Cümə, 29 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

“Skype” məxfi danışıqlar üçün yeni sistem yaratdı – Şifrələmə

“Skype” videomessenceri “end-to-end” şifrələmə sistemini tətbiq edib. Məxfi ünsiyyətə başlamaq üçün müvafiq istifadəçinin profilini açmaq və “New Private Conversation” seçmək lazımdır. Həmsöhbət göndərilmiş dəvəti qəbul etdikdən sonra, bütün mətn mesajları, fayllar, audioyazılar, səsli və videozənglər şifrələnir

Bu həftədən başlayaraq yeni funksiya “iOS”, “Android”, “Linux”, “macOS” və “Windows” sistemlərində əlyetərlidir.

Lakin bəzi məhdudiyyətlər də var: istifadəçilər bir qurğuda yalnız bir “şifrələnmiş” söhbətdə iştirak edə bilərlər. Məsələn, istifadəçi smartfondan kompüterə keçmək istədikdə, göndərilmiş və qəbul edilmiş bütün məlumatlar məxfi ünsiyyət aparılmış qurğuda yadda saxlanılacaq.

“End-to-end” şifrələməsi rabitənin müdafiəsi üçün ən təhlükəsiz üsullardan biri hesab edilir. “Skype” sisteminin təhlükəsizlik sistemi “Signal” protokolunun köməyi ilə unikal təhlükəsizlik açarlarının generasiyasına əsaslanır. Açarların orijinallığı istifadəçi tərəfindən yoxlanılır ki, bu da mesajların üçüncü şəxslər tərəfindən ələ keçirilməsini qeyri-mümkün edir/Azərtac.

pia.az


Etiket: Skype

Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Azərbaycanda polkovnik-leytenant vəfat etdi - Foto

Ermənistanla Gürcüstan arasında demarkasiyası prosesi - İrəvan Tbilisiyə bir kənd verəcək....

Ermənistan Silahlı Qüvvələrinin Baş Qərargah rəisi müharibə istəyir?..

Şadlıq saraylarında menyular bahalaşdı - Qiymətlər

Yarım milyon mənimsəyən baş həkim həbsdə öldü    

Azneft”in baş direktoru vəzifəsindən azad edildi - Yeni təyinat

Ərdoğan: Qarabağda hansı addımı atdıqsa, qarşımıza böyük qlobal ittifaq çıxdı

Qurban Qurbanov hərəkətlərinə fikir verməyən futbolçunu cərimələdi

Ən çox oxunanalar