Cümə, 29 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Rusiya “S-400”ləri Türkiyəyə verəcəyi tarixi açıqladı

Rusiya öz istehsalı olan təkmilləşdirilmiş "S-400" raketdən müdafiə sistemlərini Türkiyəyə 2019-cu ildə təhvil verəcək

Bu barədə “İnterfax” agentliyi Rusiyanın hərbi texnika istehsalı və ixracı ilə məşğul olan “Rosoboroneksport” dövlət şirkətinə istinadən məlumat yayıb.
“Rosoboroneksport”dan bildirilib ki, xarici ticarət tərəfdaşları ilə apardıqları maliyyə əməliyyatlarında dollardan imtina edərək milli valyutalarla ödənişə keçəcəklər.

Qeyd edək ki, ötən ilin dekabrında Türkiyə "S-400" zenit-raket komplekslərini almaq üçün Rusiya ilə kredit müqaviləsi imzalayıb.

Türkiyənin müdafiə sənayesi üzrə müşaviri İsmayıl Dəmir Rusiyanın "S-400" sistemlərinin 2019-cu ilin 29 iyulunda ölkəyə gətiriləcəyini deyib.

Lakin ABŞNATO rəhbərliyi Türkiyənin Rusiyadan "S-400" raketdən müdafiə kompleksləri almaq istəyini dəfələrlə pisləyərək, bunun alyansın ümumi müdafiə sistemi ilə uzlaşmadığını bildiriblər.

Vaşinqton hesab edir ki, "S-400" sistemlərinin alınması Türkiyəyə "F-35" qırıcılarının verilməsinə mənfi təsir edə bilər. Bu cür bəyanatlara rəğmən, Pentaqon 21 iyunda 2 ədəd beşinci nəsil “F-35” tipli çoxfunksiyalı qırıcı təyyarəni Türkiyəyə təhvil verib.

Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Lakin daha sonra qəbul olunan ABŞ-ın 2019-cu maliyyə ili üçün 716,3 milyard dollarlıq müdafiə büdcəsində qeyd olunub ki, Pentaqon Ankaranın "F-35" sazişində iştirakının qiymətləndirilməsinə dair hesabat təqdim etməyincə, həmçinin Türkiyənin Rusiya istehsalı olan "S-400" zenit-raket komplekslərini alması ilə yarana biləcək riskləri hesablayanadək ABŞ Senatı Ankaraya "F-35" qırıcılarının satışına qadağa qoyur. (azvision.az)

pia.az



Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Azərbaycanda polkovnik-leytenant vəfat etdi - Foto

Ermənistanla Gürcüstan arasında demarkasiyası prosesi - İrəvan Tbilisiyə bir kənd verəcək....

Ermənistan Silahlı Qüvvələrinin Baş Qərargah rəisi müharibə istəyir?..

Yarım milyon mənimsəyən baş həkim həbsdə öldü    

Şadlıq saraylarında menyular bahalaşdı - Qiymətlər

Azneft”in baş direktoru vəzifəsindən azad edildi - Yeni təyinat

Ərdoğan: Qarabağda hansı addımı atdıqsa, qarşımıza böyük qlobal ittifaq çıxdı

Qurban Qurbanov hərəkətlərinə fikir verməyən futbolçunu cərimələdi

Ən çox oxunanalar