Cümə axşamı, 28 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Paşinyan Serj Sarkisyandan kömək istəyəcək

Paşinyan bu məsələdə bir qədər cəld tərpənməlidir. Çünki böyük siyasətə atılan sabiq prezident Robert Koçaryanın əhali arasında olmasa da, siyasi meydanda kifayət qədər “pərəstişkarları” var.

Vəzifəsində qalmaq üçün konstitusiyaya dəyişiklik etmək istəyən Ermənistanın baş naziri Nikol Paşinyan müxalifətdə olan Respublikaçılar partiyasına kömək üçün müraciət etməyə məcbur olacaq. Bu barədə Ermənistanın “Joxovurd” qəzeti məlumat yayıb.

“Məsələ ondadır ki, Ermənistanda növbədənkənar parlament seçkilərinin keçirilməsi prosesini ehtiva edən konstitusiyanın 92 və 151-ci maddələrinin dəyişdirilməsi parlamentin özü tərəfindən də həyata keçirilə bilər. Amma bunun üçün ən azı deputatların 2/3-si, yəni 70 nəfər lehinə səs verməlidir. İndi parlamentdəki 105 yerdən 50-si Respublikaçılar partiyasına məxsusdur. Baxmayaraq ki, 8 deputat Respublikaçıların sırasını tərk edib, onları birmənalı şəkildə Paşinyan komandasının üzvləri hesab etmək olmaz. Odur ki, Paşinyanı çətin sınaq gözləyir. Çünki əksər qanunvericiləri öz tərəfinə çəkməlidir”, – deyə qəzet yazıb.

Məlumatda vurğulanıb ki, Paşinyanın siyasi gələcəyi məhz edəcəyi çevik və ağıllı addımlardan, Serj Sarkisyan blokunun üzvlərini öz adamları edə bilməyindən asılıdır. Çünki onun baş nazir postunda möhkəmlənməyinin qarantı həm də parlamentdə daha çox tərəfdarlara malik olmasıdır.

Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Həmçinin xəbərdarlıq edilir ki, Paşinyan bu məsələdə bir qədər cəld tərpənməlidir. Çünki böyük siyasətə atılan sabiq prezident Robert Koçaryanın əhali arasında olmasa da, siyasi meydanda kifayət qədər “pərəstişkarları” var.

Qeyd edək ki, bundan əvvəlki çıxışında Paşinyan deputatları onun arxasından gizli iş çevirərək yeni baş nazir seçməyə hazırlaşmaqda ittiham edib. Bu səbəbdən də o, yeni konstitusiya dəyişikliyi təklif edib. Paşinyanın fikrincə, parlamentə növbədənkənar seçkilər təkcə baş nazir istefa verəndə yox, qanunverici orqan özünü buraxmaq barədə qərar qəbul edəndə də keçirilməlidir. (AzVision.az)

pia.az



Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Azərbaycan XİN Namiq Abbasovun vəfatı ilə bağlı paylaşım edib

Hikmət Hacıyev NATO-nun eks-baş katibi ilə bağlı paylaşım edib: Hesabatına ödənişi əlavə etməyi unudub

Azərbaycanda polkovnik-leytenant vəfat etdi - Foto

“Crocus”da insanları xilas edən Emil Hüseynov və anası baş verənlərdən danışdılar - Video

"Belə iddia səsləndirəndə mətndə rəqəm, hesabat olur, daha səbət və gilas yox" - AYNA sərt tənqid edildi

Ermənistanla Gürcüstan arasında demarkasiyası prosesi - İrəvan Tbilisiyə bir kənd verəcək....

Binə qəbiristanlığında çayxana tikilir? - Video

Azneft”in baş direktoru vəzifəsindən azad edildi - Yeni təyinat

Rusiya Ermənistana müqavilələrdə nəzərdə tutulan silahları göndərir

Ən çox oxunanalar