Cümə axşamı, 28 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Torpaqlardan daha 140 qeyri-qanuni istifadə halı aşkar edilib

Əmlak Məsələləri Dövlət Komitəsi mütəmadi olaraq kommunikasiya xətləri və mühafizə zonalarında yerləşən torpaqlardan düzgün istifadə ilə bağlı monitorinqlər aparılır

Bu barədə Komitənin açıqlamasında bildirilir.

Məlumatda deyilir ki, keçirilən monitorinqlər zamanı bir sıra hallarda yüksək gərginlikli elektrik xətlərinin mühafizə zolaqlarında yerləşən torpaqların qanuna zidd istifadəsi, icazəsiz tikinti işlərinin aparılması faktlarına rast gəlinir. Qeyri-qanuni istifadə halları müəyyən edilir, torpaqlardan əsassız istifadənin qarşısı dərhal alınır.

Son 1 ay ərzində aparılmış monitorinqlər nəticəsində kommunikasiya xətlərinin mühafizə zolaqlarında torpaqlardan 140 qeyri-qanuni istifadə halı qeydə alınıb. Artıq 25 hal barədə daxili işlər orqanlarına müraciətlər olunub. Ümumilikdə respublika üzrə aparılan monitorinqlər nəticəsində 400-ə yaxın qeyri-qanuni torpaq istifadəsi halları ilə bağlı sənədlər hüquq-mühafizə orqanlarına təqdim edilib. Bu istiqamətdə tədbirlər davam etdirilir.

Qeyd edilməlidir ki, belə hallardan biri də Abşeron rayonu, Hökmalı kəndi ərazisində müşahidə edilib. Belə ki, həmin ərazidə yüksək gərginlikli elektrik xətlərinin mühafizə zolaqlarında yerləşən torpaqlarda qeyri-qanuni tikintilərin inşası qeydə alınıb. Məlum olub ki, tikinti işləri Torpaq Məcəlləsinin və “Torpaq icarəsi haqqında” qanunun müvafiq maddələrinin tələblərini pozur. Əmlak Məsələləri Dövlət Komitəsinin müfəttişlərinin Abşeron Rayon İcra Hakimiyyətinin, Şəhərsalma və Arxitektura Komitəsinin, Daxili İşlər Nazirliyinin, Fövqəladə Hallar Nazirliyinin nümayəndələrinin Hökmalı kəndində birgə apardığı monitorinq nəticəsində həmin tikililərin inşası dayandırılıb.
Monitorinqlər zamanı aşkar edilən hallar vətəndaşların həyatı üçün təhlükə mənbəyi olmaqla yanaşı, mülkiyyət hüquqlarının həyata keçirilməsində də çətinliklər yaradır. Eləcə də, qanunsuz tikintilərin mühafizə zolaqlarında aparılması həmin kommunikasiya xətlərinə cavabdeh olan təşkilatların fəaliyyətində də problemlər yaradır. Bununla əlaqədar olaraq həmin təşkilatlara komitə tərəfindən onlara rəsmi müraciətlər olunub, Nazirlər Kabinetinə məktub ünvanlanıb.(Report)

pia.az


Etiket: Torpaq

Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Aprel ayında bu bürcü fantastik pul və yeni vəzifə gözləyir

Məşhur vəkilə qarşı ittiham: 7 min manat pul alıb    

Politoloq: Ukraynadan sonra növbəti qurban Ermənistan seçiləcək...

Sabiq milli təhlükəsizlik naziri Namiq Abbasov vəfat edib

Ərəstun Oruclu: Ermənistanda və Moldovada konfliktlərin qaynar fazaya keçməsini istisna etmirəm...

Azərbaycan XİN Namiq Abbasovun vəfatı ilə bağlı paylaşım edib

Hikmət Hacıyev NATO-nun eks-baş katibi ilə bağlı paylaşım edib: Hesabatına ödənişi əlavə etməyi unudub

Əhməd Əhmədov təcridxanaya qaytarıldı - Bundan sonrakı hüquqi qiymətləndirmə necə olacaq?

“Crocus”da insanları xilas edən Emil Hüseynov və anası baş verənlərdən danışdılar - Video

"Belə iddia səsləndirəndə mətndə rəqəm, hesabat olur, daha səbət və gilas yox" - AYNA sərt tənqid edildi

Ən çox oxunanalar