Cümə axşamı, 25 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Mustafa Kabaqçı: Ən böyük arzum Qarabağda qurban kəsməkdir

Türkiyə Böyük Millət Məclisinin (TBMM) sabiq deputatı, hakim "Ədalət və İnkişaf" partiyasının (AKP) komissiya sədri Mustafa Kabaqçı müqəddəs Qurban bayramı münasibətilə Azərbaycan xalqını təbrik edib

AKP rəsmisi “ölkə.az”a açıqlamasında Türkiyə və Azərbaycana eyni gözlə baxdığını söyləyib.

O, Azərbaycan prezidentinə və xalqına firavanlıq arzu etdiyini deyib.

M.Kabaqçı bildirib ki, Azərbaycan və Türkiyə əkiz qardaşlardır: "Mən ürəyim həm Türkiyə, həm də Azərbaycanla döyünür. Qardaş Azərbaycan mənim ikinci Vətənimdir. Millətimiz də eynidir. Biz eyni tarixi kökə bağlıyıq. Ona görə də Azərbaycanın sevinci bizim sevincimiz, kədəri isə bizim kədərimizdir. Eynilə Türkiyə də Azərbaycan üçün elədir".

Sabiq deputat Azərbaycanın erməni işğalı altında olan torpaqları ilə bağlı da ürəyindən keçən arzularını dilə gətirib: "Bu gün həm Türkiyədə, həm də qardaş Azərbaycanda Qurban bayramı qeyd olunur. Ancaq mənim ən böyük arzum Qarabağda və işğal altında olan digər Azərbaycan torpaqlarında qurban kəsməkdir. Allah mənə bu günü görmədən dünyadan köçməyi nəsib etməsin! Qarabağ tarixi türk torpaqlarıdır. İnşallah gec-tez Azərbaycan öz torpaqlarını düşmən tapdağından azad edəcək".

pia.az



Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

 Sabiq pediatrın intiharı ilə bağlı iddialara rəsmi cavab: “Rəhbər təyinatı olmayıb” - Yenilənib, Video

Azərbaycanın ixrac etdiyi qara kürünün qiyməti açıqlanıb

Özünü güllələyən məşhur pediatr kim idi? - Dosye

Faiq Ağayevdən Brilliant Dadaşovaya gözlənilməz sözlər - Video

Cəfər Cabbarlı haqqında məxfi həqiqətlər - Video

Bərdədə qaçırılan 23 yaşlı qızın ailəsinə təhvil verilməsinin təfərrüatı məlum olub - Yenilənib

Bakıda dələduz şəbəkə peyda olub - Mənzil və obyekt sahibləri ehtiyatlı olun

Qadının üzərinə benzin tökərək yandırdığı deyilən kişi məmur oğlu imiş - Açıqlama

Ən bahalı və sağlam bitki yağları - hər kəs bunları bilmir

Qeyri-neft sektorunun inkşafı və Dövlət İnvestisiya Şirkətinin batırdığı sərmayələr... - I yazı

Ən çox oxunanalar