Cümə, 29 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Müəllimlərin işə qəbulu üzrə müsabiqənin yekun nəticələri açıqlanıb  

Müəllimlərin işə qəbulu üzrə müsabiqənin müsahibə mərhələsinin nəticələri açıqlanıb

Təhsil Nazirliyindən verilən məlumata görə, bu mərhələ ilə bağlı məlumatlar namizədlərin şəxsi səhifələrinə göndərilib.

Müsahibə mərhələsində müəllim olmaq istəyən 3627 namizəd uğur qazanıb. Müəllim adını qazanmış şəxslər sentyabrın 5-dək zəruri sənədləri (şəxsiyyəti təsdiq edən sənədin, ali və ya orta ixtisas təhsili haqqında sənəd və ona əlavənin surəti, əmək kitabçasının əsli (olduğu təqdirdə), 3×4 fotoşəkil, sağlamlıq haqqında arayış, kadrlar uçotunun şəxsi vərəqəsi) aidiyyəti yerli təhsili idarəetmə orqanına təqdim etməlidirlər.

Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Elektron yerləşdirilmə zamanı tutduğu vakant yerdən imtina etmək istəyən namizədlər avqustun 28-dək Təhsil İşçilərinin Peşəkar İnkişafı İnstitutunun nəzdində İnsan Resursları Mərkəzinə şəxsiyyəti təsdiq edən sənədin əslini təqdim etməklə bu barədə ərizə ilə şəxsən müraciət etməlidirlər.

Müəllimlərin işə qəbulu müsabiqəsi üzrə ikinci turun vakansiya seçimi isə avqustun 25-26-da keçiriləcək, ikinci turda uğur qazanmış namizədlər ümumi təhsil müəssisələrinə müddətsiz müqavilə ilə işə qəbul ediləcəklər.

İkinci tur başa çatdıqdan sonra namizədlər apelyasiya müraciətləri ilə bağlı [email protected] elektron poçt ünvanına müraciət edə bilərlər.(Report)

pia.az


Etiket: Müəllim

Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Azərbaycanda polkovnik-leytenant vəfat etdi - Foto

Ermənistan Silahlı Qüvvələrinin Baş Qərargah rəisi müharibə istəyir?..

Yarım milyon mənimsəyən baş həkim həbsdə öldü    

Şadlıq saraylarında menyular bahalaşdı - Qiymətlər

“Verdiyi koordinatlar o qədər dəqiq idi ki...” - Döyüş yoldaşları Milli Qəhrəman haqqında - Video

BMT Baş katibi azərbaycanlı diplomatı yüksək vəzifəyə təyin edib

Azərbaycanda taksilərdə gediş haqqı lövhəsinin nümunəvi forması açıqlanıb

Ən çox oxunanalar