Cümə, 19 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

“Piyada səkiləri ya zəbt edilib, ya da...”- BNA

“Paytaxtın bir çox küçələrində piyada səkiləri ya iaşə, xidmət və ticarət obyektləri tərəfindən zəbt edilib, ya da ümumiyyətlə standartlara cavab vermir”

Bu sözləri Bakı Nəqliyyat Agentliyinin Nəqliyyat infrastrukturunun təşkili şöbəsinin müdiri Fuad İsmayılov piyada səkilərinin vəziyyəti ilə bağlı keçirilmiş mətbuat konfransında deyib. Şöbə müdiri bildirib ki, bir müddətdir ki, Bakı şəhərində piyada səkilərinin təhlil edilməsi işlərinə başlanılıb. Artıq paytaxtın Səbail, Nəsimi, Yasamal, Binəqədi və Nərimanov rayonları bütünlüklə təhlil edilib:

“Nizami rayonununun isə, hələ ki, yalnız Qara Qarayev prospektində analoji işlər aparılıb. Əldə etdiyimiz nəticələr vəziyyətin kifayət qədər ürəkaçan olmadığını deməyə əsas verir. Müəyyən edilib ki, bir çox küçələrdə piyada səkiləri ya iaşə, xidmət və ticarət obyektləri tərəfindən zəbt edilib, ya da ümumiyyətlə standartlara cavab vermir. Bu da piyadaların təhlükəsizliyinin təmin edilməsində bir sıra çətinliklər ortaya çıxarır. Belə ki, bu cür hallarda piyadalar yolun hərəkət hissəsinə çıxmağa məcbur olduğundan yol nəqliyyat hadisələrinin baş vermə riski artır”.

Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Qeyd olunub ki, Azərbaycan Respublikasının Dövlət Tikinti Normalarına əsasən, yerli əhəmiyyətli küçə və yollarda səkinin piyada hissəsinin eni 1,5 metrdən az olmamalıdır.

Hazırda aşkar edilən çatışmazlıqların aradan qaldırılması istiqamətində konkret addımlar atılır. Təhlillərin nəticələri müvafiq olaraq, rayon icra hakimiyyətlərinə məktub vasitəsi ilə təqdim edilib. Artıq Nəsimi rayonunda qanunsuz olaraq müxtəlif obyektlər tərəfindən zəbt edilən səkilərin standartlara uyğunlaşdırılması və piyadaların rahat hərəkətinin təmin edilməsi məqsədilə işlərə başlanılıb. Bununla yanaşı, Nizami rayonu Qara Qarayev prospektinin müəyyən hissəsində də səkilərin piyadaların hərəkəti üçün uyğun vəziyyətə gətirilməsi işləri görülməkdədir.(Qafqazinfo)

pia.az


Etiket: BNA

Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Həbsxanada evlənən müğənni: “Heç kimin bacarmadığını etmişəm”

Bu həftə inanılmaz dərəcədə varlanacaq bürclər

Qərbi Azərbaycan Xronikası: Ermənistan ya xəritədən silinəcək, ya da ərazisi kiçiləcək

Arda Güler ​​üçün rəsmi təklif gəldi: Hansı komandanın heyətində oynayacaq? - Foto

Sumqayıtda ər-arvad qətlə yetirilib: 24 yaşlı oğulları saxlanılıb - Yenilənib

Hacı Nuran "Pusu"nun məşhur aktyoruna lüks avtomobil hədiyyə etdi

Deputat: “Bu yaxınlarda parlament seçkisi olacaq”

Abel Məhərrəmov və xanımı məhkəməyə verildi - Torpaq qalmaqalı

Fransanın daha bir neçə diplomatı “persona non grata” elan edilib - Foto    

Fərid Qayıbov ABŞ-də BMT rəsmisi və Dövlət Departamentinin nümayəndəsi ilə görüşüb

Muxtar Babayev Con Kerri ilə COP-29-a hazırlıq məsələlərini müzakirə edib

Ən çox oxunanalar