft sektorunun inkşafı və Dövlət İnvestisiya Şirkətinin batırdığı sərmayələr... - I yazı

Laçında xarici ekspertlərin iştirakı ilə beynəlxalq konfrans işə başlayıb - Yenilənib

Şoyqunun həbs edilən müavini Alina Kabayeva ilə eyni qəsəbədə villa tikdirib

Soydaşımız Akademik Heydər İmanov “Azərbaycanın qüruru” qızıl ordeni ilə təltif olunub

Ən çox oxunanalar