Şənbə, 20 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Merkeli müşayiət edən alman deputatın Azərbaycana girişinə icazə verilmədi

Azərbaycan Xristian-Demokratik İttifaqından Almaniya Bundestaqının üzvü olan Albert Vayleri arzuolunmaz şəxslər siyahısına daxil edib və viza verməkdən imtina edib

Bu barədə Almaniyanın “Bild” nəşri yazıb. Mənbə qeyd edir ki, bu barədə qərar yüksək səviyyədə qəbul edilib və Azərbaycanın Almaniyadakı səfiri ilə danışıqlar heç bir nəticə verməyib.

Cənubi Qafqaz ölkələri ilə əməkdaşlıq üzrə parlament qrupunun nümayəndəsi olan Vayler Angela Merkeli Cənubi Qafqaz ölkələrinə səfəri zamanı müşayiət etməli idi.

Bu məsələ ilə bağlı Azərbaycan XİN sözçüsü Hikmət Hacıyev bildirib ki, Almaniya Bundestaqının deputatı Albert Vaylerin adı Azərbaycanın işğal olunmuş ərazilərinə səfər etdiyindən bir müddət əvvəl "arzuolunmaz şəxslər" siyahısına salınıb.

"Azərbaycan qanunlarına, onun suverenliyi və ərazi bütövlüyünə hörmət edilməsi mütləqdir. Azərbaycanın mövqeyi konstruktiv xarakter daşıyır. Amma təcrübə göstərir ki, həmin şəxslər Azərbaycanın ərazi bütövlüyü və suverenliyinə hörmət və üzrxahlıq məqsədilə müraciət etdikləri təqdirdə onların adlarının "arzuolunmaz şəxslər" siyahısından çıxarılması məsələsinə baxıla bilər", - H.Hacıyev əlavə edib.

pia.az


Etiket:

Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Abel Məhərrəmov və xanımı məhkəməyə verildi - Torpaq qalmaqalı

Hacı Nuran "Pusu"nun məşhur aktyoruna lüks avtomobil hədiyyə etdi

Sumqayıtda ər-arvad qətlə yetirilib: 24 yaşlı oğulları saxlanılıb - Yenilənib

Deputat: “Bu yaxınlarda parlament seçkisi olacaq”

Fransanın daha bir neçə diplomatı “persona non grata” elan edilib - Foto    

Azərbaycanda 22 yaşlı oğlan qadının üzərinə benzin tökərək yandırıb - Yenilənib

İsrail İran ərazisində bir hərbi obyektə raket zərbəsi endirib

Güclü maqnit qasırğası gözlənilir: Ən təhlükəli günlər açıqlandı

Bakı Fransız Liseyinin fəaliyyətinin dayandırılmasının səbəbləri açıqlanıb - Yenilənib

İlham Əliyevin növbəti qələbəsi: Qazaxın 4 kəndi Azərbaycana qaytarılır

Ən çox oxunanalar