Çərşənbə, 24 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

“Rəqs et, Rəqs et. Yoxsa yox olub gedəcəyik” 

Pina Bausch’un Rəqs teatrı

Pina Bauş – Rəqs teatrının nəcib rahibəsi; incə, ard-arda siqaretini yandıran və kəskin diqqəti ilə insan təbiətinin pik nöqtələrinə və cəhənnəm quyularına çatan, Vuppertal kimi tanınmayan bir şəhəri incəsənətin xaç mərkəzinə çevirən simvolik bir lider.

Filippin Bauş (Philippine Bausch) 27 iyul 1940-da doğulmuş, 30 iyun 2009-da vəfat etmişdir. Pina bir hotelin restoranını işlədən ailəsinə kömək edərkən restorana gələn-gedən müştəriləri izləmək şansı tapır. Hələ kiçik bir uşaq ikən güclü bir müşahidəçi idi. İçində olduğu məkandakı stollar, stullar, insanların xoşbəxtlikləri, hüzünləri, bir-birləri ilə olan mübahisələri Pinanın daha sonra istifadə edəcəyi ləvazimatlar idi. Bu təcrübələrinə sonradan çıxan II Dünya müharibəsinin yaratdığı qorxu, narahatlıq, ümidsizlik, etibarsızlıq duyğuları da əlavə olunanda Pina Bauşun Rəqs teatrının təməlləri yaranmış oldu.

Pina doğulduğu şəhər olan Zolinendə bir uşaq baletində iştirak edir. 14 yaşında Essen şəhərində Kurt Yusun (Kurt Jooss) “Folkwang” Məktəbinə getdiyi zaman Yusla işləməyə başlayır. Kurt Yus müharibə öncəsi və sonrasının alman modern rəqs cərəyanını mənimsəmiş məşhur bir xoreoqraf və müəllimdir. Almaniyadakı modern rəqs cərəyanı klassik baletin qatı qaydalarından ayrılmışdır, amma Kurt Yus baletin təməl qaydalarına bağlı olaraq modern rəqs işləri yaradır. Pina Bauş Kurt Yusun yanında həm təmiz və dəqiq bir rəqs təhsili alır, həm də yaradıcı bir ifadə texnikası əldə edir. Kurt Yusun məktəbində opera, musiqi, dram, heykəl, rəsm, foto, dizayn işləri də vardır. Bu təhsil Pina Bauşaa əsərlərində istifadə edəcəyi çox önəmli qaynaqlar verir. 1958-də Pinaya Folkwang Uğur Mükafatı (Folkwang Leistungspreis) verilir. Bundan əlavə Alman Akademik Dəyişmə Xidməti (Deutschen Akademischen Austauschdienst) təhsilini əldə etdikdə Nyu-York “Juilliard” Musiqi məktəbində təhsilini davam etdirdi.

Nyu-York Pina Bauşun fövqəladə rəqs təhsilini təmin edən bir şəhərdir. Burada George Balanchine klassik baleni yenidən yaradır. Pinanın müəllimləri arasında Antoni Tüdor (Antony Tudor), Xose Limon (José Limon) və Marta Qream (Martha Graham) cəmiyyətindən Alfredo Korvino (Alfredo Corvino) və Marqret Krask (Margret Craske) vardı. Nyu-York təcrübələri ilə Pina çox yönümlü bir rəqsçi olacaqdı. Musiqi olaraq klassik musiqidən başqa, cazdan da zövq alır. Rəqs olaraq klassik balet ilə birlikdə modern rəqsi də yaşayır.

Kurt Yus onu Essenə çağırdığı zaman güclü bir rəqs və səhnə təcrübəsi ilə Folkwang Balet Cəmiyyətinə daxil olur, Yusa yeni baletlər yaratmasında kömək edir və öz xoreoqrafik işlərini də hazırlayır və yaratdığı əsərlər mükafatlar belə qazanır.

Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

1973-də Vuppertal teatrları rejissoru Arno Vüstnhöfa (Arno Wüstenhöfer) Pinanı Vuppertal Balet Cəmiyyətinin rəhbəri təyin edir. Sonralar cəmiyyətin adı Vuppertal Rəqs Teatrı (Tanztheater Wuppertal) olur.

“Rəqs et, rəqs et. Yoxsa yox olub gedəcəyik.”

– Pina Bauş

Rəqs teatrı təcrübəsindən 1920-lərdə Rudolf fon Laban (Rudolf von Laban) istifadə etmişdir. Rəqs teatrında rutin bale işlərindən çıxılır, daha sərbəst bir yanaşma ilə xoreoqraf demək istədiklərini görüntüyə gətirir ki, bu mövzuda Pina Bauş mükəmməl bir bacarıq sərgiləyir.

Pina Bauş 1980-lərdə “Şəhər işləri”nə başlayır və Roma, Palermo, Los Anceles, Hon-Konq, Tokio, Lissabon, Budapeşt, Madrid, Sao Paulo, Mexiko, İstanbul kimi şəhərləri ziyarət edir, o şəhərləri yaşayır, yaxşıca müşahidə edir və rəqs dili ilə bu şəhərləri səhnədə yenidən yaşadır. Türk izləyicisi Pina Bauş ilə 1998-də Beynəlxalq İstanbul Teatrı Festivalında görüşür. Pina bu festivalda 1997-də yaratdığı “Pəncərə təmizləyicisi” (Der Fensterputzer) ilə iştirak edir. Bu işində Pina Hon-Konq şəhərini Çin mövzuları ilə, Hon-Konqun simvolu olan güllərlə rəqsləşdirərkən, modern yaşamın fərdlər üzərindəki basqıları, qadın-kişi münasibətilərinin rəhmsiz, anlayışsız yönlərini də səhnəyə gətirir. 2000-ci ildə 1998-də Lissabon şəhəri üçün yaradılmış olan “Alov mazurkası” (“Masurca Fogo”) yenidən İstanbul Teatr Festivalında iştirak edir.


“Pəncərə təmizləyən” (“Der Fensterputzer”)


Pina Bauşun 30 iyun 2009-da vəfat etməsi rəqs dünyasında ağır bir itki oldu. Yenə də əsərləri səhnələnir, rəqs festivallarının proqramlarında yer alır.

“İnsanların necə hərəkət etdiyindən çox, onları nəyin hərəkət etdirdiyi ilə maraqlanıram.”

– Pina Bauş

Bavariya Dövlət Balet Teatrının Münxen şəhərində hər il keçirdiyi Balet Festivalı Həftəsi 2016-da 3 aprel – 19 aprel tarixləri arasında baş tutdu. Festivalın açılış baleti Bavariya Balet Cəmiyyəti üçün də ilk dəfə səhnələşdirilmiş olan Pina Bauşun “Dünənin, bu günün və sabahın uşaqları üçün: Pina Bauşdan bir parça” (“Für die Kinder von gestern, heute und morgen: Ein Stück von Pina Bausch”) oldu. Bu əsər Vuppertal Rəqs Teatrında 25 aprel 2002-də ilk dəfə səhnələnmişdir. Bavariya Dövlət Balet Cəmiyyətinin əsəri səhnələşdirməsində Vuppertal Rəqs Teatrının sənətçilərindən Rut Amarante (Ruth Amarante), Dafnis Kokkinos (Daphnis Kokkinos), Azuza Ziyama (Asuza Seyama) kömək etmişlər. 15 rəqsçi əsəri ortaya çıxarmaq üçün çox çalışmışlar. Əsərin səhnə dizaynını Vuppertal Rəqs Teatrından (Pitr Pabst) Peter Pabst vermiş, kostyumları yenə eyni teatrdan Merion Sito (Marion Cito) hazırlamışdı.


“Dünənin, bu günün və sabahın uşaqları üçün: Pina Bauşdan bir parça”


2 pərdəlik əsər başladığı zaman bəyaz bir qutuya bənzər səhnənin arxasında qara bir pəncərə kimi açıqlıq və səhnənin iki tərəfindəki qapılar diqqəti cəlb edir. Tez-tez bəyaz divarlar hərəkət edərək səhnədə rəqsçilərdən başqa bir xoreoqrafik tərtibat yaranarkən, rəqsçilər də bu dekorasiyanın hərəkətinə ayaq uydururlar. Oyunun əvvəlində bir masa üzərində 2 rəqsçi ayaqlarını aşağı sallayıb otururlar. Bir rəqsçi masanın kənarından düşmək üzərə ikən digər rəqsçi onu tez tutur. Bu bir neçə dəfə təkrar olunur. (Bauşun xoreoqrafiyalarında bu sonu gəlməyəcəkmiş kimi görünən təkrarlardan çox istifadə edilir).

Bir ara səhnəyə stullar gətirilir və bu dəfə də “stullarla rəqs” başlayır. (Bauşun bir çox əsərində stullar da xoreoqrafiyaya daxil olmuşdur. Bir çox modern rəqs işlərində stullar rəqsçilərlə birlikdə rəqsin bir parçası olurlar.)


“Pina” filmi


Pina Bauşun çox sevdiyi, dəfələrlə istifadə etdiyi “su+qum” elementləri bu əsərində də görülür. Bəlkə səhnə su ilə, qum ilə dolmur, amma yenə də varlıqlarını bəlli edirlər. Bir rəqsçi tez-tez ağzından su püskürür. 1-ci pərdənin sonlarında doğru rəqsçilər səhnənin ön qismində (Dünənin, bu günün və sabahın uşaqlarının etdiyi və edəcəyi kimi) kiçik dolçaları ilə qum daşıyaraq qumdan qalalar düzəldirlər.

Bir rəqsçi mikrofonu əlinə alıb “pause” deyir və ara verilir. Təmsil boyunca bir rəqs teatrında olan yüksək səs tonu ilə dialoqlar da var. Bəzən “kabare” tərzində bölümlər yaranarkən, Brextin “Üç quruşluq opera”sını xatırladan bir tərz də ortaya çıxır.

Pina Bauşun ata-anasının işlətdiyi restoranın masaları, stulları, restorandakı insanlar onun əsərlərinə təsir etmişdi. İnsanların gülməli, dramatik, sürreal münasibətləri, zaman-zaman şiddətə çevrilən hərəkətləri səhnəyə daşımışdır. Pina Bauş izləyicilərə meydan oxuyur, onları dürtür, həyatın acı üzlərini səhnəyə daşıyır və yaşamın enişli-yoxuşlu hər yönünü rəqs və teatr dili ilə görüntüyə gətirir.

Pina Bauş bəlkə 2009-da yaşamdan və səhnədən ayrılmışdı, amma əsərləri dünyanın müxtəlif rəqs cəmiyyətləri tərəfindən yenidən səhnələşdirilir və Vuppertal Rəqs Teatrının dinamikası fərqli izləyicilərlə görüşür.

2009-da Pina vəfat edən zaman Dikmen Gürün ilə Koza Tamdoğan birlikdə Pinaya aid xatirələrini paylaşırlar.
Koza Tamdoğan 2005-də Vuppertal Rəqs teatrının Metayesin (Matthias) təklifi ilə (Metayes vəzifəsindən ayrılacağı üçün Pina Kozanı bu vəzifəyə gətirmək istədiyini bildirmişdir) Vuppertal Rəqs teatrının 2005-2008-ci illərdəki rəhbəri olur. Bəlkə elə Pinanı ən gözəl Kozanın bu sözləri ifadə edəcək:

“Pinanın oyunlarını izləmək onu tanımaqdır. O, bəzilərinə hədsiz cəsur, güclü, çox intizamlı, qorxusuz, hətta, bəlkə şöhrətpərəst görünmüş ola bilər. Amma illərlə əziyyət çəkərək qazandığı şöhrətini və hər şeydən çox sevdiyi rəqsçilərinin məsuliyyətlərini daşımaqdan yorulmuş, çox həssas, hədsiz narahat, duyğulu, ürkək kiçik bir qız idi. Nəticədə, hər kəsin paylaşacağı həqiqət budur ki, Pina həyatı boyu heç nəfəs almadan çox işlədi. Aramızdan xeyli erkən və qəfil ayrıldı.”

 

Pina Bauşun həyatından və xoreoqrafiyalarından ibarət kiçik bir qalereya:

 

Mənbə:

http://www.sanattanyansimalar.com/yazarlar/necla-cikigil/pina-bausch-un-dans-tiyatrosu/1034/

https://www.theguardian.com/arts/gallery/2008/feb/06/pinabausch

Adım Adım Dans Rehberi: Pina Bausch

Redaktə etdi: Fatimə Əliyeva (rezonanss.com)

pia.az


Etiket: Pina Bausch Teatr

Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Bu günə toyu təyin edilmişdi, özünü asdı: Qəbələdəki faciənin təfərrüatı

Rusiya müdafiə nazirinin müavini Timur İvanov saxlanılıb

Kommunal Təsərrüfat müdiri icra başçısı olmağa çalışır...

Peskov: "Şoyqunun müavininin saxlanılması barədə Putinə məruzə edilib"

Bağanis Ayrımda viran qalan evlərimiz: Şərti sərhədin Qazax istiqamətində son durum - Yenilənib, Fotolar

Azərbaycanı görünüşü ilə heyrətə gətirən uşağın atası danışdı - Video

Sabiq deputatın qardaşı oğlunun 350 min vergi borcu var

Bərdədə qaçırılan 23 yaşlı qızın anası: “Qışqırsa da...” - Yenilənib

Ən çox oxunanalar