Cümə axşamı, 18 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Dünya okeanı Yeri təhdid edən viruslara yoluxub

Bütün dəniz virusları bir zəncirə düzülsə, onun uzunluğu təqribən 60 qalaktika təşkil edər

Bir damcı okean suyunda Yerdə iqlimin dəyişməsinə təsir göstərən hədsiz sayda mikroorqanizm var. Alimlər belə dəyişikliklərin nəticələrini tədqiq ediblər.

AZƏRTAC “vistanews.ru” saytına istinadla xəbər verir ki, Bergen Universitetinin alimləri hələ 1989-cu ildə okean suyunun tərkibindəki mikrooqranizmləri öyrənməyə başlayıblar. Tədqiqatın nəticələri göstərib ki, bir damcı okean suyunda əvvəllər hesab edildiyindən yüz dəfə çox – təqribən 250 milyon virus var. Virusların tərkibi yetərincə müxtəlifdir və çox vaxt təkcə insana deyil, bütövlükdə planetimizə mənfi təsir göstərir.

Rusiya Elmlər Akademiyasının mütəxəssisləri müəyyən ediblər ki, bütün dəniz virusları bir zəncirə düzülsə, onun uzunluğu təqribən 60 qalaktika təşkil edər. Dünya okeanındakı virusların sayı kvintilyonlarla ölçülür. 2016-cı ildə birləşmiş alimlər qrupu DNT viruslarının 125 mindən çox sahəsini tapıb və bu da məlum viruslu genlərdən 16 dəfə çoxdur. Tədqiqatlar göstərib ki, virusların hamısı yetərincə primitivdir və xoşagəlməz mühitə uyğunlaşıb. Virusa yoluxma həqiqətən sianobakteriyaların fotosintez qabiliyyətinə təsir göstərir, bakteriofaqların hücumundan sonra bakterial kulturada karbon qazının fiksajı beş dəfə azalır.

Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Rusiyalı alimlər bildiriblər ki, su ekosistemlərinin üzvi maddə və biogen elementlərdən ibarət yeni qlobal dövriyyə sistemi – virioplankton biogeokimyəvi və ekoloji proseslərin çoxuna, o cümlədən qidalanma siklinə, tənəffüsə və ekosistemin müxtəlif hissələrində maddələrin paylanmasına təsir göstərir. Karbon və azotun dövriyyəsini qiymətləndirərkən virusların rolu nəzərə alınmalıdır, çünki onlar qlobal biogeosiklləri tənzimləyən qida şəbəkələrinin mühüm hissəsidir. Belə çıxır ki, Dünya okeanı bütün planetimizi təhdid edən çox təhlükəli viruslara yoluxub.

pia.az



Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Tanınmış aparıcı Aytən Səfərova qəzaya düşüb, ölən və xəsarət alanlar var - Yenilənib, Video

Samir Əsədli:" Sülhməramlılar Xudavəng monastırına bizi buraxmadılar"

Aytən Səfərovanın düşdüyü qəzada ölən gəncin görüntüsü

BŞİH Milli Şuranın mitinqlə bağlı müraciətinə cavab verib

Ramiz Mehdiyevin kürəkəni Şabranda 52 hektar torpağı ələ keçirdi – Qalmaqallı məhkəmə işi

Paşinyandan növbədənkənar seçki ilə bağlı açıqlama

Paytaxt sakinini həkim yox, texniki işçi əməliyyat edib? - Ağılasığmaz iddia

İlham Əliyevdən Şuşa şəhəri ilə bağlı sərəncam    

Dünyada cəmi beş ədəd olan avtomobildən biri satışa çıxarılıb - Foto

Azərbaycanda ucuzlaşan ərzaq məhsulları hansılardır? - Video

Ən çox oxunanalar