Şənbə, 20 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Yol polisi toy karvanlarını kameralarla nəzarətə götürdü - Video  

Bakı şəhər Dövlət Yol Polisi İdarəsi toy karvanları ilə bağlı sürücülərə, toy sahiblərinə və avtomobil icarəyə verən şəxslərə müraciət edib

Müraciətdə qeyd olunur ki, son vaxtlar toy karvanlarında yol hərəkəti qaydalarının kobud şəkildə pozulması halları daha çox müşahidə olunur. Bununla bağlı Dövlət Yol Polisi İdarəsi ciddi mübarizə tədbirlərinə əl atıb. Belə ki, bu sahədə təbliğat işləri aparılır, sürücülərə xəbərdarlıq olunur, toy karvanlarının hərəkəti ilə bağlı qaydalar izah edilir.

Lakin DYP-nin bölmə rəisi, polkovnik Vaqif Əsədov deyir ki, yenə də bəzi toy karvanlarında avtoxuliqanlıq edən, yol hərəkəti qaydalarını kobud şəkildə pozan, başqalarının hərəkətinə mane olan, tıxac yaradan və digər qayda pozan sürücülərin sayı azalmır. Bütün toy karvanlarını kameralar vasitəsilə nəzarətə götürən Dövlət Yol Polisi İdarəsi bunu nəzərə alaraq sürücülərə bir daha müraciət edir ki, toy karvanlarında maksimum 6 avtomobilin iştirakı daha məqsədəuyğundur. Eyni zamanda, bu avtomobillər karvan şəklində yalnız bir zolaq üzrə sağ tərəfdə hərəkət etsələr daha yaxşı olar. Baş Dövlət Yol Polisi İdarəsinin hazırladığı videorolikdə də məhz toy karvanlarının hərəkəti ilə bağlı tövsiyələr sürücülərin diqqətinə çatdırılır. Avtosfer.az həmin videonu təqdim edir:

pia.az


Etiket: Toy karvanları

Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Abel Məhərrəmov və xanımı məhkəməyə verildi - Torpaq qalmaqalı

Hacı Nuran "Pusu"nun məşhur aktyoruna lüks avtomobil hədiyyə etdi

Sumqayıtda ər-arvad qətlə yetirilib: 24 yaşlı oğulları saxlanılıb - Yenilənib

Deputat: “Bu yaxınlarda parlament seçkisi olacaq”

Fransanın daha bir neçə diplomatı “persona non grata” elan edilib - Foto    

Azərbaycanda 22 yaşlı oğlan qadının üzərinə benzin tökərək yandırıb - Yenilənib

İsrail İran ərazisində bir hərbi obyektə raket zərbəsi endirib

Güclü maqnit qasırğası gözlənilir: Ən təhlükəli günlər açıqlandı

Ermənistan ordusu Qazaxın dörd kəndindən çıxarılır  

İlham Əliyevin növbəti qələbəsi: Qazaxın 4 kəndi Azərbaycana qaytarılır

Ən çox oxunanalar